Microsoft Word 87 Agciyer vereminin cerrahi mudaxileler 3


Kollaps-cərrahi müdaxilələr



Yüklə 259,35 Kb.
səhifə24/26
tarix28.12.2021
ölçüsü259,35 Kb.
#12808
1   ...   18   19   20   21   22   23   24   25   26
Kollaps-cərrahi müdaxilələr 

Kollaps-cərrahi müdaxilələr zamanı  ağciyərdə  vərəmlə 

zədələnmiş hissələr qalır, lakin kollaps edilir. Bu əməliyyatlar 

arasında  ən geniş yayılmışı torakoplastika əməliyyatıdır

16

. Qeyd 


edilməlidir ki, torakoplastika zamanı da ağciyər kavernalarının 

həmişə tam kollaps vəziyyətinə  gətirilməsi mümkün olmur və bu 

xronik infeksiya ocağının  əmələ  gəlməsinə  səbəb olur. Ağciyərin 

digər hissələrinin kəskin kollapsı  nəticəsində  ağciyərə  gələn qan 

yetərincə oksigenlə  zənginləşmədiyindən orqanizmdə xronik 

hipoksiya və tənəffüs çatışmazlığına səbəb olur. Digər az əhəmiyyətli 

olmayan məqamlardan biri də geniş torakoplastika əməliyyatından 

sonra döş  qəfəsində  əmələ  gələn kəskin deformasiyadır. Buna görə 

də kollapsoplastik müdaxilələr yalnız ağciyərin rezeksiyasına  əks-

göstəriş olduğu hallarda istifadə olunur.  

Kollaps-cərrahiyyənin ən çox üstünlük verilən növü ekstraplevral 

(yaxşı olar ki, ekstraperiostal) plomblaşdırmadır. Bu, kavernanın 

lokal kollapsını yaratmaq, ağciyərin vərəmə  cəlb edilməmiş 

hissələrinin izafi kollapsını azaltmaq və oksidləşməmiş qanın kəskin 

şuntlanmasının qarşısını almaq imkanını verir. Qabırğa 

regeneratlarından yetərincə davamlı kollapslaşdırıcı karkasın 

formalaşmasından sonra plomblaşdırıcı material kənar edilməlidir. 

Müasir plomblaşdırıcı maddələrin (məsələn, toxumaların silikon 

ekspanderləri) istifadəsinin orqanizm tərəfindən qəbul olunmaması 

reaksiyaların tezliyini azaltmağa imkan verir.

 

 

Kollapslaşdırıcı  cərrahiyyənin müsbət cəhətlərindən biri də 



ağciyərin rezeksiyası zamanı əmələ gələ biləcək ağır fəsadlaşmaların 

(bronxo-plevral fistul, empiema və ya plevradaxili qanaxma) əmələ 

gəlməməsidir. 

Kollaps-cərrahi müdaxilələrin aparılması  hətta xarici tənəffüs 

funksiyalarının kəskin pozuntuları olan xəstələrdə də mümkündür. 

 

 



 

 

 



 

 

 



 

 

Klinik protokol Az



ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 




 

24


Yüklə 259,35 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin