5.2.
Üzüm şərablarının tərkibi
Hazırda üzüm və ondan alınan Ģərabın kimyəvi tərkibi dərindən
öyrənilmiĢ və öyrənilməkdədir. Məlum olduğuna görə onların
tərkibində suda həll olmuĢ vəziyyətdə 500-dən çox müxtəlif üzvi
və mineral maddələr vardır. Dad və texnoloji əhəmiyyəti baxımdan
onları iki əsas qrupda birləĢdirmək olar:uçucu və ekstrakt
maddələri.
Uçucu maddələrə 400-ə qədər destillədə ayrılan maddələr,
həmçinin adi temperaturda uçucu hala keçən maddələr aiddir. Bu,
etil spirti və Ģərabın aromatik maddələri adlandırılan-aldehidlər,
ketonlar, uçucu turĢular, ali və terpen spirtləri, fenol turĢular və
mürəkkəb efirlərdir. ġərabın aromatik maddələrinin kütləsi üzü-
mün efir yağlarının miqdarını demək olıar ki, 10 dəfə üstələyir.
Onlar əsasən Ģirənin qıcqırmasında, Ģərab materialının formalaĢ-
masında və yetiĢdirilməsində əmələ gəlir.
Dostları ilə paylaş: |