Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco


İsgəndəriyyəli Filon və Avreliy



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə68/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   64   65   66   67   68   69   70   71   ...   307
333 felsefe muhazireler toplusu eyani

İsgəndəriyyəli Filon və Avreliy 
Avqustinin 
adı ilə bağlıdır. Uzun bir dövrü əhatə edən Orta Əsrlər fəlsəfəsi bilava-
sitə xristian dini ilə əlaqədar idi. Bu dövrdə yalnız o filosoflar hörmətə layiq görü-
lürdülər ki, onlar xristianlığın tərəfdarları olsunlar. Bu mənada Orta əsrlər fəlsəfəsi 
istər Antik dövrün, istərsə də İntibah dövrünün fəlsəfəsindən əsaslı surətdə fərqlə-
nirdi. 
Avreliy Avqustin 
(354– 430) orta əsr fəlsəfəsinin görkəmli nəzəriyyəçisi, teo-
loq və filosof olmuşdur. Onun fəlsəfi ideyaları «Həqiqi din haqqında», «Azad iradə 
haqqında», «Tövbə», «Allah şəhəri haqqında» əsərində öz əksini tapa bilmişdir. 
«Allah şəhəri haqqında» əsəri daha mühüm yer tutur. Orada filosof insan birliyinin 
bir–birinə əks olan iki növünü təhlil etmişdir. Bunlardan birincisi, «dünyəvi şəhər», 
daha doğrusu özünə məhəbbətə əsaslanaraq allahın inkarına aparıb çıxaran dövlət-
çilikdir, ikincisi isə «Allah şəhəri»dir ki, burada allaha məhəbbət özünə nifrət sə-
viyyəsinə qədər inkişaf etdirilir. Qeyd etmək lazımdır ki, Avqustinin «Allah haq-
qında təlimi» sxolastikaya həlledici təsir göstərimişdir. Allah ali varlıqdır, dünya 
qaydalarını şərtləndirən əbədi və dəyişməz ideyaların mənbəyidir. Allah zərurətə 
görə deyil, öz iradəsinə görə dünyanı heç nədən yaratmışdır.
Yaradılma haqqında ehkam ağırlıq mərkəzini təbii başlanğıcdan fövqəltəbii 
başlanğıca keçirir. Antik dövrün allahları təbiətlə qohum idilər, xristian allahı isə 
təbiətin fövqündə dururdu. Ona görə də həmin allaha transendent allah deyirdilər 
(Transendent – təcrübədə olan, axirətə aid edilən, fövqəltəbii, fövqəlhissi məna 
kəsb edir).
«Allah şəhəri haqqında» əsərində Avqustin yazırdı ki, dünya zamanda deyil, 
zamanla birlikdə yaradılmışdır. Beləliklə, fəal yaradıcı başlanğıc təbiətdən, kos-
mosdan alınaraq allaha verilirdi. Ona görə də orta əsr fəlsəfəsində kosmos yunan 
fəlsəfəsində tutduğu mövqeyini itirmişdir. Avqustin təlimində dünya haqqında tə-
lim ikinci reallıq haqqında təlim kimi verilmişdir. Onun təlimində antik dualizm 
(əql və materiya) rədd edilir, əvəzində monizm əsas mövqeyə çıxır. Monizm prinsi-
pinə görə, yalnız mütləq başlanğıc– allah vardır, qalanları isə ikincidir, allahın ya-
ratdığıdır. Allah və onun yaratdığı dünya iki reallıqdır. Onlar mütləq şəkildə onto-
loji olaraq bir– birindən ayrılırlar. Allah həqiqi varlıqdır, o əbədidir, dəyişməzdir, 
heç nədən asılı deyildir, hər şeyin mənbəyidir (əslində antik filosofların varlığa aid 
etdikləri atributları orta əsr fəlsəfəsində allaha aid edilirdi). 
Avqustin fəlsəfəsində tale, qismət təlimi mühüm yer tutur. Həmin təlimdə gös-
tərilirdi ki, subyektiv olaraq insan azad fəaliyyət göstərməsinə baxmayaraq, o nə iş 
görürsə, allah onun vasitəsilə edir. Özünün qərarı ilə allah bəzi adamları xilas edir, 
digərlərini cəhənnəm əzabında cəzalandırır. Xristian tale, qismət təliminin mahiy-
yəti belədir. İlahi tale qismət prinsipi iki bir– birinə zidd şahlıqların mənbəyidir. Bu 
iki şahlıq axirət dünyası və real dünyadır. Real dünya müharibələrlə, zorakılıq üzə-
rində qurulmuşdur. İlahi dünya isə kilsənin köməyi ilə formalaşır. 
Avqustin özünün ilahiyyata dair əsərlərində dəfələrlə kilsə anlayışlarına müra-
ciət etmişdir. Çünki həmin anlayışlar Avqustinin dünyagörüşündə həlledici yer tu-


80
turdu. Sonralar sxolastiklər, xüsusilə Akvinalı Foma üçün həmin anlayışlar funda-
mental mahiyyətə malik olmuşdur. 
Avqustin özünün fəlsəfə təlimini teologiya haqqında təlim kimi təqdim etmiş-
dir. O, teologiyanı təbii elm hesab edirdi. 
Bu dövrdə yeni 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin