partkoma çağırır, gah dalımca gəzir, gah sifariş göndərir, gah iclasda adımı
çəkir...
- Nədən sarı çəkir?
- Nədən sarı çəkəcək, yaxşılığa çəkməyəcək ki: "Nayıbov ictimai işə
yapışmır, Nayıbov sözə baxmır, Nayıbov filan-peşmakan". Mən də baş
qoşmuram. O kim, mən kim! Başımı aşağı salıb dərsimi oxuyuram. "İt
hürər, karvan keçər", "Yel qayadan nə aparar?". Gedib direktorun ovcuna nə
qoyubsa, nə qandırıbsa, götürüb əmr veriblər.
- Bəs direktorun ağlı hardadı?
- Ağlı başındadır. Amma Gəldiyevə inanır. Partiyaçıdır, özü də büronun
üzvü. Onu qoyub mənə inanmayacaq ki. Bizim institut neft institutundan
ayrıldı. Onda siyahı-filan tuturdular. Gəldiyev məni bir-iki dəfə çağırdı,
danışdırdı. Deyirdim, yəqin iş tapşıracaqlar. Nə bilim, görünür pis niyyəti
varmış...
Vahid susmuşdu. Sadıq kişinin yenə də qulağı onda idi. Dalısını
danışacağını gözləyirdi. Vahidin qəzet parçasını qabağına çəkdiyini
görəndə, sözünü bitirdiyini bildi:
- Bəs, bir yerə gedib eləmədin? Ərizədən-zaddan?
- Getdim komsomol komitəsinə, dedilər, baxarıq, "Baxanğa" da mən
dözə bilməzdim. Əmrin bir üzünü komendanta göndərdilər. Çarpayımı alıb
özgəsinə verdilər, yataqxanadan çıxartdılar. Qürbət vilayətdir, yerim yox,
adamım yox, cibimdə yaxşı pulum yox. Harda qalıb gözləyəydim! Ərizəyə
də o saat baxmırlar. Neçə gün yoxlayırlar, komissiya düzəldirlər, uzun
çəkir. Qalmaq olmur.
- Qalmayanda da bəs nə olsun, atıla-atıla gəlmisən bəri. Nahaq yerə
qovurlar, dinməz-söyləməz çıxıb gəlirsən. Özü də bu zamanda.
Şura hökumətinin gül kimi qanunlarını o salyanlının gözünə soxaram!
Necə yəni! Səndə olan o savad, o qələm məndə ola, görərsən o
salyanlıdı, nədi, məhşər ayağına çəkirəm, ya yox! Necə yəni...
- Elə yerdə kömək lazımdır. Komsomol komitəsi də direktoru, partkomu
qoyub mənim sözümü danışınayacaq ki? Arıçı oğlunu kim tanıyır?
196
Sadıq kişi yenə hirsləndi:
- Adə, heç deyəsən bu oxumaqlar-zad sənə kar salmır axı! Direktora,
üzgörənliyə tərəf durandısa, daha o nə komsomol oldu. Başda oturanın
tərəfinə hamı durar, hünər odur, sənin kimi kasıb-kusubun, əlsiz-ayaqsızın
dadına çatsın. Komsomolu biz belə görmüşük. Belə eşitmişik. Bədbihesab
işə rast gələndə komsomol səs salıb, dünyanı yığıb tökər. Xanlar oğlu
İbrahim nə idi? Dərənin bir lütü! Yekə rayon ispalkomunu qulluğundan
dəbərtmədimi? Yadından çıxıb? Nə var, nə var, ispalkom ona demişdi:
"Niyə teatr verirsən". Bir sözün üstündə.
Komsomol haqqın vəkilidi. Nə əcəb sən sözünü yerinə çatdırmamısan?
Vahid dedi:
- O vaxta baxma. İndi olsa... Bir də rayon hara, Bakı hara. Yekə, derya
kimi şəhərdir. Bir böyüyə şikayət eləmək üçün gərək neçə qapıdan keçəsən.
- Əsil elə şikayətə baxan yer oradır. Şəhərə, raykoma hay sala bilmirdin
ki, nahaq iş var, gəlin!
- Hay salarsan, deyərlər xuliqanlıq eləyir, hay nədir?
- İndi bəs fıkrin nədi, dərsi boşluyacaqsan?
- Dərsi niyə buraxıram. Bu məktəb olmasın o birisi olsun. Gərək elə
Gəldiyevin murdar üzünə duram. Gedərəm Neft institutuna, həkimliyə.
Ancaq ilin bu vaxtında heç yerə götürməzlər. Səntyabracan götürınəzlər.
- Adam işinin üstündə bərk durar. Gündə bir qapıya nəyə lazımdır? Bəs
əyripilan sürməyin necə oldu?
- Necə olacaq, klubda öyrənirəm də...
- Ordan qovmazlar ki?
- Ordan niyə qovurlar. Klubdur, kimin başarığı var, gedir öyrənir, orada
mənim işimi bəyənirlər.
Oğlunun bu hərəkəti Sadığın xoşuna gəlmədi. Ancaq fikirləşdi ki:
"Dünənki ana uşağıdır. Birdən-ikiyə belə şeylər görməyib, bərkə-boşa
düşməyib, mərdimazara rast gəlib, danlamağa dəyməz".
Ayağa qalxdı:
- Sən çayını iç, gəlirəm. Yəhya müəllimgilə dəyim görüm. Sən
çayını iç, qayıdıram!
Sadıq kişi yaxasını əli ilə örtmüş, qabağa tərəf əyilmiş halda soyuq
küləyə qarşı gedir, gedə-gedə fıkirləşirdi: "Mənim oğlumu ata-baba üstündə
qovmazlar. Biz əvvəldən əliqabarlıyıq. Pis oxumağına görə
197
də olmaz. Həvəsli uşaqdır, kitabı üfürə-üfürə saylayır. Gecəsi-gündüzü
dərsdir. Çaxır içən, şayka-maykaya qoşulan da deyil. Pis yol tanımır. Mən
elə oğul böyütmərəm. Vahid quzu kimi uşaqdır. Qovsalar-qovmasalar, bir
paxıllıq üstündə, gözgötürməzlikdən olacaq. Müsürman qardaşıq,
mərdimazarlıq kimi dədə-baba sənətimiz var".
Sadıq kişi mərdimazardan çox çəkmişdi. Oğluna atılan bu daşın
bədxahlar əlindən çıxdığı xəyalına gələndə əsəbiləşdi, qaşları düyüldü,
addımlarını yeyinlətdi, ürəyində dedi: "Vahid bacarmasa da, mərdimazarın
öhdəsindən özüm gələcəyəm! Hələ o qədər əldən düşməmişəm. Özüm
sübuta yetirəcəyəm. Şura hökuməti haqq üstündə qurulub, haqqa zaval
yoxdur! Lap səntirəcən getməyə varam!".
* * *
Vahid düz danışmırdı. Geldiyev onun nə ictimai işə yapışmamağından,
nə sözə baxmamağından, nə atasından-filanından yanıqlı idi. Bunlar hamısı
zahiri söhbət idi. Əsil məsələ başqa idi.
Vahid bunu atasından gizlətsə də, biz oxuculardan gizlədə bilməyəcəyik.
Gəldiyev ilə onun arasında keçən ildən bəri davam edən nazik bir mətləbi
oxucular bilməlidirlər. Bu mətləb bu il bir az yoğunladı, bərkidi,
gərginləşdi, hərif təkan vuran kimi qırıldı, Vahid isə ağzı üstə yerə gəldi.
O mətləbi Vahid atasına açıb danışa bilmirdi, danışa da bilməzdi.
Qayıdanda xəyalında qoymuşdu ki, soruşsalar, deyəcəyem: "İntriqaya
düşdüm".
Vahidin qovulmasının başqa səbəbi var idi.
İnşaat institutunun layihə şöbəsində Rübabə adlı bir qız oxuyurdu.
Bakılı, tarzən Səttarın qızı idi. Ucaboy, alagöz, qarasaç, gərdənli, gülərüzlü
- bir sözlə, gözəgələn bir qız idi. Rübabənin təbiətən cəld, dik, məğrur yerişi
var idi. Çox adamın ona gözü düşmüşdü. Ancaq Rübabənin gözü özündə
idi, çünki Rübabə bu məktəbə görməyə-görünməyə, axtarmağa yox,
doğrudan da oxumağa gəlmişdi. Onun fikri-zikri dərs idi, təhsil idi, elm idi.
Həmin illərdə ali məktəblərdə dərslər briqada üsulu ilə gedirdi. Bütün
qrup bir neçə briqadaya bölünür, briqadirin rəhbərliyi ilə dərsə azırlaşırdı.
Tələbələr yoxlamaya gələndə də briqada ilə, briqadirin ilə gəlirdilər. Tələbə
bəzən müəllimdən çox briqadir qarşı-
198
sında cavabdeh idi. Briqada isə bütünlükdə müəllim qarşısında cavabdeh
idi. Bir tələbə dərsdən zəif olanda bütün briqada zəif sayılırdı.
Sinifdə dərs briqadaları bölünəndə Rübabə Gəldiyevin briqadasına
düşdü. Tələbələr arasında danışırdılar ki, Gəldiyev qəsdən Rübabəni öz
briqadasına, ya özünü Rübabənin briqadasına salıb.
Birinci sülsün ortalarına yaxın idi. Şirin məşğələlər gedirdi. Riyaziyyat
dərsində Rübabə stulunu götürüb, Vahidin briqadasına yanaşdı ki: "Mən
sizinlə oxuyacağam". Gəldiyev əvvəl sevindi və belə düşündü: "Mənə naz
eləyir. Partkom üzvüyəm, vəzifə sahibiyəm. İstəyir mənimlə oynasın, bunu
da camaata hiss etdirsin. Qızlar axı vəzifəpərəst olurlar..."
Rübabəyə işarə elədi: "Gəl öz yerinə!". Dərs arasında Vahidə kağız
yazdı: "Xahiş olunur briqadandan yabançıları qovasan!" Vahid kağızı
Rübabəyə göstərdi. Rübabə Gəldiyevə cavab vermədi. Gəldiyev
başqalarının eşidəcəyi bir səslə Rübabəni çağırdı: "Qız, yerinə gəl deyirlər
sənə!". Rubabə yenə etina etmədi.
Zəng çalınandan sonra, Gəldiyev saçını geri atdı, əlini cibinə qoydu,
Rübabəyə yanaşıb, özünü tox tutdu:
- Dərsə şuluqluq-zad salmaq lazım deyil, gəl öz briqadana!
- Mən indi lap öz briqadamdayam, arxayın ol!
Qız bu cavabında möhkəm durdu. Gəldiyev tədris müdirinə dedi, dekanı
çağırdı. Rübabə dediyindən dönmədi: "Mən Vahidin briqadasında
oxuyacağam, vəssalam! Gəldiyev özü nə bilir, mənə nə öyrədə! Gündə üç-
dörd dərs buraxır. Onun ucundan mən də imtahandan qala bilmərəm".
Nə dekan, nə sinif rəhbəri Rübabənin xatirinə dəydi: "Harada istəyir,
qoy otursun", dedilər.
Rübabə bu rəftarı ilə Gəldiyevin sinəsinə sanki bir dağ çəkdi. Gəldiyev
heç vaxt güman etməzdi ki, Allahın bir "artist" qızı onun hörmətini,
vəzifəsini saymayıb sözünü yerə sala, hələ dalınca da artıq-əskik danışa.
Gəldiyev zənn edirdi ki: "Qızda bu cürət, bu iddia olmaz. Rübabəni öyrədən
var, dil verən var. Vahidin şətəli keçib".
Giley-güzarını dönə-dönə Rübabəyə çatdırsa, hətta onu hədələsə də qız
briqadaya qayıtmadı. Sözündə möhkəm durdu. Deyəsən Rübabə Vahid ilə
birləşib Gəldiyevə meydan oxuyur, ya yanıq verirdilər. Hələ bir dəfə
Rübabə Gəldiyevin iclas açdığı zaman pıqqıldayıb gülmüşdü də...
199
Gəldiyev bunları təkrar-təkrar xatırlayır, içindən yanır, az qalırdı
Rübabənin qolundan tutub məktəbdən bayıra tullasın.
- Yaxşı, - deyirdi, - baxarıq, ay artist qızı! Səni ayağıma gətirməsəm,
qabağımda ağladıb, diz çökdürməsəm Gəldiyev deyiləm, Getdiyevəm! Sən
məni arıçı oğluna satırsan? Sən məni iki pulluq eləmək istəyirsən, yaxşı,
görərsən, başına, dizinə döyəndə görərsən!..
* * *
Rübabə ilə Vahid arasında ünsiyyət doğduqca, yaxınlıq artdıqca
Gəldiyevdə intiqam hissi alovlanırdı. Doğrudur, Vahid adi bir tələbə idi,
Gəldiyev ilə tutaşmağa tabı gəlməzdi, lakin bir adamı yıxmaq üçün tutarlı
bir bəhanə də lazımdı. Əla oxuyan, hörmət qazanan bir tələbəyə nə ad
qoyub, nə qara yaxasan?
Gəldiyev çox götür-qoy elədi. Eşdi-eşələdi, anketləri roman kimi
maraqla oxudu. Çox axtardı, tərcümeyi-haldan yaxşı vasitə tapa bilmədi. O
yan-bu yandan soraqlaşdı, Şuşaya gedən işçilərə "təşkilat" "adından"
"rəsmi", "məxsusi", "məxfı" tapşırıq verdi. Vahidə gələn poçt kağızlarının
bir neçəsini ələ keçirib açdı. Bir şey çıxmadı. Təsərrüfat müdirindən təqaüd
üçün olan sual vərəqələrini istədi. Vahidin vəsiqələrini başdan-ayağa,
ayaqdan-başa oxudu. Vərəqədə yazılmış bir cavabın üstünə barmaq basdı.
Vərəqədə soruşulurdu: "Kənardan gəliriniz və orta hesabla aylıq miqdarı".
Vahid cavab vermişdi: "Kənardan gəlirim yoxdur. Heç yerdə işləmirəm..."
Gəldiyev əvvəl bu vərəqənin surətini çıxartdırdı. Notariusda möhür
basdırıb təsdiqlətdi, Vahidin cavabını çəkə-çəkə komsomol bürosunun
iclasına gətirdi. Vahidin özünü də çağırıb, müttəhim kimi, qapı ağzında
xeyli dayandırdılar və sonra dindirdilər. Onu bayıra çıxarandan sonra
Gəldiyev ayağa qalxıb, partiya komitəsinin adından iclasa nəticə vermək
istədi:
- Budur, mövhumatçılar demiş, şükür Allaha, uzaqda deyil, göz
qabağındadır. Budur müzür ünsürün siması! Bu, Nayıbov Vahidin anketi,
bu da altında podpisi! Yazır, gəlirim yoxdur. Fakt ilə, sənəd ilə isbat olundu
ki, atası Şuşada sürü ilə arı saxlayır. Balın girvənkəsini də filan qədərə satır.
Sağa da satır, sola da satır. Kim isə yerindən söz atdı:
200
- Atasını danmır ha... O biri sualları niyə oxumursan?
Gəldiyev acıqlandı:
- Dayan, dayan, yoldaş!.. - O sözünə davam etdi: - ...Filan qədər satır,
sağa da satır, sola da satır! Bu il hökumətə 225 manat naloq verib, bu nə
deməkdir, yoldaşlar? Abman! Bu Sovet hökumətini aldatmaq deməkdir. Öz
şəxsi mənfəətinin, necə deyərlər, xeyiri üçün bizi aldatmaq! Yox, yoldaşlar,
bəsdir daha! Biz arıçılara aldanmarıq! Qoymarıq!
Buna yol vermərik! Hələ biz o qədər də yatmamışıq ki, düşmən
üstümüzü alsın. Görün ki, biz necə adamları instituta götürmüşük! Sabah
sinfi düşmən, filan qədər rüşvət təklif edəndə, belə ünsürlər nə kombinasiya
desən düzəldərlər. İnstitutu da, bizim özümüzü də torğa qoyub satarlar... -
Gəldiyev hirsindən başını qaldırıb acıqlı dedi: - Qovmaq, institutdan,
komsomoldan! Rədd etmək lazımdır belələrini ki, başqalara da sirayət
eləməsin! İbrət, primer olsun!
Gəldiyev əli ilə havanı tuturmuş kimi qolunu irəli atdı:
- Təsadüfi deyil bu məsələ! Niyə Nayıbov ictimai işə yapışmır? Niyə
Nayıbov poruçeneyə baxmır? - Gəldiyev bu suallara özü mənalı bir ifadə ilə
cavab verdi. - Çünki mənfəət çıxmır, çünki pul gəlmir, xeyir olan yerə
Nayıbov papağını basar. Atası arıların şirəsmi sorub yaşadığı kimi, bu da
biz proletariatı istismar ilə bəslənmək, oxumaq istəyir. Yoldaşlar,
baxmayaraq ki, adımızı aktiv qoymuşuq, ancaq ki, indiyəcən kor olmuşuq,
küt olmuşuq, belələrinə xərc tökmüşük. Bəsdir, daha son qoymaq lazımdır.
Sayıq olmaq lazımdır.
Doğrudur, direktor Vahidin məsələsi müzakirə olunan iclasa gəlmişdi.
Ancaq burada iştirak etmək, tələbənin taleyi ilə dərindən maraqlanmaq üçün
gəlməmişdi. Vahid haqqında Gəldiyev onun qulağını doldurmuşdu.
Gəldiyev "müzür ünsür, qolçomaq balası, tərbiyəsiz..." - deyə Vahidi
direktorun gözündə tamam nalayiq bir adam kimi qələmə vermişdi. Hətta
onun sənədlərindəki saxtalığı eşidəndə Verdiyev bir qədər vahiməyə
düşmüşdü. "Sabah bunun da məsuliyyətini çəkməli olacağıq!"
İclasa ona görə gəlmişdi ki, müxtəsər bir məlumat versin, Vahid
kimilərin məktəbdə təsadüfi olduğunu, deyənlər düz çıxsa hərifın əmr ilə
kənar ediləcəyini komsomol bürosuna hiss etdirsin.
Beləliklə, Verdiyev bir tərəfdən məsuliyyəti boynundan atmış, verilən
"siqnallara" vaxtında qulaq asdığını isbat etmiş olurdu. İkinci tərəfdən də
yaxın dostu Gəldiyevin könlünü alır, onun Vahid haqqındakı
201
niyyətlərinə mane olmadığını bildirirdi. Üçüncü tərəfdən Verdiyev Vahidin
qəbul işinin köhnə bir iş olduğunu, köhnə rəhbərlikdə bir səhv olduğunu
söyləməklə özünün direktorluq vəzifəsində təmiz işləməyinə işarə edirdi.
Dördüncüsü də bu idi ki, Vahidin işinə bu qədər diqqət və əhəmiyyət
verildiyini görən başqa tələbələr, aydındır ki, "özlərini yığışdıracaq",
"zabitəli" direktordan qorxub çəkinəcəklər. Bu da ki vəzifə başında,
Verdiyevin fıkrincə, ən mühüm şərtdir.
Nə isə, Verdiyev papirosunun kötüyünü söndürüb külqabına atdı,
yoxlamasını belə başladı.
- Partkom nümayəndəsinin, Gəldiyev yoldaşın məzmunlu çıxışını
komsomol yoldaşlar hamısı eşitdilər. Mən də diqqətlə qulaq asdım. Bu işin
bir ucu əlbət ki, direktorluğa, birinci növbədə, bir direktor olaraq mənə
gəlir.
Verdiyev büro üzvlərinin sükutla eşitdiyini görüb sözünü kəsdi, mənalı
çıxsın deyə, bir xeyli stol üstündəki kağızlara baxa-baxa susdu. Sonra
davam etdi:
- ...Bir direktor olaraq mənə gəlir... Bir ucu da mənə gəlir... Buna görə
de bəzi səhv təsəvvür qalmamaq üçün mən aşağıdakı qısa məlumatı
komsomol yoldaşlara deməliyəm. Əvvəla, Nayıbov buraya rayon
komitəsinin xasiyyətnaməsi ilə daxil olub, işində bu var. Özüm baxmışam.
İkincisi, onu köhnə direktor qəbul edib. Mənim zamanımdan qabaqdır. Niyə
qəbul edib, necə qəbul edib, onu mən deyə bilmərəm.
Gərək bu məsələ öyrənilə! Üçüncüsü, vəsiqələrin yoxlanmasını, şübhəli
tələbələrə əl gəzdirilməsini mən özüm partkomdan, - direktor bütün
oturanları süzdü. Sanki, kimi isə axtarırdı, - heyif özü bu ada yoxdur, şəxsən
yoldaş Zahiddən xahiş eləmişəm. Bunu zənnimcə, Geldiyev də bilir.
Dördüncüsü, günah Nayıbovun sinif komsomol nümayəndəsindədir ki,
indiyəcən xəbərdarlıq eləməyib. Beşincisi..
Komsomol bürosunun katibi Muxtar direktorun sözünü kəsdi.
- Hələlik beşi bəsdir!
Gəldiyevin odlu nitqindən, direktorun soyuq yoxlamasından sonra
Vahidə tərəfdar duran az oldu. Təkliflər var idi ki: "Təhqiqat üçün
komissiya seçilsin", "yüngül tərbiyəvi cəza verilsin, töhmət olunsun".
Gəldiyev bu təklifı edənlərə az qalırdı ki, göz ağartması verə.
- Çürük liberallar düşmənin dəyirmanına su tökürlər ha!
Muxtar onun üzünə baxdı: "Sss!" - deyə sükut istədiyini bildirdi.
Sonra sözə başladı:
202
- İki kəlmə də mən deyim. Vahid haqqında deyilənlər, elbət ki, bir ittifaq
üzvü üçün arzu olıman hərəkətlər deyil. Ancaq yoldaşlar unutmasınlar ki,
canlı bir insan, özü də gənc, dünən kənddən gəlmiş bir gənc haqqında, onun
taleyi haqqında söhbət gedir...
Gəldiyev Muxtarın sözünü lağa qoydu:
- Gəncdir deyə çıxsın otursun başımızda! Gənc olmağı yox ey, ünsür
olmağı barəsində danış. Məsələ ünsür məsələsidir, ondan danış, yoldaş
komsomol!
Gəldiyev məna ilə "yoldaş komsomol" dediyi üçün Muxtarın rəngində
bir qızartı duyuldu. Kənardan baxanlar onun susacağını, ya sözünü
dəyişəcəyini güman edərdilər, Muxtar da eyni qətiyyət və kəsərlə
Gəldiyevin üzünə baxdı və dedi:
- Partkomun nümayəndəsi qoysa, danışarıq!
Gəldiyev əmr kimi ucadan dedi:
- Danış!
- Danışacağam, ancaq kimin xoşuna, ya bədinə gəldiyini hesaba
almadan danışacağam! Gəldiyev yoldaş yaxşı bilir ki, bizim, komsomol
komitəsinin borcu bir tərəfdən ayrı-ayrı üzvlərimizdə baş verə bilən
intizamsızlığın, səhvin qarşısını almaqdırsa, ikinci tərəfdən ədalətsizliyə
qarşı mübarizədir!..
- Burada nənkı ədalətsızlıkdən söz gedır?
- Gəldiyev yoldaşın dediklərində bu var! Açıq görünür!
- Nə var?
Muxtar istədi açıq desın kı, böhtan var.
- Ədalətsizlik var!
Gəldiyev özündən çıxmış kimi yerində çalxalandı, əlini cibinə salıb
çıxardı. Sanki bir şey axtarırdı. Kostyumunun yaxalığından tutub çəkdi,
əlindəki qələmi dönə-dönə stola vurub, yerə atdı:
- Müzür ünsürləri ifşa etmək ədalətsizlik imiş?! - Gəldiyev mənalı-
mənalı Muxtara, sonra da dönüb Verdiyevə baxdı: - Mən başa düşmürəm.
Başa düşə bilmirəm ki, Muxtar nə danışır! Bu nə havadı çalınır!..
Komsomolçulardan biri söz atdı: - Muxtar aydın danışır!
Gəldiyev dönüb səs gələn tərəfə baxmaq istəyirdi ki, Muxtar daha
ucadan səsləndi:
203
- Qoy mən sizi başa salım, yoldaş Gəldiyev! Vahid haqqında deyilənlər
söhbətdir. Bəlkə bunlarda həqiqət var, amma nə qədər ki, sübuta yetməyib
hələ söhbətdir.
Bəs arıçılıq?..
- Arıçı, tək təsərrüfatçı, zəhmətkeşdir. Onun balası institutda oxuya
bilər, oxutmaq borcumuzdur. Bunda Vahidin bir günahı yoxdur.
- Sluşi, Muxtar, burada su çıxmaz arx-zad yoxdur. Bir müzür ünsür
soxulub içimizə, qovaq getsin də! Nə çətin şey var?
Muxtar başını tovladı:
- Bu çox çətin işdir!
- Lap bu gün əmr vermək olar!
- Sənin sinəndən təpik ilə vurub küçəyə salsalar xoşuna gələr?
Gəldiyev əlini tovladı, kinayə işlətmək istədi:
- Sağ ol, doğrudan sağ ol! Gör məni kimə tay elədin?! Sən məgər
düşmən ilə məni bir sırada eləyirsən?
- Olmaz ey, komsomolçu ilə belə inzibati rəftar yaramaz. Adamların
taleyi ilə oynamaq olmaz. Vahid təşkilatın üzvüdür, səhvi olsa da birdən-
birə kənara atmaq təhrifdir. Sabah Bakı Kömitəsi bizi çağırıb üzümüzə
tüpürər.
- Üz məndə, qoy tüpürsün. Bakı Komitəsi deyir düşməni yuxarı başa
keçir?
- Nə düşmən, ay yoldaş Gəldiyev! Cavan oğlandır, dünən ana
qucağından, sovet məktəbindən gəlib, bu gün düşmən! Əcəb məntiqdir.
Yerindən qalxan düşmən! Cavan adamdır, səhvi var, borcumuzdur
tərbiyə edək, kömək eləyək düzəltsin! Bizi niyə seçiblər bəs!
Gəldiyev əlindəki qələmi stola çırpıb səsinin qətiyyətini artırmağa,
oturanları inandırınağa çalışdı:
- Mən doğrusunu bilmirəm, yoldaş komsomollar şutkaya qoyublar, ya
nədir? Bura tərbiyə yeri deyil, oxumaq yeridir. Tərbiyəni indiyə qədər
almalı idi. Nayıbov on il məktəb skamyasında oturub, tərbiyə almayıb, indi
gəlib institutda - ali məktəbdə tərbiyə alacaq? Hökumətin ayda 180 manat
lişni pulu yoxdur spekulyanta versin, desin: gəl ye, iç, oxu. Sabah da işimiz
bərkə düşəndə, məsəl deyirəm, dön özümüzə, protiv get!
Uzun mübahisə və deyişınə düşdü. Axırda qət olundu ki, təhqiqat getsin.
Vahidin sənədlərini yoxlatmaq direktora tapşırılsın. Verdiyev ha cəhd elədi
ki: "Burada həll olunsun da, direktor da elə burdadır!".
204
Gəldiyev razı olmadı:
- Sənə tapşıranda nə olar, ay yoldaş direktor? Biz əlbir işləyirik, təfavütü
nədir, sən, ya mən?..
- Mən deyirdim təşkilatın əli ilə olsun...
- Direktor da bir təşkilatdır, ya yox?
Gəldiyev bu qərara nail olandan sonra Muxtara tapşırdı ki, protokolun
üzünü tez partkoma göndərsin. Sevinə-sevinə iclasdan çıxdı. Ürəyində
təkrar etdi: "Direktora tapşırılsın", nə tapşıraram, necə tapşıraram, o mənim
işimdir! Əmrə qol çəkiləndən sonra qoy hərif hara gedir getsin, hansı iclasa
qoyur qoysun. Axırı gəlib mənə çıxacaq!
* * *
Vahidin institutdan qovulmaq xbərini eşidəndə Rübabə bərk narahat
oldu. Dərsdə otura bilmədi. Tənəffüs zamanı yoldaşları ilə bu əmr haqqında
danışırdı ki, direktor sinfə girdi. Verdiyev binaya baxır, otaqları gözdən
keçirir, özünə daha münasib otaq seçmək istəyirdi. Rübabə fürsətdən
istifadə ilə soruşdu:
- Yoldaş Verdiyev, deyirlər bizim sinif tələbəsi Nayıbov Vahidi xaric
ediblər.
- Vahid Nayıbovu?
- Bəli!
- Necə bəyəm!
- Doğrudurınu?
- Əmr var.
Rübabə dedi:
- Yaxşı olmadı.
Direktor istehza ilə ona baxdı, getmək istəyən bir meyl ilə dedi:
- Vahid ilə nə çox maraqlananlar var!
Rübabə qızardı:
- Xeyr, mən bir tələbə kimi maraqlanıram.
- Bəs biz necə yanaşırıq?
- Onu özünüz bilərsiniz!
- Bacım, - dedi, - Vahidi mən qovmuram, mən də götürmürəm.
Bu məktəbin sahibi var, təşkilat var, mən də təşkilatın bir üzvü. Direktor
özbaşına heç bir iş görmür. Partkom var, yerli komitə var, komsomol var.
Birgə həll olunur. Belə sualları qapıda, sinifdə danışmaqdansa get
205
təşkilatdan soruş, səni başa salsınlar. - Direktor bunu deyib Rübabənin daha
sərt cavabını eşitməmək üçün tələsik sinifdən çıxdı.
Rübabə axşam, dərsdəndən sonra Vahidi çox axtardı. Dərs otaqlarını,
kitabxananı, komsomol komitəsini bir-birinə vurdu, tapa bilmədi. Gördüm
deyən yox idi. Tramvaya oturub, aerokluba gəldi. Səhər orada imiş, rayona
gedəcəyini söyləyibmiş.
Rübabə mərkəzi kitabxanaya baş vurdu. Qiraət zalında Vahidin bir stolu
vardı. Boş vaxtlarında burada oturub mütaliə edər, yazar, pozardı. Rübabə
dəfələrlə onu burada tapmışdı. Qızı görən kimi qələmini qoyar,
barmaqlarının ucunda yeriyə-yeriyə qapıya çıxardı. Rübabə təklif etmişdi
ki: "Yataqxanada imkan yoxdursa, gəl evdə çalış. Boş otaq var". Vahid razı
olmamışdı:
- Bilirsən, - demişdi, - Rübabə, hər dəqiqə bir kitab lazım olur, oxuduqca
daha başqasına ehtiyac duyursan. Bilik aclığı heç bir aclığa bənzəməz. Bu
iştaham ödəmək olmur. Bəzən bütün oxuduğun kitablar çoxdan tamaşa edib
ötdüyün bağça kimi gəlir, daha başqa yerlər görmək istəyirsən.
Bu kitabxana dəryadır. Toz basmış qəfəslərdə yatıb qalan, zahirən
bayazlara oxşayan köhnə kitablarda, o dəri cildlər arasındakı əprimiş
kağızlarda xalqların tarixi, insanların həyatı, minlərcə istedadların hissi,
fıkri, zəkası saxlamlır. Hər adam bir ömür yaşayır, oxuyan isə bir çox
alimin də həyatını yaşayır. Keçmişlərin duyduğunu duyur, düşündüyünü
düşünür. Bu kitablardan doymaq olmur. - Bir şey yadına düşmüş kimi
Vahid səsinə məsum ifadə verərdi: - Bizim gənclərdə bilik arama, həvəs
küləyi hələ bu qəfəslərin arasına əsməyib, hələ buranın havası əməlli-başlı
təmizlənməyib. Havaxt gələrsən, ya haqq-hesab gedir, ya təmir. Mənim
işimi aşıran o qoca çeşməkli kişi canlı arxivdir. Nə dildə, hansı elmdən,
hansı çapdan olur olsun, kitabın adını çək, kişi barmağını gicgahına qoyur,
gözünü qırpır, o saat yerini deyir. Gedək səni də tanış eləyim, gərəkli
adamdır...
Deyəsən dünən idi, Vahid Rübabəni qoca kitabxanaçıya belə təqdim
etmişdi:
- İstedadlı tələbə qızlarımızdandır, tanış olun. Elə bilirəm ki, bunun da
sizə çox işi düşəcək. Kitabın dostudur...
Rübabənin ürəyindən həm sevincli, həm kədərli bir xatirə keçdi: "Vahid
bu sözlərilə mənə hisslərini deyirdi, tələbələr arasında dedi-qodudan ehtiyat
edib demədiyi sözlərini burada, qoca kitabxana-
206
çının qabağında necə də uca səslə deyirdi. Yenə de bir şeyi gizlədirdi.
Kitaba, kitabxanaya dəxli olmayan bir şeyi, lakin haqqında danışanda
könlünü oynadan, qəlbini titrədən bir şeyi demirdi. Bəlkə də onun üçün
başını aşağı salır, dəqiqələrlə dinmirdi..."
Bunlar nə qədər şirin və xoş idise də məşğul olmağa vaxt yox idi. Vahidi
tapmaq, danışmaq lazım idi.
Şər qanşınışdı. Bu zaman Vahid yataqxanada olardı. Rübabə oraya
getmək istədi. Fikrinə gəldi ki: "Tələbələr söz eləyərlər". Aşağıya,
dəftərxanaya düşdü. Süpürgəçidən başqa kimsə yox idi.
Telefonla yataqxanaya zəng vurdu, dalandardan soruşdu. Dalandar
axtarınağa getdi. Rübabə telefon qabağında intizar içində çox gözlədi. Bir
də səs eşidildi:
- Alo, 14-cü otaqda Nayıbov olmur, gedib. Rübabə yəqin elədi ki, Vahid
şeylərini yığışdırıb, yola düşüb.
Bu xəbər deyəsən bir çəngəl kimi onun ruhunu çəkib bədənindən ayırdı.
Sanki bütün ümidləri puça çıxdı, dayandığı yerdə dondu, sinəsindən soyuq
bir ah qopdu. İxtiyarsız dəhlizin xəlvət tərəflərinə yeridi, portfelini
qucaqladı, üzü pəncərəyə dirsəklənib dayandı. Könlünə anlaşılmaz bir qubar
gəldiyini, gözlərinə xəyali bir pərdə endiyini, nəfəsinin ağırlaşdığını,
əsəblərinin titrədiyini, sanki vücudunda bütün qüvvələrin tükəndiyini hiss
etdi. Gözləri yaşardı. İsti dodaqlarını gəmirdi. Zehnində odlu bir həsrət
dilləndi: "Vahid! Vahid!..".
Heç yerdən cavab gəlmədi. Yalnız dolu gözlərindən iki inci yanaqlarına
yuvarlandı. Qız ovucları ilə üzünü örtdü: "Vahid, məndən də incidin?
Mənim nə günahım? Nə üçün görüşmədən getdin? Yoxsa tərk etdin.
Etibarsız!".
* * *
Rübabə institutdan çıxanda nə qədər özünü toxtatmaq, bikefliyini
gizlətmək istəyirdisə olmurdu. Anlaşılmaz bir sükut, üzüntülü bir intizar
onun hərəkətlərindən sezilirdi. Divar dibi ilə yavaş-yavaş yeriyir, qaşlarının
düyünü açılmır, ürəyindəki boşluq qapanmırdı. O, ha çalışırdı ki, özünü iki
il bundan əvvəlki, Vahidi görməmişdən, tanımamışdan əvvəlki kimi tox və
toxtaq saxlasın, olmurdu. Deyəsən heç o, Vahidsiz yaşamamışdı. Onsuz bir
dəqiqəsini xatırlamırdı. Deyəsən Vahid onun həmişəlik və əvəzsiz munisi
olmuşdu. Bütün gecəni fikir-xəyal
207
ilə keçirdi. Ancaq yaxşı bilirdi ki, qovrulmağın, ya ağlamağın xeyri yoxdur.
Bu saat Vahidə əldən gələn köməyi etmək lazımdır...
Səhər dərsdən qabaq oturub bir məktub yazdı:
"Vahid, salam! Etibarsız! Nə üçün görüşməmiş getdin? Beləmi rəftar
edərlər? Muxtar ilə danışdım. O da bərk etiraz edir. İşini bakı Komitəsinə
bildirəcəyik. Verdiyev ilə ağızlaşdım. Daha qəti danışacağam.
Şad xəbər: bütün sinfimiz direktorun əmrindən narazıdır. Komsomolun
kömək edəcəyinə şübhəm yoxdur. Mümkün qədər tez qayıt. Gedib kənddə
qalma. Atan barədə kağız-kuğaz düzəlt, gəl, təşkilat bizim tərəfımizdədir.
Ruhdan düşmə, ürəyinə salma... Gözləyirəm.
Rübabə"
Vahidin məktəbdən kənar edilməsi haqqındakı əmri oxuyanda Muxtar
təəccüb elədi. Komitə üzvlərinin belə bir əmr hazırlandığını xəbər verən
işarələrinə Muxtar heç bir zaman inanmamışdı! "Komitədə müzakirə
etmişik. Tərbiyəvi təsir ilə, komsomol cəzası ilə kifayətlənmək fıkrindəyik"
demişdi. Birdən-birə, həm də komitədən xəbərsiz Verdiyevin belə bir əmr
verınəsi təəccüblü idi.
Deyəsən onun vəziyyətindən xəbər tutduğu, yaxud nəsə məsləhətləşmək
istədiyi üçün Kərim Gəldiyev onu çağırdı. Zəng çalınan kimi Muxtar
telefon dəstəyini götürdü. Kərim salamsız-kəlamsız, bir qədər də hirsli
danışdt:
- Komsomol, nə oturmusan orda, dur bura gəl.
- Yanımda yoldaşlar var.
- Yola sal, gəl!
Muxtar Gəldiyevin otağına girəndə bir neçə nəfər tələbənin ayaq
üstündə dayandığını gördü. Dərsə gecikmişdilərmi, iclasa gəlməmişdilər, ya
hansı tapşırığı yerinə yetirməmişdilərsə, Gəldiyev onları danlayırdı. Onlar
üzr gətirmək istəyəndə macal vermir, acıqlanırdı?
- Yaxşı, yaxşı! Obyektiv səbəblərlə öz nöqsanlarının üstünü örtmək
bolşevikə yaraşınaz, bəsdir. Səhvi namusla boynuna almaq əvəzinə,
müxtəlif bəhanələr də gətirmək istəyirlər, bilirsiniz belə povedenya üçün
adamı...
208
Gəldiyev cümləsini bitirmədi, guya hirs onu kəsirdi. Sanki dayananların
heç bir sözünü eşitməmək üçün qətiyyətlə dedi:
- Gedin izahat yazın, iclasda müzakirə eləyəndə danışarsınız, di gedin!
Gəldiyev Muxtarı görəndə yanındakıları aşkarca qovdu:
- Di çıxın! Çıxın, işimiz var, mane olmayın!
Gəldiyev həmişə səsinə, hərəkətinə sirli bir ahəng verməyi sevərdi.
İstərdi ki, adamlar onun ən adi sözünün, ən sadə hərəkətinin dalısında
"xüsusi bir məna" duyub ehtiyat etsinlər, özlərini yığışdırsınlar. Bu, ona
anlaşılmaz bir hakimiyyət zövqü verməkdən başqa onun vəzifəsinin, işinin
də əhəmiyyətini qat-qat artırırdı. O, az danışır, ancaq danışığına çox məna
verirdi. Bir adama onun dik baxmağı, yanakı baxmağı, gözucu nəzər
salmağı, ya oğru güdən kimi tünd baxmağı, ayrı cür mənalar verirdi. Elə
tələbə olurdu ki, Gəldiyevin işini başa düşmür, bu cür baxışına məna
verməkdə, səbəb axtarmaqda çox düşünür, çətinlik çəkirdi. Gedənlərin
dalısınca qara müşəmbə ilə şpallanmış qapını bərk basıb qayıtdı. Cibindən
çıxardığı bir dəstə açarla dəmir seyfın qapısını açdı. Səliqə ilə qalanmış
qovluqlar üstündən "Kommunist" qəzetini götürdü. Muxtara tərəf uzatdı.
- Oxumusan?
- Yox!
- Təəssüf, çox təəssüf ki, oxumamısan, buyur oxu! - Kərim səsinə ağır
təmkin və zəngin məna ahəngi verərək dedi: - Mən deyəndə ki, sinfi
sayıqlıq bu saat hər bir kommunistdə, komsomolda əsas keyfiyyətdir, sizlər,
siz komsomolçuların bəziləri xırda burjua səhlənkarlığı ilə qulaqardına
verirsiniz. Siz elə bilirsiniz bu sözləri biz özümüzdən deyirik. Elə bilirsiniz
ki, bunları biz patalokdan alıb sizə deyirik. Daha başa düşmürsünüz ki,
bunlar hamısı partiyanın gündəlik direktivləridir.
Bunlar hazırkı siyasi momentin zəruri tələbləridir. Bunlarsız bir dəqiqə
yaşamaq, işləmək, kütlələrə rəhbərlik etmək olmaz. Bunlarsız beynəlxalq
vəziyyətin mürəkkəbliyində oriyentasiya olmaz! Yoldaş Muxtar, bəs haçan
bunları siz öz komsomol üzvlərinizə başa salacaqsınız, haçan?
Muxtar qəzetin sayıqlıq haqqındakı baş məqaləsini oxuya-oxuya
Gəldiyevin qəzəbinin səbəbini sanki bilmək istədi:
- Nə olub yenə?
209
Gəldiyev sanki məhz belə bir sual, sanki lap bu sualın özünü axtarır,
gözləyirdi. Səsini ucaltdı, əl-qolunu ölçərək eşik otağa, komsomol
komitəsinə tərəf işarə ilə dedi:
- Nə olacaq? Bu siyasi momentdə, sinfi mübarizənin bu kəskin
şəraitində komsomolçular səfərbər olub, partiya komitəsinə kömək etmək
əvəzinə, tədbirlərimizə açıqcasına mane olurlar, aralıqda söz gəzdirirlər.
Burjuaziyanın dəyirmanına su tökürlər, Bəlkə də düşmən əlində alətə
çevrilirlər.
- Axı nə olub?
- Dünən direktor əmr verib, bir müzür ünsürü institutdan kənar edib, bu
gün ayrı-ayrı komsomollar rəhbərliyin əmrini, necə deyərlər, təftiş etmək
istəyirlər: "Niyə, nə üçün? Kəskin əmrdir, filan!".
Sən o məqaləni diqqətlə oxu, Muxtar, - sonra da əli ilə otbiçən kimi
yarımdairə hərəkət cızaraq, havanı qətiyyətlə kəsdi: - Lap kənar
olunmalıdır! Barəsində lazım gəlsə, ən qəti tədbir götürmək lazım gələcək.
Biz daha nyançit eləməyəcəyik. Lenin demişkən: "Az olsun, yaxşı olsun".
Qoy dörd yüz olmasın, üç yüz olsun, lap bərkə qalanda iki yüz komsomol
olsun, amma yaxşı olsun. Qızıl qvardiya kimi olsun, tərəddüd eləyən,
maymaq olmasın. Sinfi şüurca mağmun adamlar olmasın.
- Bizim komsomol təşkilatımız sağlara təşkilatdır.
- Əsasən, əlbət ki, amma içində Vahid kimi ünsürlər hələ var. - Gəldiyev
əlini stola vurub, təkrar etdi: - Yoldaş komsomol, hələ var!
Siyasi məsələlərdə güzəştə getmək olmaz! Hələ tökülüb qalıb, düşmən
hələ bizim aramızda çalışır, yatmayıb. Biz hələ çoxlarını ifşa edə
bilməmişik. Hansı ki, vacibdir. Hələ sıralarımızı lazımınca təmizləyə
bilməmişik.
Muxtar özünü saxlaya bilmədi:
- Vahidə nə olub axı, ay yoldaş Gəldiyev? Doğrusunu başa düşmürəm
ki, Vahid bu ağır cəzaya, bu ağır ittihamlara nə üçün hədəf olub? Mən bunu
başa düşmürəm!
Kərim qulaq asmaq istəmədi. Şəhadət barmağı ilə qəzetə işarə etdi,
ucadan dedi:
- Sənə dedim o məqaləni oxu! Diqqətlə oxusan, başa düşərsən!
- Mən bu məqaləni radio ilə eşitmişəm, indi də oxuyuram. Amma Vahid
kimi qabiliyyətli bir gəncin bizim institutda nə üçün təqib olunduğunu başa
düşmürəm.
210
Kərim stol dalından keçib, Muxtarın qabağını kəsdi, başını yanakı tutub
təhdid ilə soruşdu:
- Sən buna təqib deyirsən?
- Təqibdir, təqib deyilsə, doğrudan da bu adamın bir mühüm günahı
varsa, açın bizə də deyin! Bütün tələbələrə deyiləsi deyilsə, yoldaş
Gəldiyev, mən burada komsomol katibiyəm, heç olmasa mənə deyin! Siz
komsomolçulardan gileylənirsiniz, nahaq gileylənirsiniz.
Əksinə, partkom üzvlərinin rəftarı bizə aydın deyil. Vahidin qovulması
tələbələr arasında suala, danışığa, narazılığa səbəb olur, açıq danışırlar. Siz
bəyəm bunu görmürsünüz?
- Narazılığı bəlkə təşkil edən var, bəlkə burada da bir düşmən əli var,
yoldaş komsomol? Düşmən hiyləgərdir. Bu saat hər vasitədən istifadə edib,
sizin bəzi komsomollar kimi, şatayuşşiləri özünə tərəf çəkmək istəyir.
Kapitalist əhatəsinin qanunu belədir, yoldaş komsomol! Qafil olmaq
cinayətdir. Dörd tərəfimiz kapitalistdir, hansı ki, hər dəqiqə bizə qarşı
vuruşur, biz qalib gəldikcə sinfi mübarizə kəskinləşir. Biz indi hər addımda
düşmən axtarmalıyıq. Lap evimizdəki o ata-anamıza, arvadımıza da
inanmamalıyıq! Çünki bəlkə düşmən agentidir. Çox da ki, ata, ya anadır.
Zahirə baxmaz! Bəli, bəli! Sənə deyirəm siyasi məqalələri yaxşı oxu! Oxu,
görərsən orada yazılıb ki, sinfi düşmən necə hiyləgərdir. Necə rəzildir, necə
alçaqdır.
Muxtar bir qədər susdu, sonra Gəldiyevin sözünə şərik oldu:
- Burada doğru yazılıb ki, sinfi düşmən hiyləgər, maskalıdır. Bütün
bunları oxuduqca, doğrusu acığınız tutmasın, Kərim Gəldiyev, sizin
hərəkətlərinizdən şübhələnirəm, düşmən eli bəlkə sizin bu təlaşınızda, bu
canfəşanlığınızda, doğrudan da düşmən əli var axı, yoxsa bir gəncin dalınca
bu qədər zurna-balaban çalmaq heç yerdə görünməyib.
Gəldiyev ayağa qalxır, bir əlini telefon dəstəyinə, o birini sağ cibinə
qoyub, Muxtara baxır, gözü qızarır:
- Mən qulaqlarıma inanmıram! Sən məndən şübhələnirsən? Ədə,
komsomol, məndən şübhə?
Muxtar ayağa qalxıb yumruğunu kürsüyə döydü:
- Lap səndən şübhələnirəm. Bəyəm sən Marksın bacısı oğlu zad deyilsən
ki! Çox sənin kimi cibində bilet gəzdirən təsadüfi adamlar yüzlərlə
cavanlarımızı cürbəcür çirkab ilə ləkələyib. Məktəbdən, zavoddan kənar
ediblər. Bu bəyəm gizli bir işdir? Odur Ukrayna traktor-
211
çusu, odur Kuban yazıçısı, odur Bayıl fəhləsi, hərəsinə bir iftira yaxanlar
kimlərdir? Belə düşmənlər doğrudan da var!..
- Mən qulağıma inanmıram, üçillik partiya üzvü Kərim, gör dünənki
uşaqlar sənin üzünə nələr deyirlər! Gör komsomol təşkilatı nə zibillənib...
- Lazım gəlsə, bundan da artığını deyə bilərəm. Arxayın olun, sizin
gənclər arasına şübhə toxumu səpməyinizi biz duymuşuq və lazımi
təşkilatlara da xəbər vermişik. Vaxt gələr, müzakirə olunar, görərik: bu
institutda komsomollar artıqdır, ya bəzi adını kommunist qoyanlar?
- Sən yəni belə dil açmısan?
- Mənim dilim həmişə açıq olub, açıq da olacaq!
- Olsun, baxarıq!
- Baxarıq.
- Görərik.
- Sağlıq olsun!
Dostları ilə paylaş: |