Partkom otağıdır, burada demək olar. Həmin o Gəldiyevdir, Getdiyevdir,
nədir, qızda təmənnası var, əl çəkmir. Bax budur burda... – Səttarzadə
şəhadət barmağını stola döydü: - Burda, partkomun qabağında deyirəm: nə
qədər gəldiyevler öz yerində oturmayıb, nə qədər ki, təşkilat belələrinin
qabağını almayıb, mən qızımı buraxmayacağam! - Səttarzadə bir az da
ürəkdən dedi: - Canım, bu da köhnə Bakı qoçuları-zad olmadı ki, mənə!
Gəldiyev dedi:
- Siz niyə qızınızı gün işığına buraxmaq istəmirsiniz?
- Çünki rahatlıq vermirlər.
- Gəldiyev adam yeyən-zad deyil ha... Bir oğlandır, bəlkə Rübabəni
istəyir. Bunu sən kimə qadağan edəcəksən? Qız ağacı, qoz ağacı...
- Xeyr, bağışlayasınız. İstəyir, cavabını da alar. Ancaq məktəbin
təşkilatından istifadə edib, qızı qorxutmaq olmaz! Hədə gəlmək yaraşmaz!
- Nə bilirsiniz, bəlkə cavabını alıb, ona görə yaxınlaşır.
Səttarzadə rədd elədi:
- Xeyr, mənim qızım eləsinə cavab-zad verməz.
- Səhviniz də buradadır. Bağışlayın məni, yenə köhnələr kimi
düşünürsünüz, bir gənc komsomol qızın azadlığını əlindən almaq
istəyirsiniz.
Səttarzadə onun sözlərindən daha da hiddətləndi. Xüsusən, "köhnələr"
deyəndə, Gəldiyev nəzərini kişinin ağarmış saçlarına salmışdı. Səttarzadə
bunü seçmişdi. Düşündü ki: "Bu ya Gəldiyevin tayıdır, ya Gəldiyev bu
hərifi doyurub, mən deyənə inanmayacaq".
- Hər hökmünüzdə belə cəsarətli olsanız vay bizim gənclərin halına!
Mən qızımı uğursuz təsadüfdən qorumaq istəyirəm, siz mənim üstümə çaxır
səpirsiniz. Aşkar çaxır səpirsiniz. Nə oldu azadlığın qədrini biz bilmədik?!
Siz əgər gözünüzü açıb dünyanı süd gölündə görmüşsünüzsə, biz gözümüz
ilə od üfürmüşük. Məhkumluğun acısı hələ də damağımızdan getməyib.
Hansı axmaq uşağının sərbəstliyini, səadətini istəməz! Bu nə sözdür?!
282
- Yox da, yoldaş Səttarzadə, vkus müxtəlifdir. Bəlkə sizin sluçayrıi
saydığınız adam qızınızın xoşuna gəlmişdir, bəlkə ürəyi tutmuşdur...
- Qızım xoşuna gələn adamdan şikayət etməz. Bir də evlənmək onun heç
xəyalından keçmir. Fikri-zikri məktəb, dərsdir, gecə-gündüz kitab...
- Səttarzadə belə rəsmi bir yerdə qızından danışmağa məcbur olmasına
sıxıldı, hirsindən susdu. Birdən tapança kimi açıldı: - Təəccüb eləyirəm!..
Elm ocaqlarımızda bəziləri nə ilə məşğuldurlar! Havaxtacan müsəlman
balalarının əlindən dad çəkəcəyik? Canım, mən qızımı da, oğlumu da
institutda görmək istəyirəm, buna mane olanlar gərək rüsvay edilsin!
- Bilirsiniz, yoldaş Səttarzadə, bunlar hamısı düzdür. Elm öz yerində.
Necə deyərlər, cavanlıq da öz yerində. Ziyalısınız, yaxşı bilirsiniz ki, bizim
elm köhnə elm kimi gənclik hisslərini öldürmür, daha da dirçəldir.
- Siz məni qəsdən yana çəkməyin. Biz anadan qoca doğulmamışıq.
Gəncliyi görmüşük. Biz də görmüşük. Başqa xalqların necə elm-ədəb
öyrəndiyini də görmüşük! Onlara da baxmaq xeyirsiz olmaz. Ali təhsil
görməyən piyadadır.
- Təhsilə baxmaz. Mənim bir bibioğlum var, on altı ildir oxuyur, adını
yurist qoyub, hələ də məlum deyil ki, nə yuvanın quşudur.
Amma bir bacıoğlum var, texnikumu qurtarmamış böyük qulluğa çatıb,
orden alıb.
Səttarzadə Gəldiyevin döşündəki MOPR nişanına baxıb dedi:
- Yaxşı igid dayısına çəkər.
- Məsələ ondadır ki, necə oğlandır.
- Elə deməyin, mühit adamı korlaya bilər. Pis yoldaşdan gələn bəla
şeytandan da gəlməz. Doğrusu mən Rübabəni bu institutda qoymağa
qorxuram. Eşitdiyimə görə, Gəldiyev xuliqanvarı bir şeydir, nə lazım...
- Siz belə deyirsiniz. Həmin Gəldiyevin Rübabədən şikayətini eşitsəniz
nə deyərsiniz? Qızınızın gecə saat 9-da, 10-da Gəldiyevin qapısına
getdiyini, onun ailə həyatına qarışınaq istədiyini desələr, inanarsınız?
İnanarsınız, ya yox? Bizdə material var, material!
Gəldiyev bunları qəti səslə söyləyib, Səttarzadənin gözünün içinə baxdı.
Səttarzadə heç bir şey eşitməmiş kimi sakit dayandı:
- Bu böhtanı da Gəldiyevmi düzəldib?
- Düzəltməyiblər, belə şey olub, fakt!
283
Səttarzadə başını tovladı:
- Siz məni doğma qızım ilə ləc salmaq istəyənlərin iftirasına uymayın,
yoldaş! Bunlar hamısı Gəldiyevin fırıldağı olacaq! Xahiş edirəm Rübabəni
o yolun adamı bilməyəsiniz. Mənim qızım iki kəlmə danışanda xəcalətindən
qızarır. Siz gərək belə dedi-qoduların sahibini yaxalayasınız, qabağını
almaq borcunuzdur. Bütün məktəb bilir, o abırsız oğlu qızı necə hədələyir.
Mən təvəqqe eləyirəm, təşkilat bu məsələyə son qoysun. Yoxsa mən
Rübabəni Moskva institutlarından birinə dəyişməli olacağam.
Gəldiyev dəftərinə iki sətir yazdı:
- Yoxlayaram, ancaq siz də qızlara o qədər arxayın olmaym. İndi ki, söz
gətirdi deyim: Gəldiyevdən çox-çox qabaq onun şuşalı bir oğlan ilə
yaxınlaşması haqqında institutda danışıq gedirdi. Hərçəndi elə bir şey yox
idi, məsləhət görmədik ki, sizi narahat eləyək. Hər halda qab düşməsə,
cingilti çıxmaz.
Gəldiyevin bu sözü tutdusa da Səttarzadə pozulmadı:
- Tanıyıram şuşalı oğlanı! Onun bizə get-gəli var. Kim buna pis məna
verirsə, özünə gülür.
- Mən özüm üçün qeyd götürdüm, baxaram. İndinin gəncləri, elə mən
özüm də içində, görürsən bir eşqə düşürlər, sonra soyuyurlar. Bir gün biri
ilə, sabah başqası ilə evlənirlər. Bilirsən, həyat şən, insan azad, nə kefı
istəyir, eləyir. Köhnə vaxt deyil ki, deyəsən: göbəyin bu oğlan ilə kəsilib.
İndi deyir, istəmirəm, vəssalam. Elə şeylər bizim başımıza çox gəlir.
Çalışdığımız budur ki, arada bədbəxtlik olmasın.
Kim-kimi istəyirsə ona getsin, istəmir getməsin, maneçilik nəyə lazım.
Səttarzadə təəccüb elədi:
- Axı institut ZAQS bürosu deyil ki, yoldaş katib?
- İnstitut eyləndirmir, gənclər özləri evlənirlər. Biz də, necə bir sovet
adamı, onların yeni həyat qurması üçün şərait yaradırıq.
- Yeni həyat kişi ilə qadının tapışmasından ibarət deyil! Biz övladımızı
ali məktəbə oxumağa, təhsilə qoyuruq, evlənməyə, ər, arvad seçməyə yox!
- Bunları bir-birindən ayırmaq olmaz, oxumaq da, evlənmək də öz
yerində, vəhdət var.
Səttarzadə gedəndən iki dəqiqə sonra partkomun qapısı bir də döyüldü.
Gəldiyev çıxanda Səttarzadənin qayıtdığını gördü:
- Bura bax! - dedi, - yoldaş, o Gəldiyev evlidir?
284
- Evlidir, necə məgər? - İndi evlilik ilə subaylıq arasında üç manatlıq bir
məsafə var.
Gəldiyev bununla Rübabənin Gəldiyev ilə evlənməsi ehtimalını
qüvvətdə saxlamaq istəyirdi. Səttarzadə yenə soruşdu:
- Onun uşağı da var gərək ki!..
Gəldiyevin dodağı qaçdı:
- Hə, qoca, görünür kürəkəninin həyatı ilə əməlli-başlı maraqlanmısan,
öyrənmisən.
Səttarzadə əsasını yerə döydü.
- Bildim! Sən deyəndə ki, Rübabə qapısına gedib, bildim kimi deyirsən.
Özü də deyirlər burada, bu dikdə olur.
- Deyəsən, orada olur.
- Tacir arvadı alıb.
- Yaxşı tanıdın.
- Niyə tanımıram. O, əclafdır, o, xuliqandır. Arvadı da özünün tayı.
Körpə uşağın başına gətirdiklərini siz gərək eşidəydiniz. Nə əcəb eləsi bu
institutda iş sahibidir. Yoldaş partkom, görürsünüz mənim qızım kimlər ilə
üz-üzə gəlməyə məcbur olur?! Siz də deyirsiniz uşağı qoruma. Gəldiyevlər
canavardan da qorxuludur.
Səttarzadə bunları dedi, heç bir cavab eşitməmək üçün, daha doğrusu
buna qarşı heç bir cavab ilə təmin olunmayacağını bildirmək üçün düz
çıxdı. Gəldiyev qələminin ucunu bir neçə dəfə stola döydü, ancaq
danışmadı.
Səttarzadə gedən kimi Gəldiyev elan verib, sabaha büro iclası çağırdı.
"Bu kaftarın cavabını vermək lazımdır!"
Səttarzadənin işini müzakirəyə qoymaqdan Gəldiyevin bir məqsədi
vardı. Ancaq iş elə gətirirdi ki, bir neçə mətləb ayrılırdı, hamısı da
Gəldiyevin xeyrinə.
Gənclərin tərbiyəsi, "ailələrdə kapitalizm qalıqları haqqında" gurultu
qoparmaqla bir tərəfdən Gəldiyev özünü sayıq tanıdırdı, ikinci tərəfdən
Vahidin canına üşütmə salmaq istəyirdi ki, "gör hansı ailə ilə yaxınlaşırsan.
Özün də komsomolda heçə bənd!" Üçüncü və əsas cəhət üzünə nələr-nələr
deyən Səttarzadədən intiqam almaq, abırdan salmaq fikrində idi. Rübabə
heç vaxt buna dözməyəcək. Gəldiyevə təvəqqeyə gələcəkdi. Gəldiyev də
Vahiddən uzaqlaşmağı tələb edəcəkdi. Məsələnin qoyuluşu, müzakirəsi və
həlli elə gəlib yetişmişdi ki, burada hiylə olduğunu heç kəs güman etməzdi.
Komsomol özəyində
285
Muxtar yenə işə qarışıb o yan-bu yan eləmək istərsə, onun özünü də
təqsirləndirınək asandır.
Qəzetlər hər gün kapitalizm qalıqları ilə amansız mübarizə şüarı altında
səhifələr verirdilər. Rayonlarda xurafat və köhnə adət təsirindən
qurtulmayan işçiləri biabır edirdilər. Kiminin rüşvətxorluğu, qohumbazlığı,
kiminin xəsisliyi, bəzisinin nadanlığı tənqid olunurdu. Elə sovet işçiləri var
idi ki, "qəzetlərin kampaniyasını" xorlayırdı: "Canım, birdən-birə olmaz ha!
Nə qədər ki, dünyada inqilab eləməmişik, elə şeylər olacaq. Xaricdə
kapitalizm zəhrimar taxtabiti kimi gecədə yüz əllisini balalayır..."
Səttarzadə qızının məktəbdən eşitdiyi xəbərləri, müxbirlərin qəzetlərdə
yazdığını nəzərə alır, Gəldiyev kimi bir böhtançının vasitəsilə öz adının bu
ləkəli siyahıya düşə biləcəyini böyük bir dəhşətlə xəyalına gətirirdi.
Rübabə atasından soruşdu:
- Sən partkoma nə demisən?
- Nə deyəcəyəm, o hərifdən şikayət eləmişəm. Qoy burnunu ovsunlar.
- Kim ilə danışdın?
- Katibin özü ilə, hələ mənlə mübahisə başlamışdı.
- Axı katib burada deyil.
- Necə burada deyil. Kabinetində idi. Gödərək, sarıyanız...
- Ata, bizdə sarıyanız katib yoxdur.
- Bəs o kim idi məni qəbul elədi? Partkom otağında... katib idi.
- Ata, səni qəbul eləyən Gəldiyevdir.
Səttarzadə inanmadı:
- Necə Gəldiyev, a qız! Mən Gəldiyevdən ona bir Quran söz
danışmışam.
- Özüdür! Odur!
- O olsa açıb deyərdi, söydüm, biabır elədim axı!
- O deməli yeri yaxşı bilir. Hay salıb ki: "Səttarzadə qızını ictimai
yerlərə buraxmır. Özü də gəlib partkom ilə mübahisə aparır".
Səttarzadə qaşlarını düydü:
- Hara hay salıb?
- Məktəbə. Danışıb-eləyirlər.
- Nə demişəm danışalar?
- Çox nanəcib adamdır. Nahaq onunla danışmısan?
286
- Nə bilim, deyirəm partkomun katibidir, günü sabah gedib komissara
deyəcəyəm.
- Komissara nə dəxli. O, katibin yerində oturur. Qəbul eləməyə haqqı
var. Gərək öz sözünü özünə deməyəydin. Adamı ki, bir az xam tanıdı...
- Nə bacarır eləsin! Aşkar deyirəm: onun kimisi iş başına keçməməlidir,
heç oxumamalıdır da!
Səttarzadə üzdə Rübabəyə ürək verirdisə də ürəkdən rahat deyildi.
Gəldiyev həmin günün səhərisi partiya bürosunda birinci, Həbəşistan
hərbzədələrinə kömək məsələsini qoydu, sonra cari məsələyə keçdi:
- Yoldaşlar, - dedi, - cari məsələmizin özü birinci məsələ ilə sıx surətdə
əlaqədardır. - Ayağa qalxdı, kəmərindən pırtlayıb çıxan köynəyinin ətəyini
çəkdi. Boğazını andıb "ustanovka" verdi. – Orada həbəş zəhmətkeşləri
yadları qovmaq üçün vuruşur. Onlara kömək əli uzadırıq. Unutmaq lazım
deyil ki, biz ölkəmizdə kapitalizmi yıxımışıqsa da, hələ cəmdəyini sürüyüb
aradan çıxara bilməmişik, qalıqlarını təmizləməmişik. Bir var ki, kənddə
mübarizə aparasan, avam, qara camaat içində. Bunun ayrı işi var. Amma biz
heç burnumuzun ucunu görmürük. Öz institutumuzda bu qalıqlar toxum
salır, göyərir, əl-ayağa dolaşır, xəbər tutmuruq... sayıqlıq!
"İnstitutumuzda" deyəndə hamının diqqəti Gəldiyevin nitqinə cəlb
olundu. Hamı müntəzir dayandı ki, görəsən kimin haqqında danışır.
Gəldiyev təkrar sinəsini antladı:
- Yoldaşlar, söhbət ikinci kursun tələbələrindən biri haqqındadır.
Özü də bakılı, şəhərli! Onların evlərində ölən olub. Ölünün üstünə molla
gətirmək, Allahın əmri, peyğəmbərin şəriəti ilə, filan... özü də komsomol
üzvü. Bunlar bir yana dursun, mən məlumat alan kimi onu çağırtdırdım.
Dedilər dərsə də gəlmir, evlərinin nömrəsini tapdım. Gör kimin evində
telefon var! Zəng elədim. Atası, yəni xanəndə Səttarzadə. - Gəldiyev "yəni"
sözünü çox mənalı dedi və adamların üzünə baxdı: - Səttarzadə telefona
gəldi. Mən belə lap kulturnu onunla danışdım, qəti surətdə qızını ictimai
yerlərə buraxmayacağını söylədi.
Kim idisə dilləndi:
- Elə şey olmaz!
- Rübabə dərsə gəlir!
Gəldiyev qəzəblə əlini qaldırdı:
287
- Dayan!.. Buraxmayacağını söylədi. Mən çalışdım başa salam ki, yaxşı
iş deyil, ziyalısan, buna sənin ixtiyarın da yoxdur. Sovet gənci,
komsomolçu, yeni həyat... Bu da heç...
Srağagün oturub işləyirdim. Daklada-filana baxırdım. Bir də gördüm
arıq, başı çallaşmış bir kişi, əlində əsa budur gəlir. Səttarzadə mənim
sözümdən hirslənib, partkoma şikayətə gəlib. Mən də açmadım. Oturdu bir
saat mənə Gəldiyevin "yaramazlıqlarından" danışdı. - Gəldiyev bu sözü
deyəndə qəhqəhə çəkib güldü, başqalarının da güləcəyini gözləyirdi, ancaq
ona qoşulan olmadığını görüb, ciddiliyinə qayıtdı: başladı ki, siz mənim
qızımı oğlanlara təhvil verirsiniz. Bu necə məktəbdir, filan... Yoldaşlar,
aydındır ki, mən Səttarzadə ilə çənə-boğaza durmazdım. Xanəndə olsa da
qoca, mövhumatçı kişidir. On beş ildir Sovet hökuməti onu başa sala bilmir.
Mən on beş dəqiqədə onu necə başa salım. Üzümə söydü də, cavab
vermədim. Eybi yoxdur, deyərlər də. Səbrimiz çatar. Eşitdiyimə görə,
Mərkəzi İcraiyyə Komitəsinin üzvüdür. Bunu nəzərə alaraq məsələni burada
qoydum ki, özünüz bu barədə nə məsləhət bilirsiniz, eləyəsiniz. Ölçü
götürəsiniz! - Gəldiyev sözünü qurtarıb oturmaq istəyində yadına nə
düşdüsə təzədən başladı: - Bağışlayın, unutdum. Səttarzadənin qızını
danışdırmışam. Atası, görünür, onu çoxdan sıxışdırırmış. Qız qorxudan açıb
deməsə də məlumdur ki, atasının himayəsində oxuyub başa çatmayacaq.
Səttarzadə guya indidən "ayrı instituta dəyişmək" bəhanəsilə qızı institutdan
aparmaq, ərə vermək istəyir. Bilirik, Nayıbovun "institutuna" verəcək.
Bəllidir. Biz bu hadisənin qabağını almasaq, bütün biabır olacağıq...
Gəldiyev adamları hazırlamışdı. Danışanlardan hərə bir rəy söylədi. Biri
deyirdi: "Səttarzadə bizim işçimiz deyil, heç bir qərar çıxara bilmərik,
gücümüz ancaq qızıba çatar". Biri deyirdi: "Rübabəni mütləq məktəbdə
saxlamaq və hətta evlərindən ayırıb yataqxanaya düzəltmək vacibdir.
Kişinin məsələsini Mərkəzi İcraiyyə Komitəsinə, surətini də qəzetə
yazmalıyıq".
Verdiyev etiraz elədi:
- Yazmağın adı yoxdur. Sabah-biri gün təzə seçki olacaq. Səttarzadə-
məttarzadə gedəcək öz işinə.
Gəldiyev mane oldu:
- Yox, bizim borcumuz yazmaqdır. Qoy bilsinlər, sonra məsuliyyətli
olar.
Verdiyev məsuliyyət sözünü eşidib, şərik oldu:
288
- Sözümü geri götürürəm. Yazaq, qoy bir siqnal da bu olsun.
Komsomol komitəsinin katibi Muxtar durdu. Məsələni bu qədər
şişirtməyin institut üçün, təşkilat üçün nöqsan olduğunu, bu barədə əvvəlki
fıkrində qaldığını dedi, fikrinin protokola yazılmasını tələb etdi:
Gəldiyev acıqlandı:
- Yoldaş Muxtar, bura sənin üçün komsomol iclası-zadı deyil ha
Nə böyük adam olmusan ki, sənin fikrin üçün dəftər açaq? Otur, qulaq
as, əksəriyyət nə deyər, sən də tabe olmalısan, vəssalam!
Muxtar papağını götürüb çıxdı:
- Yaxşısı budur mən gedim öz komsomolluğuma, sən istədiyin qərarı
çıxart. Ya sənə verən, ya bizə!
Axırda Gəldiyev fikrini yeritdi. Səttarzadənin "əhvali-ruhiyyəsi"
haqqında Mərkəzi İcraiyyə Komitəsinə yazdılar. Qız ilə xüsusilikdə danışıb,
onu "təzyiq" şəraitindən ayırmaq məsələsini həll etməyi Gəldiyevə
tapşırdılar. İclası bağlayanda Verdiyev Gəldiyevə yanaşdı.
- Amma yaxşı olmayacaq, gərək Muxtarın iştirakı ola idi.
Gəldiyev hirsli dedi:
- Qoy hara gedir, getsin! Dünənki malçişkə mənə ağıl öyrətmək istəyir.
Onu seçməkdə biz çox pis iş görmüşük!
* * *
İnşaat institutunun açılışı bayramı üçün hazırlıq gedəndə Vahid güman
etmişdi ki, dərs ilinin başlanmasını qeyd eləmək istəyirlər. Biletlər çap
olunur, müsamirə üçün hazırlıq gedir, qonaqlar çağırıhr, sənədlər seçilirdi,
institutun həftəlik qəzeti bu gün çıxmışdı. Direktorun məqaləsini oxuyanda
Vahidi heyrət götürdü: "Azərbaycanda birinci dəfə mühəndislik institutu
təşkil edirik..." Bu tarixi səhvə görə Vahid redaksiya işçilərinə qızdı:
- Mühəndislik institutu bizdə on il bundan qabaq var. Tarixi niyə
danırlar?
Vahid direktorun yanına gəldi. Qəzetin əllərdə gəzdiyini gördü.
Verdiyev utana-utana gələn və nə isə bir şey demək istəyən Vahidə döndü:
- Nə var, bala?
Vahid qəzeti göstərdi:
289
Müəllim bunu siz yazmışsınız, bu məqaləni?
Verdiyevin gözləri iftixar hissi ilə işıqlandı:
- Bəyəm imzası yoxdur?
Var imzası, amma...
Verdiyev onu sözlü adama oxşatdı:
"Amma" nədir? Yoxsa sən də Qurdoğlu Qədir kimi təbrikə gəlmisən?
Vahid ürəyində dedi: "Təbrikə yox üzünüzə tüpürməyə gəlmişəm?".
Sonra özünü saxladı:
Bu cümləni oxuyun görək.
Verdiyev qəzeti əlinə aldı: "Bu gi Azərbbaycanda birinci dəfə olaraq
mühəndislik məktəbi açılır. Bu gün kulturamızın..."
Verdiyev Vahidin üzünə baxdı:
- Bunda səhv axtarırsan?
- Bəlkə birisi iyirmi üçüncü ilin qəzetlərinə baxdı, onda nə deyər?
Direktor dodağını büzdü:
- İyirmi üçüncü ilin nə dəxli var məsələyə?
- Axı iyirmi üçüncü ildə Azərbaycanda Polülitexnik İnstitutu kimi bir
məktəbdə vurhavur dərs gedirdi. İndi də yazırıq "birinci dəfə". -
Vahid əsəbiləşdi. - Axı tarixi qaralamaq olmaz.
Verdiyev tutuldu. Ancaq hiss etdirməmək üçün katibinə baxdı.
- Bu nə deyir, əyə, sərsəm gətirib, nədir?
Katib ağzını-gözünü əydi. Vahidi halaladı:
- O zamankı qarmaqarışıq bir şey idi.
- Hər halda bizim institutdan qarmaqarışıq deyildi.
Verdiyev Vahidi istehzaya qoydu:
- Özü də ali məktəbdə oxuyur. Ayıbdır, yoldaş tələbə! Bərpa dövrünün
məktəbini bizə müvəffəqiyyət hesab eyləyirsən?
Vahid dedi:
- Məsələ bərpa dövründə deyil, tarixi yenidən başlamaq iştahındadır.
Yubiley lazımdırsa, on illik, on iki illik edilsin.
- Bilirik o zaman kimlər at oynadırdı politexnik institutunda...
Vahid gülümsədi:
- Deməli, institutun yox, sizin yubileyinizi elyləyirik...
- Demoqoqluq lazım deyil. Bunu hükumət edir, sənin kimisindən
soruşmurlar.
Vahidin səbri tükəndi:
290
- Sabah, - dedi, - yoldaş direktor, sabah xalq bizim üzümüzə nə deyər?
Verdiyev əsim-əsim əsdi, katibə tapşırdı ki, Vahidin dediyini "bir yerə"
yazıb saxlasın. Özü ayaq üstə dayana bilməyib, halsızca kresloya oturdu.
Dostları ilə paylaş: |