Filtrirasiya aparatları (filtrlər-süzgəclər) fasiləli və fasiləsiz
olmaqla 2 qrupa bölünür. Fasiləli iĢləyən filtrlər öz növbəsində
vakkum, nasos yaxud kompressorla yaradılan təzyiq altında
iĢləyənlər və maye sütununun təzyiqi altında iĢləyənlər olmaqla 3
yerə bölünür. Nasos yaxud kompressorla yaradılan təzyiq altında
iĢləyən filtrlərə filrt-preslər aid olub, onlar da kameralı və ramalı
olmaqla 2 yerə bölünür. Maye sütununun təzyiqi altında iĢləyən
filtrlər – dənəvər təbəqəli, filtrasiya çənləri, təbəqəli yaxud kisəli
filtrlər olmaqla 3 qrupa bölünür.
Fasiləsiz iĢləyən filtrlər vakuum və təzyiq altında iĢləyənlər
kimi fərqləndirilir. Təzyiq altında iĢləyən filtrlərə barabanlı filtrlər
aiddir. Vakuum filtrlər – barabanlı, diskli, lentli və plan-filtrlər
olmaqla 4 qrup üzrə sistemləĢdirilir.
Rusiyada buraxılan məhsuldarlığı saatda 600 dal olan TI-FPO-6
diskli filtri Ģərab zavodlarında istifadə olunmaqdadır (Ģəkil 4.17).
Bu filtrlərin iĢləmə ardıcıllığı dünyada buraxılan yuyub ayırma
filtrlərindən prinsipcə fərqlənməsə də, onun süzmə sürəti
xaricdəkilərdən bir neçə dəfə yüksəkdir.
Uzaq xaricdə buraxılan diskli filtrlər diskə asılmıĢ kollektor
valından asılı olaraq iki tipdə hazırlanır: vertikal və horizontal.
Filtrləri buraxan firmalar çoxdur: Padovan, Diemme, Cadaipa
~ 136 ~
SPA, Velo, Gianazza (Ġtaliya), Schenk- Filterban (AFR), Gasqnet,
Ġmeca Oenologie, Clermont- L Herault (Fransa), National Filter
Corporation (ABġ), Carlson – Ford Limited (Böyük Britaniya) və
b.
Şəkil 4.17. Diskli filtr T1-FPO-6
1-şəbəkə; 2-val; 3-disk; 4, 5-paylayıcı; 6-şkaf; 7-
məhsul nasosları; 8-dozalaşdırıcı
~ 137 ~
Dostları ilə paylaş: |