Sızdırıcılar fasiləli və fasiləsiz iĢləyənlər olmaqla fərqləndirilir.
Fasiləli sızdırıcılar kameralı və səbətli olur. Fasiləsiz sızdırıcılar isə
barabanlı, Ģnekli və lentli olmaqla qruplaĢdırılır.
ġnekili iĢçi orqanlı sızdırıcılar Ukrayna, Rusiya, Gürcüstan,
Ġtaliya, Fransa, Ġspaniya, ABġ, Almaniya, Bolqarıstan, Macarıstan
və b. ölkələrdə buraxılır. ġnekli sızdırıcıların əsas göstəricilərindən
biri Ģirə çıxımıdır. MDB ölkələrində bu göstərici 1ton üzümdən 50-
55 dal, uzaq xaricdə 60 dal təĢkil edir. KeçmiĢ SSRĠ-də
məhsuldarlığı saatda 10 tondan 100 tonadək olan VSSġ və VSN
Ģnekli sızdırıcıları buraxılırdı (Ģəkil 4.10).
Xaricdə müxtəlif məhsuldarlığa malik Ģlneliki sızdırıcıları
aĢağıdaki firmalar buraxır: Diemme, Siprem, Sernagietto, Garolla
(Ġtaliya); Marzola, Lorza (Ġspaniya); Gog et Cie, Blachere, Pera,
~ 125 ~
Mabille (Fransa); Schenq (AFR) və b.
Şəkil 4.9. Zərbəli-mərkəzdənqaçma əzici-daraqayıranın sxemi
Şəkil 4.10. Şnekli sızdırıcı VSSŞ-20
1-şirənin götürülməsi üçün boru; 2-ötürücü; 3-əzintinin
vurulması üçün boru; 4-bunker; 5-şnek; 6-dəlinmiş slindr; 7-
dəlinmiş konus; 8-çıxma yolu; 9-şirə toplayıcısı; 10-gövdə
~ 126 ~
Son illər xaricdə Materiel Pera S.A. firmasının təkif etdiyi
Ģnekli sızdırıcılar istifadə olunmaqdadır. Firma sızdırıcıları tutumu
80, 150 və 250 hl olmaqla 3 modeldə buraxır. Üzümün ümumi
miqdarına görə ayrılan Ģirə 85% təĢkil edir. Sıcdırıcıdan Ģirənin
həm bütöv salxımdan, həm də əzildikdən sonra ayrılması, əzintidən
daraq kənarlaĢdırıldıqdan sonra, həmçinin maĢınla yığılmıĢ
üzümdən Ģirə almaq üçün istifadə olunur.
Preslər (sıxıcılar) iĢ prinsipinə görə fasiləli və fasiləsiz olur.
Fasiləli preslər hidravlik və pnevmatik olmaqla iki yerə bölünür və
onların da hər ikisi səbətli (kameralı) olur. Fasiləsiz iĢləyən preslər
Ģnekli, lentli və mexaniki ola bilir. ġnekli preslər bir Ģnekli və iki
Ģnekli; mexaniki preslər isə vintli, yuxarı və aĢağı təzyiqli preslər
kimi fərqləndirilir. MDB ölkələrində son vaxtlara qədər Ģnek tipli
fasiləsiz preslərdən (VPO-20, VPO-30) istifadə olunmaqdadır. Bu
preslər daxil olan əzintini mailli, yaxud horizontal slindrdə yavaĢ-
yavaĢ fırlanan bir və ya iki Ģnekin köməyi ilə sıxır (Ģəkil 4.11).
Şəkil 4.11. Fasiləsiz işləyən şnekli pres VPO-20A
1-rama; 2-reduktor; 3-elektrik mühərriki; 4-bunker; 5-
KORPUS; 6-dəlinmiş baraban; 7-sıxıcı şnek; 8-bağlayıcı konus;
9-hidroslindr; 10-nasos; 11-dayaq; 12-xırda dəlinmiş baraban;
13-altlıq; 14-nəqletdirici şnek
Ağır mərkəzdənqaçma qüvvəsi ilə iĢləyən əzicilər kütləvi beton
özüllər üzərinə qurulur, preslər daxildən tunc Ģneklə təchiz olunur
ki, onun da çəkisi tondan yuxarı olur. ―Səxavətli‖ sovet hökuməti
~ 127 ~
metala qənaət etmirdi. Metal tutumlar adlanan belə avadanlıqlar nə
qədər çox olurdusa, belə maĢınları hazırlayan zavodların plan
göstəriciləri bir o qədər yüksək yerinə yetirilmiĢ sayılırdı.
Ümumiyyətlə, sovet konstruktor və maĢın hazırlayanları öz
vəzifələrini 100% yerinə yetirirdilər. Bu gün də Rusiyanın
cənubunda və bəzi MDB ölkələrində 30 il bundan əvvəl buraxılan
sovet presləri və əziciləri iĢlədilməkdədir.
Ġstənilən Avropa ölkəsi və müasir ölkə Ģərabçısı üçün bu köhnə
sovet «tank»larının əsas çatıĢmazlığı onların xeyrindən yüksəkdir.
Çünki mütəxəssislərin qeyd etdiyi kimi, «sovet avadanlıq»ları
bütün dünyada qəbul edilən klassik üzüm emalı normalarına uyğun
deyildir. Belə əzicilərdən və preslərdən istifadə olunması üzümün
qabığını dağıtmadan, gilə toxumunu əzmədən, yumĢaq ―nəcib‖
emalını təmin etmir, Ģirəni oksidləĢmədən qorumur, xammalın
metalla kobud təmasına səbəb olur. Belə avadanlıqlarda alınan Ģirə
çoxlu miqdarda xırda hissəciklərə malik olmaqla, onun duruldul-
ması üçün xeyli əlavə güc sərfiyyatı tələb olunur. Bundan əlavə
sovet ilkin Ģərabçılıq avadanlıqları yuyulma və dezinfeksiya üçün
mürəkkəb olub, zədələyici olması baxımından təhlükəlidir.Bütün
bunlar keçmiĢ sovetlər birliyinə daxil olan ölkələrdə mövcud olan
avadanlıqların tamamilə dəyiĢdirilməsini labüd edir.Bu baxımdan
dünyanın bu sahədə ən qabaqcıl firmalarının istehsal etdiyi
avadanlıqlar xüsusi maraq kəsb edir və geniĢ tətbiq olunmaqdadır.
TMCI Padovan S.P.A firması(Ġtliya) EPC modelində bir sıra
prevmatik preslər buraxır ki, onlarda səbətlərin tutumu mindən 25
min dm
3
-dək dəyiĢir. Preslərin quruluĢu Diemme firmasına
oxĢardır. Ġtaliyanın digər firmaları (Bernd, Bocsh, Della Toffola),
Ġsveçrənin (Bucher-Guyer AG), AFR-in (Josef Willmes) və
Fransanın (Pera) firmaları da pnevmatik preslər istehsal edir.
Bernd Bosch (Ġtaliya) firması bütöv salxımın sıxılması üçün bir
sıra pnevmatik səbətli preslər buraxır. Sıxılma prosesi mem-
brandan keçməklə aparılır və burada təzyiq 0,5-dən 2x10
5
Pa-dək
yüksəlir. Digər Ġtaliya firması olan Defranceski məhsuldarlığı
saatda 40-100 ton olan MO 200 pres modelini buraxır. O tamamilə
paslanmayan poladdan hazırlanır. Üzüm diametri 700 ml olan
~ 128 ~
lükdən pnevmatik kranla presə yüklənir. Mikroprosessor presin
iĢini avtomat idarə edərək 4 presləmə proqramı ilə təmin edir.
Üzümü vakuum altında sıxmaq üçün MO-200 presi vakuum
nasosla təchiz olunur.
Della Toffola (Ġtaliya) firması pnevmatik səbətli preslər istehsal
edir. Onlar mərkəzi membranla təchiz olunurlar. Presin fərqli cəhə-
ti onda boru tipli membrandan istifadə olunmasıdır. Membranın
daxilinə hava vurulduqda o ĢiĢir və sıxılan kütləni paslanmayan
poladdan hazırlanan Ģadaralı silindrin bütün səthi boyu sıxmağa
baĢlayır.
Bütöv salxımın emalından əlavə bütöv gilədən də Ģirə alınması-
nın texnologiyası həyata keçirilir. Giləni ayırmaq üçün daraqayırıcı
maĢınlardan, alınan gilələri sıxmaq üçün isə səbətli preslərdən
istifadə edilməsi tövsiyə olunur. Giləni ayırmaq üçün xaricdə
müxtəlif firmalar tərəfindən daraqayırıcılar buraxılır. Garolla
firması (Ġtaliya) məhsuldarlığı saatda 1-dən 100 tonadək olan
horizontal və vertikal daraqayırıcılar istehsal edir. Diemme firması
(Ġtaliya) məhsuldarlığı saatda 13-dən 42 tonadək olan, üzümü
aĢağıdan daxil edən vertikal daraqayırıcıların istehsalı üzrə
ixtisaslaĢmıĢdır. CMMC Vaslin Bucher (Fransa) firması horizontal
daraqayırıcıların 2 modelini ECR 15 və ECR 30 istehsal edir ki,
onların məhsuldarlığı uyğun olaraq saatda 15 və 30 tondur.
Material Pera S.A. (Fransa) firması horizontal daraqayırıcıların
məhsuldarlığı saatda 50 və 80 ton olan 2 modelini buraxır.
Blachere (Fransa) firması horizontal və vertikal daraqayırıcılar
buraxır.
CMMC Vaslin-Bucher (Fransa) firması 1 yaxud 2 sıxıcılı disklə
horizontal səbətli preslər istehsal edir. Az məhsuldar preslər bir
diskli, böyük tutumlar 2 diskli olur. Preslər poliefir qatranı
ərintisindən və ĢüĢə lifindən hazırlanan səbətdən, üzərində 1 yaxud
2 disk yerləĢmiĢ fırlanan mərkəzi vintdən, Ģirə üçün vannadan
ibarətdir. Sıxılma prosesi avtomat Ģəkildə həyata keçirilir. Emal
olunan xammaldan asılıı olaraq presləmə 2-5 avtomat proqramla
yerinə yetrilir. Firmanın preslərinin 1 sıra modellərındə səbətlər iki
yaxud üç bölmədən ibarətdir. Ġkibölməli səbətlərdə bir bölmə
~ 129 ~
üzümün yüklənməsi üçün stasionar vəziyyətdə, ikinci (arakəsməli-
Ģadaralı) isə fırlanan olub, onda xammalın sıxılması həyata
keçirilir. Cecənin boĢaldılması üçün ikinci bölmə boĢaldıcı deĢiklə
təchiz olunur. Üçbölməli səbətdə yalnız mərkəzi bölmə fırlanır,
kənar bölmələr məhsulun yüklənmə və boĢaldılmasına xidmət edir.
Presləmə prosesində Ģirəyə düĢən bərk hissəcikləri ayırmaq üçün,
preslər əlavə ələkli slindr filtrlərlə təchiz oluna bilər.
Səbətlərin tutumu 250 kq-dan 25 min kq arasında dəyiĢir. Presin
orta iĢ vaxtı belədir: doldurulma 0,25-dən 2 saatadək, boĢaldılma
5-dən 10 dəqiqəyədək.
Yuxarı təzyiqli səbətli presləri Zambelli firması (Ġtaliya) istehsal
edir. AĢağı təzyiqli Vertikal səbətli preslər Angelo e Tallio Bosselo
S.n.c. (Ġtaliya) firması hazırlayır.
Diemme firması (Ġtaliya) hidravlik ötürməli T10 markalı səbətli
pres istehsal edir. Presin səbəti paslanmayan poladdan 4000 dm
3
tutumunda hazırlanır; Ģirənin ayrılama dövrünün davam etməsi
100-130 dəq müddətində 2 mərhələdə gedir- zəif sıxılmaqla (0,1-
0,3MPa) özbaĢına axılmla Ģirənin ayrılması və 0,5-0,7 MPa
təzyiqdə sonuncu sıxılmaqla ayrılmadır.
Bucher-Guyer AG (Ġsveçrə) firması hidravlik səbətli LHP və SP
tipli tutumu 800-dən 4000 dm
3
-dək olan preslər buraxır.
Son vaxtlar pnevmatik (membran) səbətli preslər geniĢ tətbiq
olunmağa baĢlanılmıĢdır. Sintetik materialdan (elastomer) hazır-
lanan membrandan və küləklənən sıxılmıĢ havadan istifadə olun-
ması hesabına sıxılan kütləyə təzyiq bərabər səviyyədə ötürülür və
nəticədə salxımın bərk hissələrinin dağılması baĢ vermir. Bu
preslərdə Ģirənin götürülməsi, preslənən kütlənin doldurulduğu
yarımslindr bölməsinin divarında yerləĢən Ģadaralı novun köməyilə
aparılır. Bu tip preslərdən alınan Ģirənin keyfiyyəti digər səbətli
preslərlə müqayisədə daha yüksəkdir ki, bu da təzyiqin bütün
radiuslar üzrə paylanması ilə əlaqədardır (Ģəkil 4.12).
~ 130 ~
Dostları ilə paylaş: |