Brettanomyces (brettanomitses) cinsinə daxil olan mayalar,
təbiətdə geniĢ yayılmıqla, hüceyrələri dəyirmi, oval, bir, yaxud iki
tərəfdən itilənmiĢ Ģəkildə olur. Kolbasa Ģəkilli hüceyrələrinə də
təsadüf olunur. ġərab mayaları ilə müqayisədə zəif qıcqırdır və 9-
12 h% spirt əmələ gətirir. 14 h% spirt onlara öldürücü təsir
göstərir. Bəzi irqləri əvvəlcə pərdə əmələ gətirib, sonra qıcqırma
aparır; digərləri isə əksinə, əvvəlcə Ģəkəri qıcqırdıb, sonra pərdə
yaradır (Ģəkil 3.12). ġirə və Ģərabda inkiĢaf etdikcə, onları
bulandırır və həmin məhsullarda onlara xas olmayan alma tonu
yaranmaqla, xeyli miqdarda sirkə turĢusu toplanır. Brettanomitses
cinsinə
daxil
olan
mayalar
Ģərabda
«siçan tamı»nın
törədicilərindəndir. Bu mayalar Ģampan istehsalına daha böyük
ziyan verə bilir. Belə ki, tiraj qarıĢığının yarımçıq qıcqırmasını
törətməklə, çöküntünün normal formalaĢıb tıxaca yığılmasına
mane olur.
Dostları ilə paylaş: |