372
fəhlələrin sayı 10% azaldı. 1975-ci ildə işsizlərin sayı 26 minə,
qismən işsizlərin sayı isə 137 minə çatdı. 100 min xarici
vətəndaş işini itirərək 1975-ci ildə İsveçrəni tərk etdi.
Qiymətlər qalxdı, inflyasiya gücləndi. İsveçrə çox çətinliklə
1974-1975-ci illərdə iqtisadi böhrandan çıxa bildi. 70-ci illərin
ikinci yarısında ölkədə iqtisadi inkişaf ləng gedirdi.
İqtisadi böhranla əlaqədar olaraq 1974-1975-ci illərdə
hökumət bir sıra qanunvericilik aktları işləyib hazırladı və
onlar parlament tərəfindən bəyənildi. Sosial təminat üçün
ayrılmış dövlət xərcləri ixtisar edildi, vergilər artırıldı. Bu isə
tətillərə gətirib çıxartdı. Həmkarlar ittifaqları hökumətin bu
siyasətini kəskin tənqid etdi. 1974-cü ilin dekabrın 8-də ölkədə
dolayı vergilərin artırılmasını nəzərdə tutan maliyyə islahatı ilə
əlaqədar referendum keçirildi. Ölkə əhalisinin əksəriyyəti bu
islahatın əleyhinə olduğunu bildirdi. 1976-cı ildə zəhmətkeş-
lərin təzyiqi altında hökumət 12 aydan 18 aya qədər qismən
işsiz qalanlar üçün müavinatın ödənmə müddətini uzatdı. 1978-
ci ildə keçirilən referendumda əhali qocalığa və şikəstliyə görə
təminatı yaxşılaşdırmaq haqqındakı tədbirləri bəyəndiyini
bildirdi.
70-ci illərdə İsveçrə əmək partiyasının və Kommunist
Dostları ilə paylaş: