Magistrant tərbiyə və təhsil məsələlərinin hüquqi sənədlərdə
əks olunması məsələlərini yaxşı bilməlidir. Bura daxil olacaqdır : 1.
Tərbiyə işinin təşkilində beynəlxalq təşkilatlar; 2) tərbiyə işinin
təşkilində beynəlxalq hüquqi sənədlər; 3) tolerantlıq prinsipləri
bəyannaməsi; 4). Azərbaycan Respublikasının Konstitusiyasında
tərbiyə məsələləri; 5) təhsil haqqında Azərbaycan respublikasının
Qanunu.
Magistrant, tərbiyə, özünütərbiyə və yenidəntərbiyə haqqında
məlumatlara sahib olmalıdır.
Başqa sözlə desək, tərbiyə şəxsiyyətin məqsədyönlü
formalaşması və inkişafı prosesidir. Belə formalaşma və inkişaf
tərbiyənin mahiyyətini təşkil edir.
Tərbiyə insanı doğulduğu gündən ömrünün sonuna qədər
müşayiət edir.
Tərbiyə prosesinin mühüm cəhətlərindən biri ondan ibarətdir ki, o,
kor-koranə bir proses olmayıb, idarəolunan bir prosesdir. Tərbiyə
prosesi ona görə idarə olunan bir prosesdir ki, onun məqsədi,
motivləri, funksiyaları və gözlənilən nəticələri mövcuddur. Şübhəsiz
ki, bunların hər birini nəzərə almaq və tərbiyə işini onlara müvafiq
şəkildə təşkil etmək elə onun idarə edilməsi deməkdir.
Dostları ilə paylaş: |