Beşinci fəsil
Gəldiyev partkom otağında, əli cibində, paltolu, lakin başı açıq oturmuş,
gözünü stol üstündəki dolu və bağlı iş qovluğuna dikmişdi. Qıraqdan baxan
elə bilərdi ki, idarəyə yenicə gəlmişdir.
Bəlkə Gəldiyev üşüyür? Üşüyən adam papağını götürməz, stol üstünə
atmaz, düymələrini açmaz. Bir də divar peçi yanır, otaq istidir Siniflər
bumbuz olanda, bura hamam kimi buxar verir. Bu da Gəldiyevin
zabitəsindəndir. Bir dəfə Katyanın üstünə çığırmışdı ki: "Səni qulluqdan elə
itirərəm ki, izin-tozun qalmaz". Katya o gündən Gəldiyevin otağında qaza,
işığa, səliqəyə xüsusi fikir verirdi. Kim isə ona demişdi: "Gəldiyev tam
direktor yerindədir".
Direktorun otağına Katya o qədər məhəl qoymazdı. Direktor acıqlansa
heç vecinə almazdı. Ona görə ki, Katya on beş ildir qulluq eləyirdi, işinin
həmişə "zamlardan" aşdığını görmüşdü.
Gəldiyev isti və sakit otaqda nədənsə narahat idi. Gözünü səqfə
dikmişdi. Səqfə baxanda o, keçən günləri, payızın əvvəllərində Rübabə ilə
görüşdüklərini xatırladı. Bu xatirələr ona, yetişməyi gözlənən, lakin
yetişməyib, çağala qalan meyvə kimi gəlirdi. Rübabə ilə son görüş, daha
doğrusu Rübabənin onunla son görüşü həmin bu otaqda olmuşdu. Onda hələ
Rübabə ona bir Gəldiyev kimi olmasa da, bir tələbə kimi hörmət edirdi.
Çağıran kimi gəlmişdi. Təklif edən kimi keçib oturmuşdu. Əhval
soruşan kimi razılıq eləmişdi...
Gəldiyev "məsələni" qurtarmaq üçün çağırmışdı. Nəzakətlə sözə
başlamışdı:
- Rübabə, sizi çağırmaqda məqsədim, bəlkə də özünüz yaxşı bilirsiniz...
Bilməmiş də olmazsınız, çünki mən qəlbdən-qəlbə yol tapan bir şeydən
danışıram. İnsanın jizni, yaşayışı müəyyən bir şəraitdə keçər, gedər. Bu
şərait də hər kəsin özündən asılıdır. Mən ürəyimin sirrini sizə açmaqda,
kanişna, bir pis iş görmürəm, çünki biz azad sovet gəncləriyik. Daha ana,
bacı, xala, bibi vəkalətinə möhtac deyilik. Mən bu gün sənin qarşında durub
sıneli öz ürəyimi açıram...
Gəldiyev bunları mülayim bir səslə demişdi. İki şeydən çox xoşu
gəlmişdi: sevgisini izah edərkən "sevgi" sözünü dilinə gətirməməyindən və
bir də bu təmənnasında özünü vəzifə sahibi kimi yox, sadə bir "qrajdan"
kimi tutmağından!
257
Ani bir xəyaldan, bəlkə də Rübabənin susmasından doğan
peşmançılıqdan sonra o, fikrini dəyişmişdi. Sanki Verdiyevdən tutmuş Qurd
oğluna qədər bütün yoldaşlar, sirkdə gördüyü tamaşalar, eşitdiyi söhbətlər
tökülüb ona ağıl öyrətməyə gəlmişdi:
"Sən nə qayırırsan, ay səfeh! Qadın ovunda iki silah var: rütbə, dil!
Vəzifəni hiss etdirınək istəmirsənsə, qəlb çalan şirin sözlərə nə gəlib?
Nəzakəti məclislərə saxla, burda, ikilikdə Rübabə ilə məhrəm bir qadın kimi
danış! Ona konfet, kişmiş vermirsən, heç olmasa məhəbbətdən de!
Dilindəkini yox, ürəyindəkini de, ürəyindəkini söylə, söylə, yeridir!"
Gəldiyev Rübabənin üzünə, lap gözlərinin içinə baxmışdı. Əllərini
döşünə qoyub and içən kimi əyilmiş və demişdi.
- Niyə gizlədim. Mən səni lap sevirəm! Rübabə, sənə vurğunam! Lap
nastoyaşşisindən!
Gəldiyev bu sözləri deyəndə nə əsmiş, nə də rəngi dəyişmişdi. Ancaq
qız pul kimi qızarmış, tər tökmüş, dodaqlarını çeynəmişdi. Həmin dəqiqədə
həm Rübabəyə, həm Gəldiyevə yeni bir mətləb aydınlaşmışdı. Rübabə
bilmişdi ki, Gəldiyevin ona hörməti, xoş danışığı, bir ictimai vəzifə
sahibinin danışığı deyilmiş, Gəldiyev də anlamışdı ki, Rübabənin ürəyində
qətiyyən onu sevdirən niyyət yoxdur. Bu duyğulardan birincidə nifrət,
ikincidə məsuliyyət əmələ gəlmişdi.
Gəldiyev niyyətinin nəticəsizliyini Rübabənin hövlündən, həyəcanından,
az qala divarı yarıb qaçmaq istəməsindən, əli ilə rədd işarəsi verib "Ayıb
olsun! Ayıb olsun!" cavabından anlamışdı. Ancaq nə edəsən ki, aylardan
bəri başında yer eləyən şirin niyyətlər Gəldiyevi əldən qoymurdu.
Qıza nə vədələr verməmiş, nələr danışmamışdı... Ürəyinin
parçalandığını isbat üçün nə vəziyyətə düşməmişdi. O, açıq sinəsinə
yumruqlar vuraraq, qəlbini dindirmək istəyəndə, Rübabə bir əli qapının
əlcəyində, o biri əli ilə dizinə çırpıb demişdi: "Ayıb olsun! Ayıb olsun
sənə!".
Gəldiyev keçib Rübabənin önündə diz çökmüşdü: "Öldür məni, atqaz
eləmə. Başımı kəs, yox demə! Qul elə, sat! Rübabə, sənsiz Kərim məhv
olacaq. Bir gəncin jizninə bais olma! Yəqinini deyirəm sənə!".
Rübabə qapını bərk itələmiş, ilan ağzından qurtulan quş kimi qaçmışdı.
Gəldiyev tez qalxıb üst-başını sahmanlayıb, stolun başına keçmişdi...
258
Ondan bir ay sonraya qədər Gəldiyev çox intizar çəkmişdi. Hər gün
qulağı səsdə idi. Qorxurdu ki, qız gedib şikayət edər. Axırda məsələnin
açılmadığını görüb sevinmişdi, zənni ayrı şeyə də getmişdi:
"Yəqin qızın könlü var. Məsələni sekretni saxlamağından, bir yerdə
dilinə gətirmədiyindən görünür ki, ürəyi var. Axı, bir də mən lap kəndli-
kəndliyana tərpəndim. Küçənin əxlaqsızına yanaşıb birdən-birə təklif
edəsən, yenə də razı olmaz. Gerək sümük sındırasan, aylar ilə bişirəsən.
İllah da Rübabə... Eh, buna vaxt hanı... Yox, Rübabənin rəyi var, ancaq
başarınıram..."
Şairlikdən başı çıxan yoldaşı Qədir ona bir məsləhət görmüşdü:
müfəssəl bir məktub yazmağı, ürəyinin mətləbini orada şərh etməyi,
səhvlərini bolşevikcəsinə boynuna almağı demişdi. O da təxirə salmadan
məktub hazırlatmışdı.
Gəldiyev, doğrudur, bir kəsə məktub yazmaz, bir kəsdən də məktub
almazdı. Ancaq evdə, məktəbdə, yar-yoldaş arasında çox məktublar görüb.
Bir neçə məktub tutub iclasa qoyub. Lakin Rübabəyə göndərmək üçün
hazırladığı məktubun tayını heç kəsdə görməyib və görməyəcəkdir.
Əvvəl başdan ox ilə deşilmiş bir ürək şəkli səkilib. Sol tərəfdə bir gül
ağacı, onun budağında oturan bülbül boynunu uzadır. Ağacın dibində bir
tülkü çəkilib, həsrətlə yuxarı baxır (bu şəkli Gəldiyev, deyəsən, hansı
kitabdasa gönnüşdü), ortadan bənövşəyi rəngdə mürəkkəb ilə iri sərlövhə
yazılıb: '
"Şanlı məktub Sevdiyimə"
Üç xətt ara verdikdən sonra əsil məktub başlanır. Cümlələrin baş hərfləri
iri və kölgəli yazılmışdır. Hər iki sətirdən sonra qırmızı xətt ilə yazılmış
şeirlər gəlir. Axırda bir neçə müəmma var! "Yaz görüm bənövşəyi çernilin
mənası nədir. Məhtaba qarşı düşüncələrdə xatırlanmayan bədbəxt sayıla
bilərlərmi? Qönçələr havaxt açılacağını kimdən sormalı?.. Cavab! Cavab!
Cavab! Cavabınızdan mənim üçün iki yol ayrıla bilər: İzn, ya ölüm! O da
sənin insafına bağlıdır. Ax!.. Bilsəniz bu sətirləri yazanda nə qədər göz yaşı
axıtmışam! Taleyim, əcəba, məni güldürəcəkmi? Heyhat! Ah... İnsafsız,
gözəllər nə qədər insafsız olurmuş! Bu qədər..."
Son cümləsi budur: "Ürəyimin ən dərin guşəsindən əlinizi sıxıram!".
259
O vaxt, beş gün oldu, bu məktuba cavab gəlmədi, on gün oldu, bir ay
oldu səs çıxmadı. Gəldiyev Qədiri tapıb məktubun kəsərindən şikayətləndi:
Qədir lağa qoydu.
- O məktub mənə kimdən gəlsəydi müzakirəsiz bənd olardım. Gör qızın
səndən nə qədər zəhləsi gedir! Nə düşmüsən onun dalınca, qardaş! Zorba-
zorluq deyil ki! Köhnə zaman olaydı, götürüb qaçardın, aldadardın. İndi
əlac yoxdur. Sən bir ayrısını tap. Eybi yoxdur, mən yenə yaxşı bir məktub
hazırlayaram. Onun surəti məndədir.
Gəldiyevin qol-qanadı qırılmışdı. Rübabədən təmiz əl üzmüş, intiqam
fikrinə düşmüşdü...
İndi bütün bu əhvalatdan neçə ay keçmiş, gözləri səqfə ilişəndə onun
damarlarında əvvəlki hisslər oynadı. Özü də bilmədi ki, nə ağıl, nə iradə ilə
Rübabədən əl çəkmişdir. Odlu təəssüf vücudunu yandırdı. Ürəyindən soyuq,
qılınc kimi iti bir səda keçdi:
"Mən artıq evlənmişəm. Ağca xanım məni sevir, mən də Ağca xanımı
sevməli olmuşam!" Sinəsinden qopan ah duman kimi havanı örtdü. Ani
külək onun arzularını kül kimi göyə sovurdu, üfüqlər tutuldu, göz qapaqları,
xatirələrini örtən pərdə kimi endi, qabağındakı qovluqda bənd aldı.
Bu qovluq şəhər rayonundakı mədəni hücum əsgərlərinin və
mənətəqələrin siyahısıdır. Rayon komitəsi Gəldiyevi bu işə təhkim etmişdi.
O, siyahıları almışdı ki: "Bir-bir özüm yoxlayım!".
Dolu qovluğun içindəki kağızları görendə gözü bərəldi: "Bunu kim
oxuyacaq?".
Qalxıb dəhlizə çıxdı, göz gəzdirdi, boş adam tapmadı. Yadına nə
düşdüsə, qırx birinci otağın qapısını açıb içəri girdi. Qoca, gödək və ağbaş
professor dərs deyirdi. Gəldiyev girən kimi tələbələrin nəzəri qapıya
çevrildi. Gəldiyev dedi:
- Bağışlayın, yoldaş professor, mane oluramsa da, yoldaş Səttarzadə bir
zəhmət çəksin!
Rübabə durmaq istəmədi. Gəldiyev bir də təkid elədi:
- Vacib iş üçündür, yoldaş Səttarzadə, ləngiməyin!
Rübabənin gözü professorda idi. Professor icazə verdi, qız çıxanda
Geldiyev öz otağına yollanmışdı. Rübabə Gəldiyevi stol dalında oturan
gördü, qutusunu çıxarıb papiros eşirdi. Gəldiyev yer göstərdi:
- Əyləş!
Rübabə qayıtmaq istədi:
260
- Əyləşınək zamanı deyil, dərsdən çıxmışam, sözünüzü deyin!
Gəldiyev bükdüyü papirosu dili ilə yaşlaya-yaşlaya, etinasızlıqla bir də
"əyləş!" dedi. Rübabə qayıdanda Gəldiyev qovluğu göstərdi:
- Ay qız, ürkmə, bir balaca iş görəcəyik.
Rübabə baxmadı:
- Dərs vaxtı heç bir ictimai iş ola bilməz, bunu siz yaxşı bilirsiniz.
Gəldiyev onun dalınca yüyürüb acıqlanmaq istədi. Qız uzaqlaşmışdı.
Çağırsa bütün dəhlizə səs düşərdi. Hirsindən papirosunu tulladı, qutusunu
bir də çıxartdı. Barmaqları qovuşmurdu ki, tütün götürüb büksün. Dişi
bağırsağını kəsirdi. Yeyin gedib, üzüyola saydığı Əmrah adlı bir tələbəni
çağırdı. Hirsindən dərdini ona dedi. "Dikbaş adamları" institutdan
qovduracağına and içdi.
Gəldiyev başını aşağı salıb stola dirsəklənmiş, əllərini bərk-bərk
çataqlamışdı. Əmrah mədəni hücum əsgərlərinin siyahısını oxuyur, o da
fikrini deyirdi:
- Oxu!
- Müseyib Qurban oğlu.
- Bura bax görüm, sən bunu tanıyırsan?
- Tanıyıram. Yaxşı bilikli müəllimdir.
- Atası nəçi idi?
Atasının pinəçi dükanı varmış! - Briqadir yaz.
- Əhməd Ağaməmmədov.
Gəldiyev gözünü qıydı:
- Hansı Əhməddir. Yoxsa o faytonçunun oğludur, hə?
- Bəli.
- Qarala, belə qoy. Eşqbazları bəri qırağa yığ.
- İmran Sultanov.
- Necədir!
- Yaxşı tələbədir, fəaldır.
- Oxu!
- Söhbətov Əli.
- Ətkaz!
Əmrah Gəldiyevin üzünə baxdı. Gəldiyev onun suallı baxışını anlasa da
cavab vermədi.
- Oxu, oxu, ə!
- Qurban Qurbanlı.
261
- Hansıdır, o qara oğlandır? Həmişə də yaxası açıq olur ha!
- Mən qışda görmüşəm. yaxası bağlı idi.
- Bir onun anketini tap.
- İsmayıl San oğlu.
- Şuşalı İsmayıl?
- Gərək ki, şıışalıdır.
- Onun qabağına sual qoy.
Əmrah siyahını qurtaranda zarafata salıb Gəldiyevə dedi:
- Sən yarısını suala çıxartdın, yarısını ətkaza!
- Bəs nə? İnanıb iş tapşırıblar, sovet vətəndaşlarını savadlandırmağı hər
yetənə daverit etmək olar? Bəlkə savad işinə müzür element soxuldu. Onda
mən atveçatam. - Bunu deyib təəccüblə soruşdu: -
Qurtardı?
- Hə?
- Qurtarmaz, canım, gərək yenə olsun.
- Xeyr, yoxdur.
- Yox nədir. Mən özüm göstərmişdim: Qurd oğlu Qədir hanı bəs.
Əmrah Qədir haqqında haradansa eşitmişdi:
- Deyəsən onun adını ştabdan çıxardıblar.
Gəldiyev qabağa tərəf əyildi:
- Niyə?
- Deyir mədəni deyil, adam ilə rəftarı bacarmır...
Gəldiyev yenə hirsləndi:
- Adə, boşlayın, mən ölüm! Nə mədəni axı? Bunu nə salmısınız aralığa!
Heç bilirsən o kimin sözüdür? Bir zaman proletariatın başından vurub
qovurdular ki, get, sənin pulun yoxdur. Kasıb gərək ayaq üstə dursun. İndi
də bu çıxıb. Yazıq fağır-füqəra danışmaq istəyəndə sinəsindən geri basırlar
ki, mədəni deyilsən. Düşmən hiyləsidir, xalis!
Qədiri dabavit elə, yaz ora! Yəni özümü əzib-büzməsəm, qızların başını
tumarlamasam mədəni - kulturni deyiləm? Yaz ora Qurd oğlunu.
Salarıq bir rayona!
- Yazmağına mən yazaram, ancaq gərək ştab ilə...
- Sən yaz!
Əmrah qalxıb qapıdan çıxanda Gəldiyevin sözünü təkrar elədi: "Ətkaz!
Ətkaz!"
Gəldiyev də çıxdı, nə fikirləşdisə, yenə qayıtdı. Qapını örtdü, bir əli
cibində, bir əli başında arxası qapıya tərəf gözlərini yarıyummuş
262
halda bir xeyli dayandı. Ağaca yığılan sərçələri pəncərədən gördü, saat iki
olduğunu xatırladı. Dərsin qurtarmağına az qalmışdı. Yubanmaq olmazdı.
Sanki ona bir qətiyyət gəldi, qapını çırpıb düz 41-ci otağa yollandı.
Gəldiyev bayaqdan bəri Rübabədən hayıf almağı düşünürdü. Partiya
təşkilatı adından onu çağırıb təpinmək fikrində idi. Ürəyinə gəldi ki: "Ağ
olar, bütün sinfi üzümə svidetel çəkər".
Məsələni yazıb direktora verməyi məsləhət bildi. Bu niyyət də ona əbəs
göründü, çünki direktora az-çox bələd idi.
Müəyyen bir fıkrə gələ bilmədi. Deyəsən bir qüvvə qabağını kəsmişdi.
Rübabəyə qarşı bütün tədbirləri pozan bir qüvvə onun kirdarını alır,
iradəsini qırır, heç bir şey eləməyə imkan vermirdi. Axırda qızı mehriban
danışdırmağı və beləliklə, bəlkə qəlbini ələ almağı kəsdirdi.
Tələbələr tənəffüsə çıxanda o, 41-ci otağa gəldi. Rübabə portfelini
bağlayırdı. Gəldiyev yeriyib düz onun qolundan tutdu: "Gedək", - dedi.
Rübabə onun söz deyəcəyini güman edib çıxdı. Gəldiyev öz kabinetinə tərəf
üz tutmuşdu. Rübabə dedi:
- Yenə məni hara aparırsan? Məndən sənə katib-zad çıxmaz!
Gəldiyev güldü:
- Ay qız, sən nə yaman kəmhövsələ imişsən. Kim səni katib eləmək
istəyir? Sənə sözüm var.
Gəldiyev kabinetə girib oturdu:
- Rübabə, səninlə bir söhbət kimim var. Mən hələlik səninlə kak
komsomol yox, kak yoldaş danışmaq istəyirəm. Sən razı olma ki, bir müzür
elementin üstündə təmiz adına ləkə gəlsin, Vahidi deyirəm!
Bilirsən?
Rübabə başını tovladı:
- Təvəqqə eləyirəm özünüzün yanlış yolunuzu mənə də öyrətməyəsınız.
Gəldiyev dikəldi:
- Bizim hansı yolumuz yanlışdır?
Rübabə cavab verməmiş Gəldiyev səsini ucaltdı:
- Bizim bircə yolumuz var ki, o da sosializmaya doğru gedir. Sən bu
yolun yanlış... Bilirsən nə çıxır?
Rübabə hirsindən qızardı:
- Bura bax, yoldaş Kərim, o çaxırı mənə səpmə, saxla, içərsən!
263
Gəldiyev Rübabənin hirsli vəziyyətindən vahimələndi. Əvvəlki mülayim
ahənginə qayıtdı:
- Heç kəs sənə çaxır-zad səpmək istəmir. Mən yoldaşlıq nəsihəti
eləyirəm. Borcumdur. Kak kommunist olmasa da, kak böyük yoldaş qulaq
as. Böyüklərin nəsihəti dərmandır. Özü acı olar, nəticəsi şirin.
Bunu atalar deyib.
- Atalar onu da deyib ki, ağıl yaşda deyil, başdadır.
- Demək özünü məndən ağıllı bilirsən də! Atalar özü deyib ki, qadın
ağıldan naqis olar. Saçı...
- Onu atalar deməyib!
- Bəs kim deyib?
- Məşədi İbad deyib.
- Mən bu sözə inanıram.
- Həqiqi varis atasından qalana sahib durar.
Gəldiyev Rübabənin təslim olmayacağını yəqin edəndə: ayağa durdu,
yumruğunu stola döyüb qışqırdı...
- De görüm, sən nə üçün partiya təşkilatının qoyduğu məsələyə protiv
gedirsən? Sabotaj eləyirsən? Atım səni komsomoldan bayıra?!
- Partiya təşkilatı qoymayıb, o məsələni sən qoymusan.
Gəldiyev çiyinlərini çəkdi:
- Bəs mən kiməm? Partiya işi mənə daverit elənib. Mən partiyaya bir
ziyalı kimi keçməmişəm, kənddə zəhmətkeş arasında keçmişəm.
Bu mənim qınışqam.
Rübabə onu susdurdu:
- Vələmir görmüsən? Vələmir zərərli bitkidir. Hər kəs onu görsə məhv
edər. Ancaq zəmidə sarı buğda ilə yanaşı bitəndə onu da taxıl ilə birlikdə
biçərlər, səliqə ilə dərzlər vurub xırmana gətirərlər.
Tayaya basarlar. Lap axırda, taxıl döyülüb sovrulan zaman onu külək
aparar.
- Vələmir priçom? Nə demək istəyirsən?
- Demək istəyirəm ki, inşallah, xırman vaxtı gələr.
Rübabə qapını çırpıb getdi. Gəldiyev bir müddət örtülmüş qapıya baxdı.
Bu saat oradan kiminsə görünəcəyini, yaxud Rübabənin qayıdıb üzr
istəyəcəyini gözləyirdi. Qapının bir daha tərpənmədiyini, ortalıqda sükut və
məyusluqdan başqa heç nə qalmadığını duyanda başını tərpətdi, ixtiyarsız
təkrar elədi:
- Ətkaz! Ətkaz!
264
Qədir içəri girdi:
- Salam! Deyəsən öz-özünə danışırsan? Yoxsa qaz əti könlünə düşüb?
- Eh, işdən-gücdən baş ayılır ki... Budur, bax xirtdəyəcən...
Gəldiyev əvvəl iş qovluğunu göstərdi, sonra şəhadət barmağını
xirtdəyindən elə çəkdi ki, ülgüc olsaydı, çoxdan boğazı üzülmüşdü.
- Kərim, sənə bir işim düşüb axı: "Gənc işçiyə" bir şeir vermişəm,
haçandandır buraxmırlar. Sən allah, gedək katibin yanına, sən desən soyuq
baxmaz. Səni tanımamış olmaz. Deynən bizim adamdı!
Gəldiyev papağını başına atıb qalxdı:
- Bizə yazdığın şeirlərdən çox fayda çıxdı elə...
- Balam, şair köpəkoğlu neyləsin?! Ovsun oxumayacaq ki, sən öz babını
tapmamışdın.
- Babımı tapsam daha sənin şerin nəyimə lazım idi...
- Baxma, şeir həmişə qızın ürəyini yumşaldan şeydir!..
Qəzet katibi onları hörmətlə qarşıladı. Qədirdən əvvəl Gəldiyev başladı:
- Bizim bu gənc şairin şerini niyə ləngidirsiniz? Gənc kadrlara
qayğıkeşlik...
Katib dərhal stolun gözünü açıb, mal duası kimi uzun bir kağız çıxartdı.
Qədirə verdi:
- Bu yoldaşa oxumusan?
Gəldiyev dedi:
- Oxuyub. Məndə bədii həyəcan oyandı. - Qədirə döndü: - Nə təhər
başlanır, yadımdan çıxıb.
Qədir əzbərdən dedi:
Ey günəş ölkəsi, həbəş ölkəsi Sərin su ölkəsi, pəpəş ölkəsi...
Geldiyev macal vermədi:
- Gözəl deyib, özü də tam bir realist kimi, olduğu kimi deyilmişdir.
Katib başını aşağı saldı, sonra Qədirin üzünə baxdı.
- Özün bilirsən ki, Həbəşistanı İtaliya imperialistləri alıblar.
Gəldiyev dedi:
- Alanda nə olar? Lap gərək indi çap eləyək! Görsünlər ki, bizim kömək
əlimiz dünya revolyusiyası...
265
Katib güldü:
- Kömək lazımdır, Qədirin şeri ilə yox!
Gəldiyev mübahisəyə girişdi:
- Səhv edirsiniz. Bizim hər bir vətəndaşımızın, hər bir gəncin səsi
gərək...
Katib ayağa qalxdı, hərifın öz dili ilə danışmağa məcbur oldu.
- Qədir yoldaş, sağlıq olsa, dünya revolyusiyasına qədər bu şeri yaxşı-
yaxşı düzəldər, onda baxarıq.
Qədir etiraz elədi:
- Gec olar, canım!
Katib onun üzünə mənalı baxdı:
- Necə, dünyada revolyusiya gec olacaq?
Gəldiyev özünü itirdi, Qədirə döndü:
- Nə danışırsan, - dedi, - ədə! Siyasi səhvə yol verirsən. Şairlərin bir
vinti boş olar deyərlər, sənin heç deyəsən vintin yoxdur. Gəl! Gəl!.. Qədir
şeri qoltuq cibinə qoyub çıxanda, Gəldiyevə gileyləndi:
- Əcəb köməyin dəydi!
- Balam, firqəçi nə eləsin?! Ovsun oxumayacaq ki... Sən də sənətini
tapmamısan.
Qədir yolun ortasında dayanıb, Gəldiyevə baxdı:
- Deməli, hayıf alırsan?.. Əvəz çıxırsan məndən, a yalançı dost?!
Dostları ilə paylaş: |