~ 119 ~
Şəkil 4.4. Emallı metal rezervuar
1-kompensator; 2-dekantator; 3-xidməti qapaq (lük); 4-
səviyyənin göstəricisi; 5-doldurma boğazı; 6-hava yolu; 7-
boks qapağı; 8-götürmə borusu
Metal rezervuarlar bir sıra üstünlüklərinə görə dəmir-beton
rezervuarlardan fərqlənir. Belə ki, uyğun örtüklərdə onlar sanitar-
gigiyenik baxımdan daha əlveriĢlidir: asan yuyulur, hermetikliyi
buxarlanmaya gedən Ģərab itkisini minimuma endirir, divarları
yaxĢı istilik keçiriciliyinə malik olub, müxtəlif istilik tənzim edən
köynəklərdən istifadə etməklə istiliyi nizamlamaq olur, müxtəlif
forma və ölçüdə hazırlamaq, həmçinin bir, iki, üç, çox mərtəbələr
üzrə yerləĢdirmək imkanı olduğundan, istehsalat binalarından daha
səmərəli istifadə etmək mümkün olur. Bu rezervuarlar vertikal və
horizontal olmaqla iki qrupa bölunur. Son zamanlar Ģərabçılıq
sənayesində metal qablardan əsas yer tutanı paslanmayan poladdan
hazırlanmıĢ qablardır (Ģəkil 4.5). Bu qabların əsas üstünlüyü
ondadır ki, onların istər daxilinə, istərsə də xaricinə qoruyucu
örtüklər çəkilməsinə ehtiyac yoxdur. Lakin onlar çox baha
olduğundan uzun müddət istifadə edilməmiĢdir.
ġərab rezervuarları hazırlamaq üçün istifadə edilən polad
materialı əsasən iki tipdə olur:
1.
Tərkibində molibden olmayan poladlar (xrom nikelli):
Z6CN 18-09; Z2CN 18-10; ZbCNT 18-11
~ 120 ~
2. Tərkibində molibden olan poladlar (2-3%):
Z6CND 17-12, 17-13; Z2CND 17-12 və ya 17-13; Z8CNDT 17-12.
Şəkil 4.5. Paslanmayan metal rezervuarlarda şərabın alınması və
saxlanması
Burada: Z – paslanmayan polad; Z-dən sonrakı rəqəm karbonun
orta miqdarı (on minlərlə); C – xrom; N – nikel; D – molibden; T –
~ 121 ~
titan, sonuncu iki rəqəm xrom və nikelin faizlə miqdarını göstərir.
Müəyyən olunmuĢdur ki, poladın tərkibində xrom və nikelin
miqdarı artdıqca, onun korreziyaya qarĢı davamlılığı yüksəlir.
ġərabçılıq sənayesində digər materiallardan hazırlanmıĢ
(polimer materiallar) qabların da müəyyən perspektivi vardır.
Xüsusilə plastmas materiallardan hazırlanmıĢ qablar Ģərabçılıqda
böyük maraq doğurmaqdadır. Bu qablardan xaricdə geniĢ istifadə
edirlər.
Dostları ilə paylaş: