26
məqsədə, ideala və inamlarına müvafiq olaraq öz şəxsiyyətində
dəyişikliklər etməyə yönəlmiş fəaliyyətindən ibarətdir.
Özünütərbiyə insan fəaliyyətinin qarşıya
qoyulmuş
məqsədlərə, yaranmış ideal və inamlara şüurlu surətdə müvafiq
olaraq şəxsiyyətin dəyişilməsinə istiqamətlənməni nəzərdə tutur.
Özünütərbiyədə şəxsiyyətin inkişafının müəyyən səviyyəsi, insanın
öz davranışını digər insanların davranışı ilə müqayisədə
şüurluluğunun təhlili əsas götürülür.
Özünütərbiyə düzgün aparılan tərbiyənin nəticəsində
meydana gəlir. Özünütərbiyə tərbiyədən bilavasitə asılı olan pedaqoji
prosesdir, tərbiyənin müəyyən bir formasıdır. Tərbiyə olmadan
özünütərbiyədə yüksək nəticələr qazanmaq qeyri-mümkündür.
Özünütərbiyə adamın öz şəxsiyyətini
müsbət mənada
dəyişdirmək, təkmilləşdirmək, formalaşdırmaq üçün öz üzərində
şüurlu, məqsədyönlü və müstəqil surətdə
işləməsidir.
Dostları ilə paylaş: