2.4.
Üzüm
yığımı
Keyfiyyətli Ģirə və Ģərab əldə etmək üçün yığım optimal
müddətdə, yəni gilənin kimyəvi tərkibi tamamilə texnoloji tələbata
uyğun gəldikdə aparılmalıdır. Məhsulun belə vəziyyəti texniki
yetişkənlik adlanır.
Üzümün yığım vaxtını düzgün müəyyən etmək üçün onun
yetiĢməsi üzərində sistemli nəzarət aparılmalıdır. YetiĢmənin əsas
göstəriciləri gilənin Ģəkərliyi və titrləĢən turĢuluğudur. Bu iki
göstəriciyə əsasən üzümün yetiĢmə qrafiki qurulur.
YetiĢmə üzərində nəzarətə məhsul yığımına 14-15 gün qalanda
baĢlanır. MüĢahidələr torpaq, relyef və cəhətliyi eyni olan xüsusi
ayrılmıĢ sahələrdə aparılır. Böyük sahəyə malik üzümlüklərdə, orta
nümunə götürülən nəzarət Ģöbəsinin sahəsi 5 hektardan az
olmamalıdır. Ümumi sahədən, üzüm əkinlərinin növündən, təbii
Ģəraitdən asılı olaraq ondan qırxa qədər eyni cinsli Ģöbələr ayrılır.
Üzümün yetiĢməsinə nəzarət laboratoriya, yaxud sahə metodları
ilə həyata keçirilir. Laboratoriya metoduna xüsusi üstünlük verilir.
Dostları ilə paylaş: |