Microsoft Word Azf-285346. doc



Yüklə 1,3 Mb.
Pdf görüntüsü
səhifə30/76
tarix13.05.2022
ölçüsü1,3 Mb.
#57757
1   ...   26   27   28   29   30   31   32   33   ...   76
Azf-285346

Magistrant bilməlidir ki, pedaqogika elmində metodların 

təsnifatında vahidlik olmasa da, bu məsələdə ümumi bir meyl vardır. 

Alimlərin böyük qismi tərbiyə metodlarının təsnifatında məntiqi əsas 

kimi tərbiyənin psixoloji amillərindən və  fəaliyyətin bütövlüyü 

prinsipindən çıxış edirlər. 

Tərbiyə prosesinin psixoloji təhlili göstərir ki, insanın fəaliy-

yəti müəyyən psixoloji amillərlə bağlıdır: bizim fəaliyyətimiz  şüu-

run, iradə və adətlərin, habelə hisslərin məhsuludur. 

İnsan  şüurlu məxluq olduğu üçün onun bütün fəaliyyəti, dav-

ranışı  şüurla tənzim olunur. Buna görə  də, ilk növbədə,  şüura təsir 

göstərmək, onda əxlaqi təsəvvürlər, inam, əqidə formalaşdırmaq, 

yaxşını və pisi, gözəli və çirkini, doğrunu və yalanı, həqiqini və sax-

tanı insana inandırmaq lazım gəlir. Buna görə də inandırma metod-

ları gərəkdir. 

Tərbiyə  şüurla davranışın vəhdətinə  əsaslanır.  İnsana  əxlaqi 




 

24

normaları izah etməklə, inandırmaqla yanaşı, həm də onun bu norma-



lara uyğun davranması, hərəkət etməsi, fəaliyyət göstərməsi, müsbət 

adətlərə yiyələnməsi, alışması vacibdir. Ona görə  də  alışdırma 



metodları gərəkdir. 

Deməli, tərbiyə  işində öncə insanın  şüurunu formalaşdırmaq, 

iradəsini möhkəmlətmək, sonra da onda müsbət adətlər yaratmaq və 

bu yolla da şüurla davranışın vəhdətinə nail olmaq, düzgün davranış 

təcrübəsi formalaşdırmaq lazımdır. Tərbiyə işində insanın hissi aləmi, 

duyğuları mühüm rol oynayır. Rəğbət-nifrət, sevinc-kədər, 

xeyirxahlıq-bədxahlıq, humanizm-eqoizm, həzz-ikrah hissləri insanın 

davranışını, rəftarını, hərəkətlərini, fəaliyyətini stimullaşdırır. 

Uşaqlıqdan insan qəlbinə müsbət hisslər aşılanmazsa, orada boşluq 

yaranır və çox vaxt bu boşluğu mənfi hisslər tutur. Nəticədə insan 

qəlbində  bədxahlıq, qəddarlıq, laqeydlik, habelə bir çox nəfs 

xəstəlikləri – paxıllıq, tamahkarlıq, kin, qeybət, acgözlük yuva salır və 

insanı xoşagəlməz yollara çəkir. 

Deməli, insan qəlbini nəcib hisslərlə  zənginləşdirmək, gözəl 

ürək tərbiyə etmək vacib vəzifələrdən biridir. Bu məqsədlə hissə təsir 

göstərən stimullaşdırıcı  tərbiyə metodlarından istifadə edilir. Ona 

görə də rəğbətləndirmə və cəzalandırma metodları gərəkdir


Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin