İKİNCİ
HI
SSƏ
ŞƏRABIN ÜMUMI TEXNOL
OGIYASI
Beşinci fəsil
ŞƏRABIN ƏHƏMİYYƏTİ, TƏRKİBİ VƏ TƏSNİFATI
5.1.
Şərabın
qida
və
müalicəvi
xüsusiyyətləri
Ġndi üzümlə müalicə geniĢ yayılmaqla, ampeloterapiya adı ilə
tanınır. Üzümün qida və müalicəvi xüsusiyyətləri üzüm Ģirəsində,
Ģərabda və ondan alınan digər məhsullarda da saxlanır.
Üzüm Ģərabları qida və müalicə əhəmiyyətindən baĢqa
antiseptik və bakterisid təsirə də malikdir. Qırmızı Ģərablar ağ
Ģərablara nisbətən daha çox antiseptik xassə daĢıyır ki, bu onların
tərkibində polifenolların - qırmızı rəngləyici maddələrin və
aqlükonların miqdarı ilə əlaqədardır. E.Hanzenə görə bu maddələr
bakteriyalara standart fenol məhlulundan (1:10000) daha öldürücü
təsir gücünə malikdir.
Böyük alim və təbib Ġbn Sina vaxtilə Ģərabdan müntəzəm
istifadə etmiĢ, «köhnə Ģərab bədəni qidalandırır» deyə Ģərab içməyi
məsləhət görmüĢ və hətta bəzi xəstəlikləri Ģərabla müalicə
etmiĢdir. O, cavanlara nisbətən yaĢlıların daha çox Ģərab qəbul
etmək imkanına malik olduğunu və Ģərabın yaĢlılara qüvvət,
cavanlara isə zəiflik gətirdiyini xüsusi qeyd etmiĢdir.
MəĢhur Azərbaycan alimi və təbib Kafiəddin Ömər ibn Osman
(XI-XII əsrlər) ġamaxının Məlhəm kəndində tibb mədrəsəsi və
onun nəzdində müalicəxana açmıĢdı. Burada üzüm və Ģərabdan,
müxtəlif xəstəliklərin müalicəsində istifadə olunmuĢdur. Məsələn,
qulaq ağrısını müalicə etmək üçün Ģirin nar dənələrini Ģərabda
qaynadır və həvəndəstədə yumĢalınca döydükdən sonra alınan
məlhəmi qulağa qoyurdular. Böyrək xəstəliyini müalicə etmək
üçün isə biĢmiĢ balqabaq, yaxud kökün üzüm Ģirəsi ilə yeyilməsi
məsləhət görülürdü.
~ 138 ~
Orta əsr mənbələrində göstərilir ki, xəstə insanlar Ģərabı hər gün
lakin çox az miqdarda –bir-iki stəkan, bəzən isə daha az yarım
stəkan, hətta bir qaĢıq mıqdarında içməlidirlər. Hər Ģey konkret
xəstəlikdən və həkimin müəyyən etdiyi müalicə üsulundan asılıdır.
Respublikamızda istehsal olunan yüksək keyfiyyətli desert
Ģərablardan (Azərbaycan, Qara çanax, Mil və s.) indi də xalq
arasında qanazlığına və bir sıra digər xəstəliklərə qarĢı
müvəffiqiyyətli vasitə kimi istifadə edilir.
1990-cı illərdə ABġ-da fransız paradoksı adlandırılan
tədqiqatların nəticəsi xalqa çatdırıldı. Burada aparıcı Amerika
telejurnalisti M.Seyferin ―Fransızların daha çox siqaret
çəkmələrinə, yağlı yeməklər yemələrinə və aerobika ilə pis məĢğul
olmalarına baxmayaraq, amerikalılara nisbətən 2,5 il çox
yaĢamaları və 40% ürək-damar xəstəliklərinə az tutulmalarının
səbəbi nədir?‖ sualına Boston universitetinin professoru R.Elliotun
cavabı sadə olmuĢdu: fransızların uzun ömürlüyünün sirri – yemək
zamanı müntəzəm Ģəkildə qırmızı Ģərablardan istifadə etmələridir.
Məlumdur ki, həmin Ģərabların tərkibində dəyərli polifenolların
yüksək miqdarı qan damarlarını və ürək toxumasını oksidləĢdirici
proseslərin əks təsirindən qoruyur. VeriliĢ və sonrakı çoxsaylı
nəĢrlər fransız paradoksuna və Aralıq dənizi ölkələrinin qidalan-
masına (pəhrizinə) canlı marağa səbəb oldu. Aralıq dənizi
ölkələrinin qidalanmasında isə ilk növbədə onların həyat tərzi,
fiziki fəallığı, təzə meyvə və tərəvəz, paxlalılar, dənlilər, yağlı
olmayan süd məhsulları, balıq və yeməklə Ģərab qəbulu əsas yer
tutmuĢdur.
Təəssüf ki, fransız paradoksu yalnız qırmızı Ģərabların istifadə-
sinin əlveriĢli təsirinə əsaslanırdı. Sonralar elm sübüt etdi ki, belə
təsirə eyni zamanda ağ Ģərablar da malikdir. Lakin bu proses ağ
Ģərabların biznesinə xeyli əks təsirini göstərmiĢ oldu.
Çoxsaylı tədqiqatların nəticəsinə əsasən qeyd etmək olar ki, az
miqdarda Ģərab içilməsi ürək-damar xəstəlikləri ilə yanaĢı, insult,
tromboz, hiporteniya, infarkt, iĢemiya və baĢqa xəstəliklərə
ləngidici təsir göstərir, soyuqlama proseslərinin səviyyəsini aĢağı
salır, arteriyaların geniĢlənməsini sürətləndirir, xeyirli xolestrolun
~ 139 ~
miqdarını yüksəldir. Məlum olmuĢdur ki, Ģərabın təsir etdiyi
xəstəliklərin siyahısı hələ tamamlanmamıĢdır. Həkimlər son
vaxtlar müəyyən etmiĢlər ki, qırmızı Ģərablar ağ ciyərlər üçün
xeyirli olub, artıq çəki ilə mübarizədə də ən yaxĢı vasitədir. Ġtaliya
stomotoloqlarının fikrincə, mötədil miqdarda Ģərab qəbulu kariyes
üçün yaxĢı antibakterial təsir göstərir.
Alabama Universiteti (ABġ) alimlərinin son tədqiqatları (2007)
göstərir ki, qırmızı Ģərablarda olan maddələr xərçəng riskini
(xüsusilə kiĢilərdə) aradan qaldırır. Ġtaliya alimləri müəyyən
etmiĢlər ki, populyar qırmızı Ģərablar üçün üzüm sortları yüksək
miqdarda yuxu hormonu – melatominə malik olur. Missuri
Universitetinin alimləri aydınlaĢdırmıĢlar ki, qırmızı Ģərab insanları
bir çox xəstəliklərdən, xüsusən qida məhsullarında məskunlaĢmıĢ
xəstəlik törədici bakteriyalardan müdafiə edə bilir.
Qocalığın qabağını necə almalı sualı insanları çox qədimdən
düĢündürür. Ġspan alimləri bu suala tədqiqatlarla cavab tapmıĢlar.
Onlar gənclik elekseri kimi qırmızı Ģərabı seçmiĢlər.
2010-cu il üçün müəyyən olunmuĢ müalicəvi və xəstəliklərə
qarĢı davamlı beĢ qidadan biri qırmızı süfrə Ģərabı, digərləri isə
taxıl məhsulları, yağlı balıqlar, soya paxlası və yaĢıl çaydır.
Ġtaliyanın Pyer Kardin Ģirkəti 2010-cu ildən tərkibi əsasən
qırmızı Ģərablardan ibarət olan dodaq pomadaları istehsal edir.
Beynəlxalq üzüm və Ģərab təĢkilatının nəznində ―Ģərab və
sağlamlıq‖ bölməsi yaradılmıĢdır. Burada həkimlərin iĢtirakı ilə
Ģərabın insan orqanizminə təsirinin öyrənilməsi ilə bağlı çoxĢaxəli
elmi-tədqiqat proqramı yerinə yetrilir. Hazırda Ģərabla müalicə
(enoterapiya) dünyada geniĢ yayılmaqla insanların sağlamlığının
bərpa olunmasında və onların cavanlaĢdırılmasında Ģərab və Ģərab
məhsullarından istifadə olunur. Fransanın gözəllik və Ģərabla
müalicə institunda müalicə olunanlara qırmızı Ģərab vannası və s.
müalicə üsulları tətbiq olunur.
KeçmiĢ SSRĠ-nin rəhbəri Stalin daim Gürcüstandan gətirilmiĢ
qırmızı süfrə Ģərabı (Xvançkara) içərdi. Napaleonun da Ģərabsevər
olması tarixdən məlumdur. Napaleonun belə bir Ģüarı vardı: «Ģərab
yoxdursa – əskər yoxdur». Ümummilli lider H.Əliyev «Çernobl»
~ 140 ~
qəzası zamanı Dövlət Komissiyasının sədri kimi iĢtirakçılara
gündəlik müəyyən normada qırmızı Ģərab verilməsinə dair göstəriĢ
vermiĢdi.
Güclü Ģərab həvəskarı olan ABġ-ın böyük dövlət xadimi
B.Franklinə (1706-1790) məxsus bir aforizmdə deyilir: «Ģərab
gündəlik həyatı asanlaĢdırır, onu az təhlükəli, az gərgin və dözülən
edir».
Fikrimizi belə bir fransız atalar sözü ilə yekunlaĢdıra bilərik:
«Ģərab sevən qocalar həkim sevənlərdən çoxdur».
Dostları ilə paylaş: |