Microsoft Word Yeni kitab A5-son docx


Podan çevirdiyi “Liman qırıntıları”,  Şekspirin “Qorxu-



Yüklə 1,61 Mb.
Pdf görüntüsü
səhifə22/125
tarix30.12.2021
ölçüsü1,61 Mb.
#23359
1   ...   18   19   20   21   22   23   24   25   ...   125
Podan çevirdiyi “Liman qırıntıları”,  Şekspirin “Qorxu-
ram”, Herman Hessenin “Bütün ölümlər” kimi şeirlərinin 
tərcüməsində orijinalın keyfiyyəti,  şerin ruhu, ətri duyulur. 
Qismət ilk növbədə, tərcümə elədiyi  şeirdəki poetik yaşamı, 
obrazlılığı oxucuya çatdıra bilir, sözün sirayət gücünü birbaşa 
hisslərimizə yeridir. Məsələn, onun Xorxe Luis Borxesdən 
etdiyi “Anlar” şeirinin tərcüməsinə diqqət edək: 


45 
...Anlar, sadəcə anlar. Siz də anı yaşayın. 
Hər yerə özüylə su, çətir və paraşüt  
 
   götürməmış 
   getməyən insanlardanam mən. 
Yenidən başlaya bilsəydim əgər heç nə    
 
 
 
daşımazdım.  
Əgər yenidən başlaya bilsəydim,  
Yazda çarıqlarımı vızıldadıb atardım. 
Və payız bitənə qədər yeriyərdim çılpaq    
     ayaqlarla.(səh.75) 
 
Mən ilk oxunuşda düşündüm ki, bəlkə mütərcim buradakı 
“vızıldadıb” ifadəsini, bir başqa, deyək ki, “qolazlayıb”sözü ilə 
əvəz eləsəydi fikir daha samballı təsir bağışlayardı. Amma şeiri 
bir də oxudum, ondakı  məna siqləti mənə sirayət etməyə 
başladı, özümü hər  şeydən beşmiş, yorulmuş insanın, həyatın 
yalnız xoş anlarının mahiyyətinə varıb onun dadını çıxarmağa 
təşnəli olan şairin yerində hiss elədim, duydum ki, ömrün sizif 
yükünü boşaldıb yüngülləşmək istəyən kimsə elə  əynindəkini 
də uşaq çılğınlığı ilə vızıldadıb atmağa qail olar. 
Bir amili də xüsusi qeyd etmək istəyirəm. Çağdaş  ədəbiy-
yatımızda tərcümə sahəsində böyük məhsuldarlıq, dinamika 
hakim olub. Amma burada da diqqətli olmalıyıq, çalışmalıyıq 
ki, bu polifoniyada xam püxtəni, qrafoman istedadı, həvəskar 
peşəkarı üstələməsin. Bir məsələyə - oxucuya “kimi və  nəyi 
ötürməyimizin vacibliyi” məramına da məsuliyyətlə yanaşma-
lıyıq. Oxucunu elə informasiya məkanına daxil etmək lazımdır 
ki, o, bu məkandan əli dolu, zehni zəngin çixa bilsin. Məsələn, 
klassik  ədəbiyyatımızın tərcüməsi ilə  əlaqədar 2008-ci ildə 

Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin