Microsoft Word Yeni kitab A5-son docx



Yüklə 1,61 Mb.
Pdf görüntüsü
səhifə25/125
tarix30.12.2021
ölçüsü1,61 Mb.
#23359
1   ...   21   22   23   24   25   26   27   28   ...   125
 
 
 
                                                 
*
  Məruzə 2010-cu ildə AMEA Nizami adına  Ədəbiyyat  İnstitutunda 
səsləndirilib. 
 


47 
 
 
 
 
 
 
 
 
 
POEZİYA VƏ ZAMAN 
 
 


 
48 
 
 
 
 
 
 
 
 
 
 
 
Çağdaş poeziyamızın ümumi mənzərəsini 
səciyyələndirən imzalar və  gərgin üslubi axta-
rışlar, hələ yalnız bədii-estetik təcrübə xarakteri 
daşıyan şer nümunələri çalarlı və rəngarəngdir. 
Bu numunələrin ədəbi fakta, yaxud əksinə, ömrü 
gödək qumbulağa çevriləcəyini isə zaman göstə-
rəcək. O zaman ki, söylənən bütün fikir və müla-
hizələrə  rəğmən son nöqtəni həmişə özü qoyur.
 
 
 


49 
“YENİ ŞEİR” SİNDROMU VƏ  
BƏDİİ-ESTETİK DƏYƏRLƏR 
 
Keçmiş donuq bir zaman olsa da, «təcrübələr məxəzi»(Şarl 
Bodler) kimi önəmlidir və bir-biri ilə  əlaqəsi, bağı (bağlılığı) 
qırılmayan sistem vahididir. Bu mənada poeziyamızın çağdaş 
mənzərəsini yaratmaq bütövlükdə üçüncü minilliyin əvvəllə-
rində, bəlkə bir qədər də ondan əvvəl formalaşan poetik də-
yərlər sisteminə  nəzər yetirmək, onda təşəkkül tapan yeni 
tendensiya və təmayüllərin davamını izləmək deməkdir. 
Yaranmış  əlverişli  şərait nəticəsində çap olunan saysız-
hesabsız  şer kitabları  həmin illər poeziyasının ümumi görün-
tüsündən narazı olmağa  əsas vermir. Bura eyni zamanda il 
boyu müxtəlif qəzet və jurnallarda, həmçinin  İnternet sayt-
larında yer alan saysız hesabsız şeir nümunələrini gəlsək daha 
böyük göstərici alınar. Lakin bizə  təbii ki, kəmiyyət yox, 
keyfiyyət gərəkdir. Elə yaradıcılıq faktı gərəkdir ki, onlar yeni 
dünyagörüş, çağdaş  bədii düşüncə  və poetik üslubun ifadəçisi 
olmaqla bərabər özündə  mənsub olduğu zamanın hərəkət 
ritmini daşıya bilsin. Bu konteksdə yanaşsaq, deyə bilərik ki, 
haqqında danışmağa  əsas verən bədii nümunələr yuxarıdakı 
statistik göstəriciyə uduzur. 
 
* * * 
Bütün dövrlərdə poeziya müxtəlif nəsillərin birgəliyinin, 
məcmusunun təzahürü olaraq bütöv və mütəşəkkil görünə bilib. 
Müasir poeziya politrasının yaranmasında bütün nəsillərdən 
olan fərdlər iştirak ediblər. Əlbəttə, bu iştirak bir qism şairlərin 
ənənəvi-realistik, lirik-romantik üslubda yazdıqlarını  dəyər 
qismində prosesə qatmağı, bir qisminin isə zamanla uzlaşmağa 
can ataraq poetik güclərini, nəfəslərini yeni ritmə kökləməsilə 
əyaniləşir. Yeni dövrün poeziya nümunələrinin bədii təsvir 
predmetləri bunlardır: a) Tanrı, məşhər günü, səmavi düşün-
cələr insanın təklikdən, tənhalıqdan təcrid olunub ali mütləq 
həqiqətə çatmaq üçün üz tutduğu müqəddəs mehrablardır; b) 


 
50 
azadlıq, hürr duyğuları, müharibə ovqatı, vətənpərvərlik ide-
yalarının təbliği  şeirimizin patriotik qolunu səciyyələndirən 
başlıca amillərdir; c) ağac, quş, kəpənək, çiçək, daş paklıq və 
təmizlik rəmzi kimi ruhun katarsisinə rəvac verən simvollardır; 
d)  ənənəvi sevgi, məhəbbət mövzuları da öz yerində. Qeyd 
edim ki, bu mövzular işlənmə, bədii təsvir predmetinə çevrilmə 
üsullarına görə yaşlı  və cavan şairlərimizdə eyni formada 
təzahür etmir. Eyni predmetə yönələn baxış müxtəlif, polifonik 
spektrli olur. Əslində  mən mətnə münasibətdə yaş bölgüsü 
aparmağın, materialı yaş senzinə görə qiymətləndirməyin əley-
hinəyəm. Ən azı ona görə ki, Vaqif Səmədoğlunun bir şeirində 
deyildiyi kimi «yoxdur yer üzündə qocalıq, yoxdur»- fikri 
xüsusən poeziyaya münasibətdə mənim üçün daha əhəmiyyət-
lidir. Fəqət çağdaş  şer nümunələri ilə tanışlıq, predmeti bədii 
mənalandırma səciyyəsinə görə  fərqli baxışları ortaya qoyur, 
bədii məhsulu  ədəbi nəsillər üzrə  təsnif etmədən dəyərlən-
dirməkdə bir məhdudluq yaradır. Ədəbi nəsillər arasındakı fərq 
sadəcə yazı manerasının, düşüncə  tərzinin, fakta, gerçəkliyə 
yanaşma üsulunun səciyyəsindədir. Məsələn, yaşlı  nəsildə  hə-
yata daha çox retrospektiv baxış, nostalji hissi güclüdür. Yenə 
də  kənd həsrəti, yurd itgisi ağrıları, ailə-məişət qayğıları, adi, 
gündəlik həyatın yaşantıları, sosial-siyasi problemlərin təsviri 
və s. hisslər burada aparıcıdır. Onların  şeirlərinin adları artıq 
bunu deyir: «Nostalji» (Ç.Əlioğlu), «Retro» (S.Məmmədzadə) 
və s. Hətta o qədər də yaşlı olmayan Çingiz Əlioğlunun şeirlə-
rində belə yaşın yorğunluq mübtəlası: 
 
İşimdən, gücümdən gəl qoyma məni, 
Məndə vaxt hardandı, söz güləşdirəm. 
Yaş o yaş deyil ki, payız şum əkib, 
Yazda başşaq yığam, boş küləş dərəm.  
 
yaxud ruhun xatirəyə dönmək sevdası özünü ələ verir: 
 


51 
Şeir xudam, mən bəndə! 
Şairdən söz düşəndə 
Yada salın ki, mən də 
Nəsə, nəsə yazmışam.  
 
Gənc  şairlərdəsə zaman daha çox “indi” şəklində  təzahür 
edir. Bu şairlərin içindən keçdikləri (keçirdikləri) zamanın üz-
ləşdirdiyi fəci və dramatik situasiyalar, yaşatdığı sosial-siyasi 
probiemlərin mənəvi-psixoloji aləmdə yaratdığı  təbəddülatlar 
belə onlara yeni dəyər, yeni oriyentir axtaran varlığın sabaha, , 
çağdaşlığa çıxışı, yeniləşən dünya və “mən” obrazının yaradıcı 
təfəkkürdə fərqli inikası üçün lazım olur. Xaqani Hasda, Kənan 
Hacıda, Anar Həbiboğluda, Cavidanda, Alovda deformasiyaya 
uğramış,  ənənəvi məzmununu itirmiş yaddaş lövhələrinə yeni 
dil və boya qatılır.  
 
* * * 
Bü gün bəlkə  də yaşadığımız zamanla, üzləşdiyimiz tarixi 
faciələrlə əlaqədar olaraq vətən, torpaq azadlığı mövzusu şair-
dən daha çox diqqət, yaşam, mənalandırma tələb edir. Amma 
Azərbaycan mətbuatında bu mövzunun illərdən bəri çeynən-
məsi, ucuz təqdimatı, bayağı və şit formada ifadəsi azarı özünü 
tükətmir ki, tükətmir:  
 
Dar günün olmasın vətən, 
dar günün infarktımdı. 
dirigözlü ölümümdü. 
Yaranandan çoxlarının 
gözünə miss gülləsisən, Vətən. 
mənimçünsə həmişə 
gülsən, çiçəksən. 
Başına gələnlər 
Güllüyünnən, çiçəkliyinnən gəlir.  
Kimdir qanqala – qaratikana baxan 
Qaratikan elə qaratikandı, 
Gülə-çiçəyə calasan da. 
 
 
 
 
 
(Xeybər Göyallı) 


 
52 
Vətənə ünvanlanmış bu şeirin  əsasında hansı yeni poetik 
yaşam var? Deyək ki, bu mövzuda M.Arazın, B.Vahabzadənin, 
N.Həsənoğlunun, H.Kürdoğlunun kifayət qədər həssaslıqla 
yazdıqlarına əlavə nəsə artıra bilirmi? Bu müəlif sanki unudub 
ki, vətəni yaşadığı dar günlərin fəci nəticələri ilə üz-üzədir və 
bu məqamda vətənə ucuz gözəlləmə yazmaq yox, onun qan 
yaddaşını- Qarabağ  dərdini bədii sözün predmetinə çevirmək 
lazımdır, həm də layiqincə. Daha bir nümunə: 
 
Zaman bizi qınamazmı! 
Haydı, millətim oyanın, 
Daha yetər əsir olmaq, 
Şərəfsizlik yetər, yetər 
Torpağı əsir olana 
Yaşamaq ölümnən betər. 
 
Bu sətirlərin müəllifi- Vahid Aslanın «Ulduz» jurnalının 
yeddinci sayında çap olunmuş silsilə  şeirləri Azərbaycanın 
bütün rəmzi dəyərlərinə – torpağına, bayrağına, əsgərinə, Qara-
bağ şikəstəsinə, habelə Xocalı faciəsinə, türk-Azərbaycan mü-
nasibətlərinin vəsfinə  həsr olunub. Amma nə yazıq ki, bunca 
şeir arasında oxucunu tutan, yeni bir məna ifadə edən bircə 
misra da tapmaq olmur. Bu və bu kimi şeirlər bayağı sözdən, 
taftologiyadan o yana gedə bilmir.  
Eləcə də bir çox başqa nümunələrdə Tanrıya asilik, taledən 
şikayət halları əvvəlki monotonlugu ilə davam etməkdədir.  
 
Həyatım qəmə bürünüb, 
İmtahana çəkmə məni. 
Taleyimdə xoş gün yoxdur, 
Qəm-qüssəyə bükmə məni. 
 
«Ulduz»un üçüncü sayında çap olunan müəllifin – Gülşən 
Behbudqızının bütün şeirlərinin ovqatı bu cür minor motivlər 
üzərində köklənib, müəllifin  şəxsi kədərini, mənəvi –psixoloji 
durumunu sərgiləyir: 


53 
Tanrım, bu həyatda nə dadmışam ki, 
Saxlaya bilmirəm göz yaşımı da. 
Taleyim alnımda qara yazıdı, 
Düzü unutmuşam göz yaşımı da. 
 
Xoş günə həsrətəm, hərə mən yazıq, 
Ruhum bir ağacdır yarpağa həsrət. 
İçim də dəniz tək çalxanır hər gün 
Gözümü açdığım torpağa həsrət. 
 
Mən həmişə belə  şeirləri oxuyanda onun yazıya alınma 
prosesindən çap prosesinə  qədər olan mərhələni göz önündə 
canlandırıram. Təsəvvür edin, kimsə  qəmli, kədərli anında, 
taleyin ondan üz dündərdiyi məqamlarda içini (oxu: içini saran 
ağırlığı) vərəqlərə tökür, ağlıyıb ürəyini boşaldır. Yüngülləşən-
dən sonra yazdıqları özünə xoş gəlir və o belə qərara gəlir ki, 
onları çapa verib bu dəfə oxucuların aurasını ağırlaşdırsın. Poe-
ziyanı  xırda, fərdi hisslərin, cılız yaşantıların  əsiri olmaqdan 
azad edib üfiq aydınlığına, nəfəs genişliyinə yetirmək lazımdır. 
Yoxsa Əziz Musa adlı müəllifin şeirində olduğu kimi: 
 
Bu dərdlə, bu kədərlə, 
Mənim başımı qatma. 
Mən də sənin bəndənəm 
Allah, məni unutma.- 
 
deyib illər boyu poeziyanın içini, oxucuların gözünü yağır 
etmiş fikirlərlə ah-uf etmək yaramaz. Belə  məqamda istedadlı 
şairə Nisəbəyimin bu misraları lap yerinə düşür: 
 
Dərk etmədiyiniz haqla, 
Çəkə bilmədiyiniz ahla, 
Bağışlanmayan günahla, 
Allahı incitməyin. 
 


 
54 
Təəssüf ki, bu cür epiqonçu şeirlər müxtəlif qəzetlərdə çap 
olunmaqla bərabər «Azərbaycan» və «Ulduz» jurnallarına da 
yol tapır. Dəfələrlə deyilib, yenə deməyi vacib bilirəm ki, bu 
işdə redaksiya heyətinin üzərinə böyük məsuliyyət düşür. Neçə 
onillik tarixi təcrübəsi olan «Azərbaycan», «Ulduz» jurnalla-
rının bu məsələdə laqeydliyi, qeyri-tələbkarlığı, zəif  şeirlərə 
güzəştə getməsi təəssüf doğurur. Jurnal bu cür şeirləri ya gör-
mür, ya da sadəcə görmək istəmir. Birinci halda ədəbi zövqü-
nü, ikincidə isə ədəbi təəssübkeşliyini şübhə altına alır. Məsə-
lən, aşağıdakı bu nümunə «Ulduz» jurnalında kimin baxış süz-
gəcindən keçib özünə yol tapıb? 
 
Gördüyüm adamlar xofludur 
Özüm də xoflu gəzirəm. 
Mənim ömrüm sahilsizdi 
Qaydalar içində üzürəm. 
 
Bu şəhər də, bu küçə də
Adamlar da xof içində. 
Sənə deyəcəklərimin gülüm 
Dadı qaçıbdı içimdə. 
 
Yaşamaqdan da qorxuram 
Elə səndən də qorxuram. 
Sənnən yaman nigaranam 
Ömrüm-günüm hey, sevdiciyim. 
 
Mən bilərəkdən şerin bir neçə bəndini təqdim edirəm ki, bir 
beytə, yaxud bəndə istinad edib onu kontekstdən çıxarmaqda 
suçlanmayım (Hərçənd yaxşı  şeir elə ilk bəndindən tanınır). 
Fəxrəddin Əsəd adlı müəllifin şeir adına yazdıqları isə çarəsiz-
likdən sözlə çilingağac oynatmağa bənzəyir. Müəllif özü bir 
şeirində etiraf edir: 
 



Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin