Microsoft Word Azf-285346. doc


əsas üç amilin böyük rol oynadığı göstərilir: 1) Kim öyrədir; 2)



Yüklə 1,3 Mb.
Pdf görüntüsü
səhifə18/76
tarix13.05.2022
ölçüsü1,3 Mb.
#57757
1   ...   14   15   16   17   18   19   20   21   ...   76
Azf-285346

əsas üç amilin böyük rol oynadığı göstərilir: 1) Kim öyrədir; 2) 

Nəyi öyrədir; 3) Necə öyrədir. 

        Bu  üç  amil  strategiyada  öz  əksini tapmış  və müəllim 

şəxsiyyətinə böyük önəm verilmiş, müəllim  əsas  sima kimi 

göstərilmiş  və  səriştəli müəllim kadrlarının yetişdirilməsi  məsələsi 

irəli sürülmüşdür. Səriştəli müəllimin fəaliyyətinə  verilən əsas tələb 

onun onun peşə kompetensiyalarına malik olmasıdır. “Səriştəli 

müəllim” anlayışı pedaqogika aləmində yeni bir anlayışdır. Bəzi 

pedaqoji  ədəbiyyatda  bu “Pedaqoji mərifət”, “Pedaqoji ustalıq”  

kimi də işlənmişdir.   

       Qarşımızda duran əsas vəzifələrdən biri müasir dövrə uyğun 

hərtərəfli inkişaf etmiş  şəxs yetişdirmək, dərin bilikli, geniş 

dünyagörüşlü,  yüksək  əxlaq və  mənəviyyata sahib insan 

yetişdirməkdir. Elə bir insan ki, keçmiş irsi yaşada bilir, bu günün 

reallığını görə bilir və gələcəyi təsvir edə bilir. Yəni yetişdirdiyimiz 

insan  bu gün dünənkindən,  sabah isə bugünkündən daha bilikli və 

daha hazırlıqlı olmalıdır.  

      Strategiya  ölkədə keyfiyyət nəticələri və əhatəliliyinə görə dünya 

ölkələri sırasında aparıcı mövqe tutan, səriştəli müəllim və  təhsil 

menecerlərinə, qabaqcıl texnologiyalara əsaslanan infrastruktura 

malik təhsil sisteminin yaradılması üçün beş strateji istiqamətdə 

tədbirlər görülməsini  nəzərdə tutur. Bu sənəddə strategiyanın demək 

olar ki, bütün istiqamətlərində  səriştəli müəllim hazırlığı problemi, 

təhsilin məzmunu, forma və metodlarının yeniləşdirilməsi,  

müəllimlərin peşə hazırlığı sisteminin təkmilləşdirilməsi, xarici 

ölkələrin təhsil sahəsində  iş  təcrübələrindən faydalanmaq kimi 

məsələlər diqqət mərkəzindədir.          




Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin