Microsoft Word Yeni kitab A5-son docx


  yətlə yanaşmaq səriştəsi, dil səlisliyi hiss olunur. Leyla Şəri-



Yüklə 1,61 Mb.
Pdf görüntüsü
səhifə21/125
tarix30.12.2021
ölçüsü1,61 Mb.
#23359
1   ...   17   18   19   20   21   22   23   24   ...   125
44 
yətlə yanaşmaq səriştəsi, dil səlisliyi hiss olunur. Leyla Şəri-
fova, Qismət, Leyla Hüseynova  və bir çox başqa yazarların 
tərcümə elədikləri mətnlər qənaətbəxş hesab edilə bilər. Təbii 
ki, bu tərcümələr də müəyyən xətalar və dil qüsurlarından xalı 
deyil. Onlar üzərində bir balaca dayanaq. Məsələn, Leyla Şəri-
fovanın O.Henridən çevirdiyi “Purpur paltar” hekayəsinin 
tərçüməsində belədir:  Saat beşdə o, purpur paltarda küçədə 
gəzirdi. Yağış gücləndi və düz istiqamətdə güclü külək də 
əsirdi. Insanlar çətirlərlə  və  bərk bağlanmış plaşlarla evə, 
maşınlara tələsirdi. Onların çoxu bu gözəl, sakit, xoşbəxt, 
nurlu baxışlı purpur paltarda yağış altında sanki yay vaxtı 
bağda gəzən qıza baxırdı. (Bakı, 2010, səh.53) Zənnimcə, son 
cümlə belə olsaydı, cümlə daha səlis alınar, fikir daha bitkin və 
mənalı  təsir bağışlayardı.: ”Saat beşdə o, purpur paltarında 
küçədə gəzirdi. Yağış gücləndi və düz istiqamətdə güclü külək 
əsməyə başladı. İnsanlar çətirlər və bərk bağladıqları plaşlarla 
evə, maşınlara tələsirdilər. Onların çoxu bu gözəl, nurlu 
baxışlı, sakit və xoşbəxtcəsinə sanki yay vaxtı bağçadaymış 
kimi yağış altında gəzən purpur paltarlı qıza baxırdı.” Təbii ki, 
hər bir mətnin araya-ərsəyə  gəlməsində müəllif  əziyyət çəkir. 
Lakin o, bu prosesi elə mükəmməl və peşəkarcasına başa 
vurmalı, fikri elə səlis cilalamalıdır ki, oxucu bu əziyyəti hiss 
eləməsin. Yəni” bu prosesdə doğma dilin imkanlarından 
yaradıcılıq yolu ilə elə istifadə edilməlidir ki, “dil maneəsi” 
deyilən divar hiss edilməsin, müəllifin fikir və duyğuları 
buxovlanıb qalmasın, müqabil dilin axar-baxarında öz təbiiliyi-
ni və orijinallığını qoruyub saxlaya bilsin.” (B.Nəbiyevlə 
müsahibə. “Ədəbi tənqid” jurnalı, 1992, N-1, s.21)  
Bu baxımdan, kitabda yer alan Qismətin tərcümələri mənə 
daha səlis və maraqlı  təsir bağışladı. Xüsusilə, onun Edqar 

Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin