MəMMƏdov qəRİb xəLİlov mahmud



Yüklə 4,78 Mb.
səhifə254/751
tarix28.12.2021
ölçüsü4,78 Mb.
#16756
1   ...   250   251   252   253   254   255   256   257   ...   751
8.10. Turşulu (turş) yağışlar 

«Turşulu yağışlar» terminini 1872-ci ildə ingilis kimyagəri Robert Smit özünün «Hava və yağmur» əsərində 

irəli sürmüşdür. Turşulu yağışın əsas komponentləri azot və kükürd oksidlərinin (SO

2

 və NO) aerozolları sayılır. 



Onlar atmosfer, hidrosfer və ya torpaq rütubətliyi ilə qarşılıqlı əlaqədə olduqda sulfat, nitrat və digər turşular 

əmələ gətirir. 

Amonyak (NH

3

) da turşulu yağmurların əsas komponentlərindən biri hesab olunur. Turşulu yağışlar həm tə-



bii, həm də antropogen mənşəli olur. Turşulu yağışın əmələ gəlməsinə səbəb olan təbii mənbələrə vulkan püs-

kürmələri, şimşək çaxması və ildırım, meşə yanğınları, biogen ifrazatı, torpağın deflyasiyası və s. aiddir. Alim-

lərin məlumatlarına görə dünyada yalnız vulkan fəaliyyəti nəticəsində hər il 4-16 mln. ton kükürd birləşmələri 

ayrılır. Hər il atmosferə kükürd – 2 – oksid və azot oksidləri daxil olur. 

Antropogen turşulu yağışların mənbəyi qazıntı yanacaqlarının, xüsusilə daş kömürün İES-də, qazanxanalar-

da, metallurgiyada , neft-kimya sənayesində, nəqliyyatda və s. yandırılması prosesi sayılır. Neftin yandırılması 

və emalı zamanı da kükürd qazı əmələ gəlir. Onu aşağıdakı düsturla göstərmək olar. 

2SO


2

+O

2



 = 2SO

3

  



SO

3

 +H



2

O = H


2

 SO


Azot oksidinin havanın oksigeni ilə yüksək temperatur şəraitində birləşməsi zamanı, xüsusən daxili yanacaq 

mühəriklərində və qazanxana qurğularında yaranır.

 

Antropogen mənbələri azot oksidinin 93%-ni ayırır, bu isə 



su buxarı ilə birləşərək azot turşusunu əmələ gətirir.  

2NO+O


2

           2NO

2

  

3NO



2

+H

2



O            2HNO

3

 +NO 



Turşulu yağışların digər mənbəyi kənd təsərrüfatı sayılır. Kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını artır-

maq üçün azot gübrələrindən geniş istifadə olunur, həmçinin azot toplama qabiliyyətinə malik olan paxlalılar və 

çəltiyin əkin sahələri genişləndirilir. 

İlk dəfə turşulu yağışlar 1960-cı illərdə Şimali Amerika və Kanadada müşahidə edilmişdir. Hazırda turşulu 

yağışlar adi hal almış və dünya ictimaiyyətini daha çox narahat edir. 

Avropa və Şimali Amerikada qazıntı yanacaqlarından çox istifadə olunduğundan bu ərazidə dünyada atmos-

ferə buraxılan maddələrin 70%-i düşür və bu turşulu yağışın əmələ gəlməsinə səbəb olur. Turşulu yağışın əsas 

yayıldığı vilayətlər – sənaye rayonları sayılır. (Şimali Amerika, Qərbi Avropa, Yaponiya, Koreya, Çin, Rusiya-

nın sənaye rayonları.) 

Kükürd kimi azotun tsikli də insan tərəfindən yüksək dərəcədə dəyişilməyə məruz qalmışdır. İnsan fəaliyyə-

tilə azotun qlobal tsiklinə ildə 140 tereqramm (mln.ton) azot daxil edilir. Bu, təbii mənbələrdən gələn azotun cə-

mindən də çoxdur. Bu zaman 80 tq azot gübrələri sənayesi, 40tq paxlalıların və cəltiyin səpinindən, 20tq isə qa-

zıntı yanacaqlarıının yandırılması prosesi zamanı əmələ gəlir. Göstərilən miqdarın təxminən 80tq atmosferə bu-

raxılır. Atmosferə hər il buraxılan 80tq azotun 60tq –ı kontinentə, 20tq-yə qədəri isə okeanların səthinə düşür. 

Dəniz sahilləri hər il çay axınları vasitəsilə 40tq əlavə azot qəbul edir. 

Ümumiyyətlə turşuluğu (PH) 5,6-dan aşağı olan yağıntıların «Turşulu yağışlar» adlandırılması  qəbul edil-

mişdir. 

Maraqlıdır ki, indiyə qədər məlum olan ən turş yağış Kanadada (PH2,4) və ABŞ-ın Los-Anjeles şəhərində 

PH (2,3) qeydə alınmışdır. Başqa sözlə desək, bu cür yağışda turşuluq mətbəx sirkəsi tündlüyünə, yaxud da li-

mon şirəsi turşuluğuna bərabər olur. 

 

 



 

133


 


Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   250   251   252   253   254   255   256   257   ...   751




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin