Əzici maşınlar fasiləli və fasiləsiz iĢləyən olmaqla, iki qrupa
bölünür. Fasiləsiz iĢləyənlər vallı- və mərkəzdənqaçma qüvvəsi ilə
iĢləyən əzici-daraqayıranlar; fasiləli iĢləyənlər isə yalnız
mərkəzdənqaçma qüvvəsi ilə iĢləyən əzicilər kimi fərqləndirilir.
Vallı əzici-daraqayıranlar üzəri yeyinti rezini ilə qapanmıĢ və
bir-birinə qarĢı fırlanan 2-4-6 valdan ibarət qurğudur. Vallar
arasındakı məsafə üzümün sortundan və tələb olunan
məhsuldarlıqdan asılı olaraq dəyiĢir və tənzimlənir. Hazırda MDB-
nin Ģərab zavodlarında daha geniĢ yayılan vallı əzici daraqayıran
B2-VD2Q-20 olub, məhsuldarlığı saatda 20 tondur. O, əzicidən,
daraqayırandan, əzinti qəbuledicidən, bir yerdə yığılmıĢ rama və üz
hissədən ibarətdir (Ģəkil 4.7). Xaricdə çox vaxt üzümün emalında
əvvəlcə darağın ayrılması, sonra gilənin əzilməsindən istifadə
edilir. Bu sxem üzrə üzümü emal etmək üçün vallı daraqayırıcı -
əzici tipi tətbiq olunur. Məsələn, Diemme firması (Ġtaliya) dörd
modeldə Karra tipli məhsuldarlığı saatda 10-dan 90 tona qədər olan
vallı daraqayırıcı-əzicilər istehsal edir. (Ģəkil 4.8).
MaĢın daraqayırıcıdan, vallı əzicidən, vintili əzinti nasosundan
və nəqletdrici Ģnekdən ibarətdir Karra tipli maĢınlarda əvvəlcə
darağın ayrılma prosesi sonra isə gilənin əzilməsi baĢ verir.
MaĢının konstruksiyası daraqayıranı dayandırmağa və üzümün
əzilməsinin daraqla birgə aparılmasına imkan verir. Belə
maĢınlardan istifadə edilməsi göstərir ki, əzilmədən əvvəl darağın
ayrılması gilənin əzilmə səviyyəsinin yüksəlməsinə zəmin yaradır,
darağın nəmliyini azaldır və nəticədə Ģirə itkisini, həmçinin Ģirədə
~ 124 ~
olan asılqan və arzuolunmaz maddələrin miqdarının azalmasını
təmin edir.
Mərkəzdənqaçma qüvvəsi ilə iĢləyən əzici-daraqayıranlar
(SDQ-20) bir-birinin üzərində yerləĢən 4 vertikal slindrdən ibarət
olub, xaricdən maĢının korpusunu təĢkil etməklə, daxildən üzərinə
qısa qamçılar bərkidilmiĢ fırlanan vertikal valdan ibarətdir (Ģəkil
4.9). Mərkəzdənqaçma qüvvəsi nəticəsində intensiv zərbəyə məruz
qalan salxım əzilərək əzinti və darağı ayrılır. Mərkəzi slindrin
dəlinmiĢ səthindən keçən əzilmiĢ gilə və Ģirə əzinti toplayıcıya, da-
raq isə fırlanan üfüqi kürəklər vasitəsilə daraq konveyrinə ötürülür.
Dostları ilə paylaş: |