səriştəli təhsilverənin formalaşdırılmasına xidmət edir. Burada
18
təhsilalanların istedadının aşkar olunması və inkişafı ilə bağlı
aparılan işlər, habelə xüsusi qayğıya ehtiyacı olanlar üçün inklüziv
təlim metodologiyasından istifadə xüsusi diqqətə alınır. Bu bir növ
“necə öyrətmək” məsələsini özündə ehtiva edir. Strategiyada
göstərilir ki, “Təhsilin inkişafında mühüm irəliləyişlərə nail olmuş
ölkələrin təcrübəsi göstərir ki, informasiya-kommunikasiya
texnologiyalarına əsaslanan, yaradıcı düşüncəni inkişaf etdirən və
təhsilalanın fərdi xüsusiyyətlərini nəzərə alan müasir, fəal-interaktiv
təlim metodları daha yüksək nəticələr verir. Həmin məqsədlə,
davamlı olaraq mütərəqqi tədris metodlarının yaradılması və
müəllimlərin səriştəsinin artırılması təhsil siyasətində mühüm yer
tutur”. Bu gün məktəblərimizdə tədris prosesində interaktiv təlim
metodlarından istifadə getdikcə genişlənməkdə, artmaqda və öz
səmərəsini verməkdədir. Avropa alimlərinin fikrincə, səmərəli,
təkmil pedaqoji fəaliyyətin yarısı pedaqoji texnologiyaların, o biri
yarısı isə müəllimin pedaqoji ustalığının payına düşür.
Strategiaynın üçüncü istiqaməti təhsildə nəticələrə görə
cavabdeh, şəffaf və səmərəli idarəetmə mexanizmlərinin
yaradılmasıdır.
Müasir təhsili idarəetmə quruluşunda tənzimləmə və əməliyyat
funksiyaları ayrılmalı, akkreditasiya, sertifikatlaşdırma və peşə
təhsili üzrə yeni idarəetmə strukturlarının yaradılması nəzərdə
tutulur.
Bu istiqamət təhsil sistemində tənzimləmə və idarəetmənin
qabaqcıl beynəlxalq təcrübə əsasında müasirləşdirilməsi, təhsil
müəssisələrində nəticəyönümlü, şəffaf idarəetmə modelinin, təhsilin
keyfiyyətinin təminatı və idarə olunması üzrə yeni məlumat –
hesabat, informasiya sistemlərinin yaradılması kimi hədəfləri əhatə
edir. İnkişaf etmiş ölkələrin təcrübəsindən aydın olur ki, təhsildə
idarəetmənin ictimailəşməsi prosesi sürətlənməkdədir. Valideynlərin,
ictimai təşkilatların nümayəndələrinin, tələbələrin idarəetmə
prosesinə cəlb edilməsi aktuallıq kəsb edir. Strategiyada deyildiyi
kimi “Bu, ilk növbədə, bütün növ təhsil müəssisələrinin
müstəqilliyinin artırılmasını, valideyn, şagird, tələbə və təhsil
19
prosesinin digər iştirakçılarını geniş cəlb etməklə təhsil ocaqlarının
idarə olunmasını, nəticəyönümlü menecmentin və digər müasir
idarəetmə texnologiyalarının prosesə tətbiqini tələb edir”.
Dostları ilə paylaş: