Microsoft Word Azf-285346. doc


Strategiyanın birinci istiqaməti



Yüklə 1,3 Mb.
Pdf görüntüsü
səhifə19/76
tarix13.05.2022
ölçüsü1,3 Mb.
#57757
1   ...   15   16   17   18   19   20   21   22   ...   76
Azf-285346

         Strategiyanın birinci istiqaməti 

səriştəyə 

əsaslanan 

şəxsiyyətyönlü təhsil məzmununun yaradılmasına yönəlmişdir və 

təhsilin məktəbəqədər, ümumi, ilk peşə-ixtisas, orta ixtisas və ali 

olmaqla, bütün pillələri üzrə kurikulumların inkişafı kimi vacib 




 

17

hədəfi əhatə edir. 



       Göründüyü kimi, bu istiqamət təhsilin məktəbəqədər, ümumi, ilk 

peşə-ixtisas, orta ixtisas və ali olmaqla bütün pillələri üzrə 

təkmilləşdirilmiş, yeniləşdirilmiş kurikulumların hazırlanması 

məsələlərini qarşıya qoyur. 

    Özündə dünyanın mütərəqqi ölkələrinin təhsil təcrübələrini 

ümumiləşdirən bu dəyərli pedaqoji sənəd ölkədə aparılan təhsil 

islahatının həyata keçirilməsi istiqamətində görülmüş mühüm 

işlərdən biridir. O, böyüməkdə olan nəslin hərtərəfli və ahəngdar 

inkişafında mühüm vasitələrdən biri kimi əsas rol oynayır. 

       Strategiyaya  əsasən,  Azərbaycanda məktəbə hazırlıq təhsilinin 

icbariliyinin təmin olunması planlaşdırılır. Bununla yanaşı, 

məktəbəqədər yaşlı uşaqların fiziki və əqli inkişafını, sosiallaşmasını 

təmin edən, yaradıcılıq qabiliyyətlərini üzə  çıxaran, onlarda həyati 

bilik və bacarıqları, davranış qaydalarını  aşılayan təhsil 

standartlarının və yeni kurikulumların hazırlanması, 

təkmilləşdirilməsi nəzərdə tutulur və deyilir: “Məktəbəqədər təhsil 

üzrə yeni kurikulumun tətbiqinin sürətləndirilməsi zəruridir”. 

        Strategiyada  təhsilin məzmununun formalaşmasında akademik 

biliklərlə yanaşı, praktik bilik və bacarıqların, səriştənin vacibliyi

müəllimin öyrətmə qabiliyyəti  önə çəkilir və deyilir: “Səriştə - əldə 

olunmuş bilik və bacarıqları praktiki fəaliyyətdə effektiv və səmərəli 

tətbiq etmək qabiliyyətidir”. Demək, bilikləri öyrətmək, tətbiq  etmək 

səriştəli müəllimin mühüm keyfiyyəti, onun didaktik qabiliyyətinin 

əsas göstəricisidir. Necə ki demişlər: “Öyrədən insan  bilən insandır”.   




Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin