Microsoft Word Yeni kitab A5-son docx



Yüklə 1,61 Mb.
Pdf görüntüsü
səhifə28/125
tarix30.12.2021
ölçüsü1,61 Mb.
#23359
1   ...   24   25   26   27   28   29   30   31   ...   125
61 
Heca vəznində  qələmə alınan bu şerdəki səmimiyyətin, 
emosionallığın mənbəyi  şairin lirik duyğular aləminə, poetik 
ruhuna bağlılığındadır. Burada sərt metafora yaradılır, insan tə-
biətlə müqayisə olunur, təbiətlə eyniləşir və onda əriyir, itir. 
Burada təbiətin insana, yoxsa insanın təbiətə can verməyi hiss 
olunmur,insan və təbiət vəhdət halında canlı və qüdrətli obraz 
səciyyəsində təcəssüm olunurlar.  
Ç.Əlioğlunun “Ən böyük sevgim” şerində isə müəllifin mə-
nəvi axtarışlarının digər təzahürlərinə  şahid oluruq. Doğma 
dilimizə sevgi və mühafizəkarlıq, onu milli varlığımızın  əsas 
yaşam göstəricisi kimi dəyərləndirmək hissi lirik “mən”in 
yaşadığı ən qüvvətli və səmimi hisslərdəndir: 
 
Zaman, axan nəhr, bərəçi mənəm,  
Səndən-sənə yolda bələdçi mənəm. 
Havan avazımda, sədan ədamda, 
Nə qədər oxşarlıq olar adamda?! 
Hər azan sözünün, itən səsinin, 
Heç dilə gəlməyən yeni kəlmənin 
Ardınca iz tutan ləpirçi mənəm. 
Yaşa, Ana Dilim, Zindanda hətta 
Sənə zindan döyən dəmirçi mənəm! 
 
* * * 
1990-cı illərin sonlarından  ədəbiyyata eksprimentçi şeirin 
qanadında gəlmiş Narıngül, Nisəbəyim,  Əlizadə Nuri, Böyük-
xan Pərviz, Qulu Ağsəs, Həyat Şəmi və b. şairlərin şeirlərində 
estetik yaxınlıq hiss olunur. Müəyyən sosial, ictimai-siyasi ça-
larların mövcudluğuna rəğmən bu şairlərin şeirlərinin əsas sü-
tunu dekadans ovqatıdır: mənəvi təklik, özünüaxtarış, Tanrıya 
dua-yalvarış, ömrün faniliyi, puçluğu haqqında qənaətlər və s. 
Nisəbəyimin  şeirlərində  fəlsəfi notlar dünya-insan münasi-
bətlərinə, idiomalar üzərinə köklənir. Burada əbədi olmayan 
dünyaya təşnəliyin tənqidi, hissin, düşüncənin psixoloji ladda 
gərginliyi əsas göstəricidir: 


 
62 
Bu qarışıq dünyaya, 
Aşiq-məşuq dünyaya, 
Ac, bulaşıq dünyaya 
Nədir bu aludəlik 
 
Şerdəki ovqat mühakimə motivi üstdədir. Əslində buna mü-
hakimə də demək olmaz. Sadəcə insan şüuru dünyanı müəyyən 
dərk məqamına yetəndə, onun içindəki «mən» mənəvi-ruhani 
müstəviyə keçəndən sonra bütün baxış sistemi təbəddülata 
məruz qalır: 
 
Bu dünyanın yuxusuna 
Bircə dəfə gəlir adam. 
Oyananda öz əksinə  
Bircə dəfə gülür adam. 
 
Ömrün qalib olduğunu, 
Çəkənin qəlb olduğunu, 
Dünyanın qəlp olduğunu, 
Bircə dəfə bilir adam. 
 
Nisəbəyim ümumiyyətlə, poeziyada üslub özünəməxsuslu-
ğunu yaradan şairdir. Zamana, həyata və  cəmiyyətə münasi-
bətdə  fəlsəfi qənaətlərinin estetik tutumu onu digərlərindən 
fərqləndirir. Amma son zamanlar şairənin yaradıcılığında boy 
artımı, maraqlı olan nəsnənin qeyri-adiyə çevrilişi  əvəzinə 
daralma, təsir tendensiyası hiss olunur. Şeirlər poetik strukturu, 
deyim tərzi, poetik ideya və obrazlar aləmi ilə konstruksiyalı 
şeir modeli əsasında işləndiyini büruzə verir. Bu, yuxarıdakı 
şeirdə aşkar hiss olunurdu. Daha bir nümunəyə diqqət edək: 
 
Dayan indi gəlirəm 
Gözlə, yükümü yığım, 
Dağıtdım ömürdən 
Qalan tikəmi yığım. 


63 
Tənhalıqdan gözümü, 
Candan-canımı yığım, 
Qorxulardan yuxumu, 
Yerdən qanımı yığım. 
 
Zənnimcə,  ədəbi təsir yaradıcılın ilk, başlanğıc mərhələsi 
üçün qəbul ediləndir. Sonradan hər şair (təbii ki, istedadı buna 
imkan verirsə) özünə çıxmalı, iç dünyasından bəhrələnməlidir. 
Nisəbəyim başlanğıcdan özü olan, ifadə tərzi və fikrin yeniliyi 
ilə seçilən  şairlərimizdəndir. Hər halda istərdim ki, şairə bir 
neçə il öncə yazdığı bu şeirində olduğu kimi həmişə maraqlı və 
orijinal görünsün: 
 
Yaşım qədər yaşamadım, 
Hər zaman hər yerə tələsən quşlar kimi, 
Ürəyimdən çıxmağa tələsdim. 
Tələsdiyimdən 
Bir az gəncliyimə gecikdim, 
Bir az yetkinliyimə,  
Bir az qocalığıma gecikdim 
Tələsə-tələsə özümə, ömrümə  
Gecikdim. 
 
Narıngülün şeirlərində daha çox qadın dünyasının, qadın yaşa-
mının ekzistensiyası yaradılır, naturfəlsəfi məqamlara diqqət 
yönəltməklə qadının mənəvi sarsıntı və yaşantısı ictimai-psixoloji 
müstəviyə çıxarılır. Başqa sözlə desək Narıngülün lirik qəhrəmanı 
Aqşin şeirinin predmeti olan «içi şəkil dolu» qadınlardandır.  
 
Çıxıb gedəcəyəm 
Ürəyim adam izdihamı, 
Ürəyimdə sevgi izdihamı, 
Çıxıb gedəcəyəm üzü 
Qurumağa 
Sən heç 


 

Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin