Menecment kafedrasnıın müəllimi A. O. Məmmədova


Əmək intizamının möhkəmləndirilməsi və onun əmək məhsuldarlığına təsiri



Yüklə 110,18 Kb.
səhifə8/13
tarix28.11.2023
ölçüsü110,18 Kb.
#169207
1   ...   5   6   7   8   9   10   11   12   13
Menecment kafedrasn n m llimi A. O. M mm dova (2)

5. Əmək intizamının möhkəmləndirilməsi və onun əmək məhsuldarlığına təsiri
Əmək intizamının möhkəmlənməsi əməyə münasibətin yaxşılaşması və inkişafı deməkdir.Müasir dövrdə əmək intizamını təmin etmək dövlət orqanlarının, müxtəlif təşkilatların mühüm vəzifəsidir. Əmək intizamına əməl olunmasında, müəssisədə nümunəvi qayda yaradılmasında, müəssisə rəhbərliyi, sahə rəisləri, usta və briqadirlərin üzərinə böyük məsuliyyət düşür. Əmək intizamı yüksək əmək məhsuldarlığının zəruri şərtidir. Müəssisədaxili əmək qaydalarına riayət etmək əmək intizamını möhkəmləndirməyin, iş vaxtından səmərəli istifadə etməyin və işə gecikmənin qarşısını almağın başlıca şərtlərindən biridir. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, Əmək Məcəlləsinin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini tətbiq edə bilər:

  • Xəbərdarlıq (işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır);

  • Töhmət vermək;

  • Şiddətli töhmət (sonuncu xəbərdarlıq);

  • Bir ildən çox olmayaraq az maaşlı işə keçmək (müqavilədə qeyd olunubsa, 1/4-i məbləğindən çox olmamaq şərtilə);

  • İşdən çıxmaq.

Bundan əlavə, işçi qaydaları pozsa töhmətin verilib-verilməməsi işəgötürənin səlahiyyətindədir. Yəni, hökmən deyil ki, səhv etmisiniz və direktor sizə töhmət verməlidir. Bütün hallarda səlahiyyət işəgötürəndədir. Həmçinin inzibati tənbehin verilməsində iş stajı, əmək stajı, sosial sığorta stajı rol oynamır. Ola bilər ki, işçi 2 ay işləyib, amma tənbeh tətbiq olunası pozuntular edib, ona tənbeh verilə bilər.
İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən, işçidən yazılı izahat tələb edir.İntizam tənbehi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə verilir. İşçi həmin əmrlə (sərəncamla, qərarla) tanış edilməli və onun tələbi ilə əmrin surəti ona təqdim olunmalıdır. İntizam tənbehi verilməsi barədə əmrdə (sərəncamda, qərarda) işçinin şərəf və ləyaqətini alçaldan, onun şəxsiyyətini, mənəvi hisslərini gözdən salan, habelə intizamsızlığına görə qisas almaq motivli məlumatların göstərilməsi yolverilməzdir.
İntizam tənbehi verilən gündən 6 ay müddətində qüvvədə olur. Bu müddət ərzində işçi yeni bir xata törətməzsə, o, intizam tənbehi almamış hesab olunur. İntizam tənbehinin qüvvədə olduğu müddət ərzində əmək funksiyasını yüksək peşəkarlıqla yerinə yetirdiyinə, müəssisədaxili intizam qaydalarına əməl etdiyinə görə işçi hər hansı həvəsləndirmə vasitələri ilə mükafatlandırılarsa, mükafatlandırıldığı gündən ona verilmiş intizam tənbehi qüvvədən düşmüş hesab edilir.
Müəssisələrdə əmək intizamının reqlamentləşdirilməsi (qaydaya salınması): Əmək Məcəlləsi ilə; müəssisə daxili əmək qaydaları ilə; aylar və günlər üzrə işə çıxmanı, növbənin müddətini və fasilə vaxtını müəyyən edən iş qrafikləri; tabel uçotunun aparılması (hər bir işçinin tabel üzrə sırası, soyadı, adı, atasının adı, ayın hər günü üçün iş vaxtı haqqında məlumatları əks etdirən vərəqə); texniki təhlükəsizlik və texnoloji intizam qaydalarına əmək etməhaqqında əsasnamə ilə həyata keçirilir.
Əmək intizamının qorunub saxlanılması işçi qüvvəsi axının azalmasına müsbət təsir göstərir.Əmək intizamı – kollektivin əmək fəaliyyəti zamanı ərsəyə gələn qayda və normalara riayət etməsidir.

Yüklə 110,18 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin