Microsoft Word Hazir secilmis eserleri mir celal doc



Yüklə 2,54 Mb.
Pdf görüntüsü
səhifə34/54
tarix30.12.2021
ölçüsü2,54 Mb.
#18854
1   ...   30   31   32   33   34   35   36   37   ...   54
 
İkinci fəsil 
 
Gəldiyev Vartaşendə taxıl tədarükü müvəkkilliyində çalışanda ya xamlıq 
ucundan, ya ehtiyatsızlıqdan, ya da ayrı  səbəbdən bir balaca dolaşan kimi 
olmuşdu. Özündən soruşsan deyər: "Yoldaşa daverit eləmişəm, başıma bu 
işlər gəlib". 
Rayon icraiyyə komitəsinin sədri yazdı ki: "Ay Kərim, filan qədər taxıl 
burax!". Kərim buraxdı. Torpaq şöbəsi dedi: "Qəşəng oğlan, arpa ver, atlar 
acdır". Qəşəng oğlan verdi. Bir başqası  zəng elədi ki: "Yoldaş  Gəldiyev, 
bir-iki tay buğdaya gümanın gəlməzmi, bacı  oğlunun toyudur, darda 
qalmışıq". Gəldiyev də rədd eləmədi. "Yoldaş tədarükçü, vacib yer üçün on 
beş torba taxıl ayırıb mənim sərəncamıma göndərməlisən". Tədarükçü əməl 
elədi... 
Gəldiyevin işləri öz qaydasınca gedirdi. Anbardan ağ, dolu torbalar 
azalır, yer genişlənirdi. Bunun əvəzində  məxaric qovluğundakı  qəbzlərin, 
xahiş kağızlarının sayı artır, hesabı çoxalırdı. Axırı bir gün atası rəhmətlik 
hesabdar Gəldiyevi ayıltdı. 
Güman eləməyin ki, indiyə  qədər Gəldiyevə  məsləhət demir, 
öyrətmirdilər. Yox! Hər dəfə, əl boyda qəbzlərə, ya dilucu tapşırığa, 
  
  
  
 
 


212 
 
  
anbar açdırıb taxıl buraxanacan Gəldiyevin canı boğazına yığılırdı. Nə 
hesabdar yazır, nə anbardar buraxır, nə də fəhlə taya yaxın gəlirdi. Hamısı 
nəm-nüm ilə  tərpəşirdilər: "Canım, sabah kim cavab verəcək? Ordersiz-
mordersiz, hesabsız-kitabsız bu taxıl hara gedir?.." 
Gəldiyev hirslənirdi, partiya kitabçasını çıxarıb sol ovcunda tutur, sağ əli 
ile meşin cildə elə şappıldadırdı ki, eşiden dik atılırdı: 
- Bu cavab verəcəkdir ey, bu! Qaragöz bileti cibində  gəzdirən oğlan 
atveçatdır! Sizin qarnınıza niyə sancı dolur? Sizə deyilir: ver, ver! Daha 
uzun müşərrəf lazım deyil. Daverit eləyib bizi bura qoyublar! 
Gəldiyevin hərbə-zorbasından qorxan da olurdu. Əl-qolu gəlməyən, 
çəkilib mat-məəttəl qıraqda dayanan da olurdu. Xoruz kimi kişi ilə döş-döşə 
gələn, ora-bura yazan da herdən tapılırdı. Ancaq Gəldiyevin arxası möhkəm 
idi. Atalar yaxşı deyib: "Arxalı köpek qurd basar!". Artıq-əskik danışanlar 
haqqında, görürdün, Geldiyev zəng elədi, danışdı, sonra əmr verib 
başmaqlarını bayırda qoydu. 
Gəldiyev işini elə qurmaq istəyirdi ki, əlinin altındakılar "yumurta yükü 
aparsınlar". Bu zabitə bəzilərinin lap xoşuna gəlirdi. 
Gəldiyev aşağı  işçilərin sözünə fikir vermirdi. Çünki onlardan heç bir 
təhlükə gözləmirdi. Fikri həmişə yuxarıda böyüklərdə idi. İnanmışdı ki: 
"Qulluq işində, adamı yıxan-tikən sədrin, naçalnikin bir qırmızı qoludur". 
Ona elə  gəlirdi ki, bu qəzet, tənqid, yoxlama-filan hamısı  əvvəlcədən 
"böyüklər yanmda aşı bişirilmiş adamlar üçündür. Allah dəymeyənə, bəndə 
nə eləyəcək". Gəldiyevin qənaəti bu idi. İndiyə  qədər də bu etiqadla 
işləmişdi. Hələlik ziyan görməmişdi. 
Rayonda bir hadisə oldu. Ondan sonra Gəldiyevin gözlərindən pərdə 
çəkildi. Etiqadları da altına su düşən divar kimi uçulub töküldü. 
Hadise deyəndə, böyük düşməsin, rayon icraiyyə komitəsi sədrinin 
İskəndər adlı bir katibi var idi. Avadanlıq üstündə müəllim ilə sözləri çəp 
gəlmişdi. Katib müəllimə demişdi: "Xuliqan!" 
Müəllim başını  aşağı salıb getmişdi. Qıraqdan baxanlar müəllimin 
qorxaqlığına gülmüşdülər, bəziləri də demişdi: "Hökumətdir, qorxmasın, nə 
eləsin!". 
Müəllim qoçaq nə din, nə danış, götür ərizə yaz, İskəndəri məhkəməyə 
ver! Rayon məhkəməsi, düzdür, müəllimin  ərizəsini dəftərə salıb 
nömrələmişdi, amma sonra bu ərizə saqqız olub məsul işçilərin ağzında 
çeynəndi. Qapalı aşxananın qabağında rayon icraiyyə komitəsi 
  


213 
 
sədri  əllərini cibinə qoyub gülür, dili ilə dişlərini təmizləyir, müəllimə 
deyirdi: 
- Söz deyəndə  təşəxxüsünə  dəyir, ay müəllim!  Ərizəbazlıq eləyirsən, 
sovet məhkəməsinin də vaxtını alırsan... bu necə işdir? 
Müəllim dedi: 
- Yoldaş İsmiyev, sən rəsmi kommunist sayılırsan. 
- Rəsmi niyə? 
- Cibində kitabçan-zadın var da, kommunist sayılırsan, gərək yadında 
ola ki, insan şəxsiyyətini bizim ölkədə uca tuturlar. Vətənimiz belə 
olmasaydı, mən baş götürüb diyarbadiyar gedərdim. Mənim üçün izzeti-nəfs 
hər şeydən əzizdir. Öz şərəfini qorumayan nə vətənin, nə də xalqın şərəfini 
qoruyar. Bizim ölkedə heç kəsə ixtiyar verilməyib başqasını  təhqir eləsin. 
Məhkəmə  mənim  ərizəmə  ədalətlə baxmalıdır. Arxaynıam ki, baxacaqdır. 
Siz katibinizin sözünü qulaqardına verirsinizsə, bu da sizin öz işinizdir. 
İsmiyev müəllimi lağa qoydu. Gəldiyev də qəh-qəh çəkdi: 
- Padumiş!.. Müəllim, bu od-atəşlə sizi bura kim göndərib? 
- Mən özüm gəlmişəm. 
- Gəlmisən, başını sal aşağı, işində ol! İdarədə adamla söz olar, artıq-
əskik də olar. Bundan ötrü daha qiyamət qopmaz ki! 
- Qiyamət-zad qopardan yoxdur. Bəzi işçilərə danışmaq lazımdır. 
- Sən elə o körpə uşaqlara öyrət, qalanlar ilə işin yoxdur. 
Gəldiyev sədri çağırdı: 
- Əşi, gəl bəri!.. 
Onlar aşxanaya girib təzədən qabaq-qabağa oturdular. 
Müəllim ovqatı qarışmış halda ağzını çevirib küçə aşağı getdi. 
Üç gün çəkmədi, bir də gördülər, budur, maarif komissarının müavini 
icraiyyə komitəsinin qapısından içəri girdi. Salam-kalam elədi. Bir az 
məktəblərdən, məktəblilərdən xəbər aldı. Sonra başladı müəllimin təhqir 
olunması barəsində  dəftər-kitab açmağa.  İsmiyev and içdi ki: "Canım, 
təhqir-filan olmayıb, siz allah şişirtməyin, ona bircə  kəlmə "xuliqan" 
deyilib, lap xuliqan olanda nə olar? Burjuaziya deyilməyib, qolçomaq 
deyilməyib, opportunist deyilməyib. Burada nə var axı?". 
Komissarın müavini hamıdan çox Gəldiyevi heyrətə salmışdı. Gəldiyev 
onun, o böyük qulluq sahibinin elə bir iş dalınca gəlməsinə ınana bilmirdi. 
Öz-özünə deyirdi: "Taxıl hazırlığı deyil, plan deyil, tə- 
  
 


214 
 
darük deyil, iclas deyil, bir dılğır müəllim üçün də komissar müavini 
gedərmi?.." 
O yandan da rayon məhkəməsindən maddə  gətirdilər.  İskəndəri 
müttəhim kimi dindirdilər.  İsmiyev ha zəng elədi: "Ay yoldaş  məhkəmə, 
pustyak işdir, sürtün getsin". Prokurora papaq açdı, mümkün olmadı. 
Məhkəmə sədri deyirdi: 
- Qanunnamədə nə yazılıb, o cür də rəftar olunacaq... 
Dostlar özlərini yığışdırıb,  İskəndərə qahmar çıxınca, kişini camaat 
qabağında mühakimə elədilər. 
Qəribə  işlər var. Həmin  İsmiyev qardaşdan artıq istədiyi, idarəsmin 
dirəyi saydığı İskəndəri qulluqdan qovmalı oldu. Əmrə qol çəkəndə başını 
bulayıb, öz-özünə deyirdi: "Gör nə boş işdən ötrü..." 
Dedim ki, komissar müavininin gəlməyi Gəldiyevi heyrətə salmışdı. Bu 
heyrət get-gedə ehtiyata çevrildi. İskəndərin işin görəndən sonra Gəldiyev 
özünə gələn kimi oldu. Hesabdar ona məsləhət gördü ki: "Çıx bu rayondan. 
Bu işlərin axırını  fəna görürəm. Firqəçi adamsan, sənə yermi əskikdir?! 
Hara getsən vəzifə var. Dost-aşnaya o qədər də bel bağlama..." 
Ömründə birinci dəfə idi ki, Gəldiyev, dili ilə olmasa da başını 
tərpədərək, aşağı  vəzifəli bir adamın sözünü təsdiq edirdi. Gəldiyevin 
böhran keçirdiyi həmin bu günlərdə Bakıdan təşviqat şöbəsinə kağız gəldi 
ki, "Fəal rayon işçilərindən bir nəfərini mərkəzə ali məktəbə göndərin. 
Həmkarlar beşminliyi hesabına təqaüd alacaqdır". 
Təşviqat  şöbəsi müdiri rayon icraiyyə komitəsi sədrilə  məsləhətləşdi. 
İsmiyev həmin kağızı oxuyanda Gəldiyev irəli yeriyib yalvardı: 
- Yoldaş  İsmiyev, - dedi, - bu mənə yapışır. Ali məktəb  əsil mənim 
yerimdir, göndər gedim! 
İsmiyev etiraz eləmirdi. O yan-bu yandan deyirdilər ki: "Kərim dünən 
savad kursundan çıxıb; ali məktəbə getmək üçün bilik lazımdır". 
İsmiyev rədd elədi: 
- Firqəçi adamdır, öyrənər. Mən Gəldiyevi göndərınək tərəfdarıyam! 
Özü təcrübəli, özü inanılmış, özü... 
Gəldiyev Vartaşendən lap arxayın çıxdı. 
Ona görəmi ki, tutduğu işlər düz idi, ya özü bu işləri düz sayırdı? Ona 
görəmi ki, cəsarətli idi, məsuliyyətdən qorxmurdu? Ona görəmi ki, 
yoldaşlarının sədaqətinə inanırdı, yamana dil bulamayacaqlarına əmin idi? 
  


215 
 
Yox! 
Ona görə arxayın çıxdı ki, özünün partiya kitabçasını,  şəxsi işini, 
vəsiqələrini, yoxlamalarını tamam yığışdırıb aparırdı. O, bu əqidədə idi ki, 
insan çıxdığı idarədən  şəxsi işini təmiz apara bilsə, sonralar yüz adam 
yığılsın, jüz cinayət açılsın, faydasızdır, sübuta yetməz, boynuna qoyula 
bilməz. 
Kərim Gəldiyev Vartaşendən qaçmaqla bir göz dağından da uzaqlaşırdı: 
çayxana xidmətçisi Zoyaya, xata elədi, bir "salaməleyk" dedi. 
Bir neçə  dəfə pitinin duzsuz olmasından  şikayətləndi. Zoyanı  kənara 
çağırıb "məxsusi" hazırlanmış yarpaq dolması xahiş elədi. Zoya bu xahişin 
aşpaza aid olduğunu deyəndə, Gəldiyev onun qulağına pıçıldadı: "Aşpazı da 
görürəm, Zoyanı da!". Zoya dedi: "Mən xörək bişirməyi bacarmıram". 
Gəldiyev əl çəkmədi: "Bəs ürək bişirməyi niyə bacarırsan?". 
Zoya onun atmacalarını başa düşmədi. O birisi gün Gəldiyev altı manat 
xörək pulu əvəzinə, bir otuzluq qoyub çıxdı: Zoya otuzluğun artığını 
verəndə dedi: 
- Qoy dursun, patom-patom! 
Bir az sonra Gəldiyev Zoyanın iş saatı, boş vaxtı ilə maraqlandı: 
- Sən heç çisti vozduxa, seyrə çıxmırsan?.. 
- Nabələdəm bu yerlərə. 
- Mən bələdçilik eləməyə hazıram, bir gəz, ürəyin açılsın, kuxni iyi 
burnundan getsin. 
Gəldiyev Zoyanı  çəkə-çəkə meşənin otluq yerinə, alçaq, lakin qol-
qanadlı bir qarağacın altına apardı. 
- Oturaq, - dedi, - yorğunluğumuz çıxsın. 
- Buradan heç yer görünmür. 
- Əyləş, görünməyi neynirsən. Lesdi da! Qarağac kölgəsi özü hər zaman 
ələ düşməz, əyləş! 
Qarağacın kölgəsində Zoya necə məğlub oldusa, o gündən sonra, kölgə 
kimi Gəldiyevin dalmca sürünməyə başladı. 
Zoyanın cismən vəziyyəti dəyişdi. Gəldiyevi yaxaladı ki: "Gedək 
zaqsa!". 
Gəldiyev onu qorxutdu, aldatmaq istədi: "Uşağın ola-ola mən sənlə 
birləşə bilməyəcəyəm. Gör onu birtəhər elə, sonra kak sleduyet toyumuz 
olsun!". 
  


216 
 
Zoya aldanmadı. Gəldiyevi o yana-bu yana dartışdıranda öz abırından 
Yüklə 2,54 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin