Tərbiyə metodları şagirdlərin fəaliyyətinin köməyi ilə
tərbiyənin məzmununun mənimsənilməsidir.
Tərbiyə metodları şəxsiyyətin xüsusiyyətlərinin formalaşması
üçün müvafiq məqsədlərə istiqamətlənməsidir.
Tərbiyə metodları şagirdlərin (tələbələrin) məqsədyönlü
fəaliyyətinin təşkil edilməsində, müəllim və uşaq kollektivinin
fəaliyyətində özünü əks etdirir. Tərbiyə metodları uşaqların
məqsədyönlü fəaliyyətində uşaqların və yeniyetmələrin fəaliyyətinin
təşkilində, pedaqoq və şagird kollektivinin fəaliyyətində özünü əks
etdirir.
Tərbiyə metodları dedikdə, biz tərbiyə olunanların davranışına,
hisslərinə, şüuruna konkret şəkildə təsir etmək yolu ilə birgə
fəaliyyətdə pedaqoji vəzifələrin həllini, pedaqoq-tərbiyəçi ilə tərbiyə
olunanların ünsiyyətini başa düşməliyik. Tərbiyə metodları
tərbiyənin məqsəd və məzmunu ilə müəyyənləşir.
Dostları ilə paylaş: |