Microsoft Word 87 Agciyer vereminin cerrahi mudaxileler 3


Vərəmin fəsadlaşmalarının (spontan pnevmotoraks və



Yüklə 259,35 Kb.
səhifə25/26
tarix28.12.2021
ölçüsü259,35 Kb.
#12808
1   ...   18   19   20   21   22   23   24   25   26
Vərəmin fəsadlaşmalarının (spontan pnevmotoraks və 

plevranın empiyeması) cərrahi müalicəsi 

Vərəm xəstələrində yarana biləcək fəsadlardan biri olan spontan 

pnevmotoraks cərrahların xüsusi diqqətini tələb edən ağır fəsaddır. 

Əksər hallarda bu bronxo-plevral fistullar verən plevrasının xronik 

empiyemasının formalaşması ilə  nəticələnir. Xronik empiyemanın 

müalicəsi zamanı  cərrahi müdaxilələr mərhələli  şəkildə aparılır, 

müalicənin müddəti isə bir neçə ay çəkir. Yadda saxlamaq lazımdır 

ki, uğurlu nəticənin əsasını uğurlu kimyəvi terapiya təşkil edir.  

Bu fəsadlaşmanın müalicəsinin əsas məqsədi bronxial fistulların 

kimyəvi terapiya və ya cərrahi yolu ilə bağlanması  nəticəsində 

ağciyərin açılması və empiema boşluğunun ləğv edilməsidir. 

Bu fəsadlaşmanın müalicəsində müəyyən tədbirlər alqoritminə 

riayət etmək lazımdır. 

Əvvəlcə havanın və plevral ekssudatın aspirasiyası  məqsədi ilə 

plevral punksiya silsiləsi həyata keçirilir. Bundan sonra ağciyərin 

açılması  əlamətləri müşahidə olunmadığı halda plevral boşluğu 

drenaj olunmalıdır. Nəzərə almaq lazımdır ki, aktiv aspirasiya 

zamanı kavernanı plevral boşluqla birləşdirən fistul vasitəsi ilə irinli 

möhtəviyyatın aspirasiyası da mümkündür. Bu VMB-nin plevral 

boşluq boyunca yayılmasına (disseminasiyasına), empiyemanın 

kəskinləşməsinə və xəstənin klinik vəziyyətinin ağırlaşmasına səbəb 

olur. 


Belə hallarda cərrahi müalicənin sonrakı  mərhələsində plevral 

boşluğun və bronxoplevral fistulanın tamponadası ilə torakostomiya 

aparılır. Bundan sonra xəstənin vəziyyəti, adətən, yaxşılaşır: hərarət 

və tənəffüsün tezliyi normallaşır, öskürmə və bəlğəmin həcmi azalır, 

plevral boşluqdakı möhtəviyyatın geriyə - ağciyərə aspirasiyası 

əlamətləri itir, xəstənin iştahası və çəkisi bərpa olunur. 

Bu, xəstənin əməliyyatın son mərhələsinə hazırlanmasına imkan 

verir. Adətən, tamamlayıcı  mərhələdə plevropnevmonektomiya 

əməliyyatı aparılır. Vərəmlə  zədələnmiş plevranın xaric edilməsi 

əməliyyatdan sonra empiyemaların baş verməsi ehtimalını azaldan 

olduqca mühüm mərhələdir. 

Bəzi hallarda plevral boşluğun tamponadasından sonra 

bronxoplevral fistulanın sağalması və ağciyərin tədricən açılması baş 

verir. Bu halda eyni zamanda ağciyərdəki kavernaların bağlanması da 

 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 




 

25

baş verərsə, cərrahi müalicəni ostemioplastika vasitəsi ilə döş 



qəfəsində olan torakostomik pəncərənin bağlanması ilə 

yekunlaşdırmaq olar. 

Bu fəsli yekunlaşdıraraq qeyd etmək lazımdır ki, cərrahi 

müdaxilə barəsində  qərarın qəbul edilməsi və  əməliyyata  əks-

göstərişlərin müəyyən edilməsi son dərəcə  məsuliyyətli məsələdir. 

Bu səbəbdən də

 

yekun qərar həkim-ftiziatr, cərrah, funksional 



diaqnostika mütəxəssisi və anestezioloqdan ibarət həkim kollektivi 

tərəfindən qəbul edilməlidir. 

 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 




 

26


Yüklə 259,35 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin