Microsoft Word s?may?kitab?sas doc


partiyaları az yer aldalır. Əmək haqları artırıldı, xırda



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə55/76
tarix19.05.2023
ölçüsü1,29 Mb.
#116780
növüDərs
1   ...   51   52   53   54   55   56   57   58   ...   76
avropa-v-amerika-lklrinin-n-yeni-tarixi-mustafayeva-smay-mmmd-qz-2023-05-16


partiyaları az yer aldalır. Əmək haqları artırıldı, xırda 
fermerlərin gəlirlərinin artırılması proqramı qəbul edildi. 
İşsizliyə və xəstəliyə görə müavinət müəyyən edildi. Qadın və 
kişilərə bərabər əmək haqqı, çoxuşaqlı ailələrə yardım 
verilməyə başlandı 
Bu vaxta qədər mövcud olan 4 partiyalı hökuməti 1945-ci 
ilin iyulun 20-də birpartiyalı sosial-demokrat hökuməti əvəz 
etdi. Hökumətin başında İSDP-nin lideri P.A.Xanson dururdu. 
1946-cı ilin payızında onun ölümündən sonra Sosial-demokrat 
partiyasının lideri Taqe Erlander baş nazir oldu. Müharibədən 
sonrakı ilk illərdə bir sıra islahatlar, o cümlədən, qocalığa, 
xəstəliyə görə pensiya, aşağı maaşlı dövlət qulluqçularının 
əmək haqqı artırıldı, səmərəli vergi siyasəti keçirildi, mənzil 
tikintisi artırıldı, 10 ha-dan az olmayaraq fermerlərə torpaq 
verildi. 
1948-ci il seçkilərindən sonra yenə də sosial-demokrat 
hökuməti təşkil edildi. Lakin bu dövrdə daxili və beynəlxalq 
mühafizəkar qüvvələrin təzyiqi altında silahlanma da gücləndi. 
İsveçin xarici siyasəti ilk əvvəl bloklara qoşulmamaq 
xəttinə əsaslanırdı. O ABŞ, Norveç, İngiltərə, Danimarka ilə 
yaxşı münasibət yaratdı. İsçevin Almaniyanı müdafiə etməsi, 
bir çox hərbi cani qaçqınların öz ərazisində yaşamasına icazə 
verməsi Sovet-İsveç münasibətlərini pisləşdirdi. 1946-cı ilin 
yay-payızında Sovet-İsveç danışıqları nəticəsində uzun 


329
müddətli kredit sazişi bağlandı. İsveç SSRİ-yə 1 milyon kron 
kredit verdi. Bu sovet bazarının açılmasına və işsizlərin çıxıb 
getməsinə şərait yaratdı. İsveç həmçinin İngiltərə, Norveç, 
Danimarka, Finlandiya, Hollandiyaya 4 milyon kron kredit 
verdi. 1946-da o, BMT-yə daxil oldu. İsveç Avropa şurasına, 
Avropa kömür və polad birliyinə də daxil oldu ki, bu da onun 
«Qərb dünyası» ilə əlaqəsini göstərirdi. 
İsveç XX əsrin 50-60-cı illərində. İsveç «soyuq 
muharibə» dövründə çox böyük gəlir əldə etdi. ABŞ-ın 
Koreyadakı müharibəsi İsveçin hərbi sənayesinə stimul verdi, 
ixrac artdı. Əgər 1946-cı-1950-ci illərdə topdansatış milli 
məhsul 44% artmışdırsa, 1960-cı ildə bu rəqəm 60%-ə qalxdı.
Dövlət-ishisarçı kapitalizmin mövqeyi gücləndi. Onun 
əsas nümayəndələri Vandenberq, Yunsonov, Bonerov, 
Brustyomov, Vener-Qrenov ailələri idi. Qulluqçuların xüsusi 
çəkisi 50-ci illərdə 34% artdı. Sahibkarların sayı 25% azaldı. 
Bu istehsalın mərkəzləşməsi və təmərküzləşməsi ilə əlaqədar 
idi. 
İqitsadi yüksəliş ilk növbədə maliyyə oliqarxiyasına iri 
gəlir gətirdi. Zəhmətkeşlərin vəziyyəti də bir qədər yaxşılaşdı. 
50-ci illərlə real əmək haqqı 35% artdı. 60-cı illərdə sənayedə 
saathesabı əmək haqqı 2 dəfə artdı. Zəhmətkeşlərin mənafeyi 
naminə bir sıra sosial tədbirlər həyata keçirildi. 
İsveç hökumətinə başçılıq edən sosial-demokratların 
mövqeyi gücləndi. 1951-ci ilin payızında sosial demokratlarla 
Kəndli ittifaqı partiyası (qırmızı yaşıl koalisiya) ikipartiyalı 
koalisiya yaratmaq haqqında razılığa gəldilər. Onlar istehsalın 
ayrı-ayrı sahələrinin milliləşdirilməsindən imtina etdilər. Xarici 
siyasət sahəsində hər iki partiya bitərəfliyi müdafiə etdilər. 
Erlander hökuməti yenə də əvvəlki siyasətini davam 
etdirirdi. İsveç həmkarlar İttifaqı Mərkəzi Birliyi və sahibkarlar 
İttifaqı əmək haqqı şkalasının artmasını dayandırdı. 1951-ci 
ildə üçhəftəlik pulu ödənilən məzuniyyət verildi. 1955-ci ildə 
xəstəliyinə görə sığorta verildi. İsveç özünün şərq 


330
yarımkürəsində dəmir filizi yataqlarının milliləşdirilməsi 
haqqında qanun qəbul etdi. 1957-ci ildən 45 saatlıq iş həftəsi 
tətbiq edilməyə başladı. Əməyə görə pensiya məsələsi ilə 
əlaqədar 1957-ci ilin oktyabrın 13-də referendum keçirildi. 
1957-ci ilin oktyabrında aqrarilər hökumət koalisiyasından 
çıxdılar, sosial-demokratlar birpartiyalı hökumət təşkil etdilər. 
1957-ci ilin sonu 1958-ci ilin birinci yarısında İsveçdə 
iqitsadi vəziyyət pisləşdi. İqtisadi və siyasi böhran başlandı. 
1958-ci ilin aprelin 25-də riksdağın ikinci palatası pensiyalar 
haqqında qanun layihəsini qəbul etməkdən imtina etdi. Bundan 
sora Erlander hökuməti riksdağı buraxdı və yeni 
növbədənkənar seçkilər təyin etdi. Sosial demokratlar yenə 
əksəriyyət qazandılar. 1958-ci ilin mayında pensiya haqqında 
qanun əksəriyyət səslə qəbul edildi. Bir sıra sosial tədbirlər
həyata keçirildi. Sosial təminat haqqında qanun qəbul edildi. 
Doqquz illik təhsil məcburi oldu. 1963-cü ildən 40 saatlıq iş 
həftəsinə keçildi. 1964-cü ilin yanvarından çoxuşaqlı, aşağı 
təminatlı ailələrə müavinat iki dəfə artırıldı. Yarımmilyon 
qulluqçunun maaşı 5% artırıldı. 1968-ci ildən pensiyalar da 
38% artırıldı. Bununla bərabər, daşınmaz əmlakı 100 min 
krondan çox olanlara vergilər də artırıldı. Bu tədbirlər sosial- 
demokratların nüfuzunu artırdı. 1968-ci ildə keçirilən 
seçkilərdə yenidən sosial demokratlar 50 % səs aldılar. 
1969-cu ildə Erlander istefaya getdi. Hökumətə və 
Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin