Strategiyanın dördüncü istiqaməti ömür boyu təhsili təmin
edən təhsil infrastrukturunun yaradılmasıdır.
Bəli, təhsil işçisi, müəllim və tərbiyəçilər daim oxuyub,
öyrənməli, öz təhsilini, ixtisas biliyini müntəzəm olaraq
dərinləşdirməlidir. Öyrənmədən öyrətmək olmaz. Strategiyada
göstərilir: “Bilik və bacarıqlarını davamlı artıran müəllimlər
təhsilalanların nailiyyətlərinə əlavə töhfə verirlər”. Burada
müəllimin səriştəlilik, tədqiqatçılıq bacarıq və qabiliyyətinin inkişaf
etdirilməsi, müəllimlərin elmi-tədqiqat işlərinə cəlb edilməsi xüsusi
əhəmiyyət kəsb edir. Bu istiqamət həmçinin təhsil müəssisələrində
informasiya-kommunikasiya texnologiyaları
əsaslı
təlim
metodologiyasına uyğun infrastrukturun yaradılması, təhsil
müəssisələri şəbəkəsinin rasionallaşdırılması, distant təhsil, istedadlı
və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün təhsil və inkişaf,
yaşlıların təhsili, peşə-ixtisas və təhsil məsələləri üzrə məsləhət
xidmətləri göstərən regional universal mərkəzlərin, müasir təminatlı
peşə-tədris mərkəzlərinin və komplekslərinin qurulması, kampusların
yaradılması kimi tədbirləri ehtiva edir. Həmçinin bu istiqamətdə
göstərilir ki, ”ömür boyu təhsilə artan tələbatın ödənilməsi üçün
kitabxana fəaliyyətinin modernləşdirilməsi, rəqəmsal təhsil
resurslarından istifadə imkanları genişləndirilməlidir...” Bütün bunlar
isə son nəticədə iqtisadi inkişafa səbəb olur. “İnsanın ömür boyu
təhsil almaq tələbatının ödənilməsi isə təhsilin iqtisadi həyatda
rolunu yüksəldən amillərdən ən mühümüdür” .
Dostları ilə paylaş: |