kombinə edilmiş rezeksiya (ağciyərlərin müxtəlif paylarındakı
seqmentlərin rezeksiyası)
geniş lobektomiya (bir ağciyər payının tam və digər paylardan
müəyyən seqment(lər)in rezeksiyası)
bilobektomiya, geniş pnevmonektomiya (bir ağciyərin tam və
digərinin isə seqment(lər)inin və ya paylarının rezeksiyası)
tamamlanmış lob- və ya pnevmonektomiya (əvvəlki cərrahi
müdaxilədən sonra saxlanmış ağciyərin və ya ağciyər payının tam
rezeksiyasıdır
ÇDD olan xəstələrin ağciyərlərində cərrahi əməliyyatların 90%-
ni pnevmonektomiyalar və lobektomiyalar təşkil edir.
Qeyd etmək lazımdır ki, ağciyərlər üzərində cərrahi əməliyyatlar
fəsadlaşmalar ilə müşayiət oluna bilər. Bunlardan ən ağır fəsad
bronxoplevral fistullar və plevranın empiemasıdır. Cərrahi
müdaxiləyə göstərişlərin, əks-göstərişlərin və əməliyyatın vaxtının
düzgün seçilməsi fəsadların rast gəlinmə tezliyini əhəmiyyətli
dərəcədə azaltmağa imkan verir. Həmçinin qeyd edilməlidir ki,
pnevmonektomiya və bəzi hallarda lobektomiya zamanı
mioplastikadan istifadə fəsadlaşmaların sayını əhəmiyyətli dərəcədə
azaltmağa imkan verir. Nəzərə alınmalıdır ki, plevral boşluğa
köçürülmüş əzələ kütləsi mümkün qədər böyük olmalıdır.
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
23
Mioplastika məqsədi ilə, adətən,
kürəyin enli əzələsindən, bəzi
hallarda isə böyük döş əzələsindən istifadə olunur.
Dostları ilə paylaş: |