Microsoft Word mm cavab az imtahan docx



Yüklə 381,89 Kb.
Pdf görüntüsü
səhifə39/46
tarix09.11.2022
ölçüsü381,89 Kb.
#68159
1   ...   35   36   37   38   39   40   41   42   ...   46
mm cavab01az

43.Dezinfeksiyanın növləri, onun aparılması üsulları və vasitələri 


Dezinfeksiya və yoluxucu xəstəlik törədicilərinin zərərsizləşdirilməsi adamları 
ə
hatə edən mühitdəki yoluxucu xəstəlik törədən mikrobların məhv edilməsinə 
yönəldilmiş xüsusi tədbirlər kompleksidir. 
Dezinfeksiyanın xüsusi növləri sayılan dezinseksiya buğumayaqlı həşəratın və 
gənələrin bu yoluxucu xəstəlik yayıcılarının məhv edilməsinə, deratizasiya isə 
epidemioloji cəhətdən təhlükə törədən gəmiricilərin məhv edilməsinə deyilir. 
Dezinfeksiyanın – profilaktika dezinfeksiyası, cari dezinfeksiya və son 
dezinfeksiya növləri olur. 
Profilaktika dezinfeksiyası yoluxucu xəstəliklərin baş verməsi və ya ümumi 
istifadə olunan əşyalar vasitəsilə yoluxmanın keçməsi imkanlarının qarşısını almaq 
məqsədilə aparılır. Südün qaynadılması, çirkab suların, zibilin, ümumi istifadə 
yerlərinin, xəstəxanalarda alt və üst paltarların, qatarlarda yataq ləvazimatının 
müntəzəm surətdə zərərsizləşdirilməsi belə tədbirlərdəndir. 
Cari dezinfeksiya – xəstənin yatağı yanında yoluxmanın yayılmasının qarşısının 
almaq məqsədilə keçirilir (xəstənin ifrazatını və ondan yoluxan əşyaların 
zərərsizləşdirilməsi və s. kimi tədbirlər). 
Son dezinfeksiya yoluxma ocağında xəstə təcrid ediləndən, xəstəxanaya 
qoyulandan, sağalandan və ya öləndən sonra yoluxma ocağını xəstəlik törədicidən 
tam surətdə təmizləmək məqsədilə keçirilir.
Göstəricidən asılı olaraq dezinfeksiya işləri mexaniki, fiziki və ya kimyəvi 
üsulla və zərərsizləşdirmə vasitələrindən istifadə edilməklə yerinə yetirilir. 
Mexaniki üsul – 
bina və avadanlığın yaş əski ilə silib təmizlənməsindən
otaqların 
tozsoranla 
tozdan 
təmizlənməsi, 
binaların 
ağardılması 
və 
rənglənməsindən, əllərin yuyulmasından ibarətdir. Bu vasitələrlə bina və paltarlar 
mikroblardan 50-70% təmizlənir. 
Fiziki
dezinfesksiya üsulu və vasitələri daha sadə və asandır. Bu məqsədlə günəş 
ş
üalarından, ultrabənövşəyi şüalardan, qızdırılmış ütüdən, zibilin yandırılması 
üsulundan, quru qızmar havadan və su buxarlarından, habelə qaynatma üsulundan 
istifadə olunur. 
Kimyəvi üsulda 
isə kimyəvi maddələrdən istifadə olunur. Bir sıra kimyəvi 
maddələr mikrobun hüceyrələrinə məhvedici təsir göstərir. Aşağıdakı sadalanan 
maddələr dezinfeksiya üçün daha geniş istifadə olunur. 

Yüklə 381,89 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin