Microsoft Word Yeni kitab A5-son docx



Yüklə 1,61 Mb.
Pdf görüntüsü
səhifə36/125
tarix30.12.2021
ölçüsü1,61 Mb.
#23359
1   ...   32   33   34   35   36   37   38   39   ...   125
 
* * * 
Jurnalda gənc  ədiblərin bir-neçə hekayəsi yer alıb. Bu heka-
yələrdən danışarkən mövzu paralelliyindən bəhs etmək lazımdır. 
Gənc yazarların içində bir Malena sevdası var. Təsadüfi deyil ki


 
86 
səkkiz hekayədən üçü Malena məqamına vurğuludur. C.Zey-
nallının “Qolsuz qırmızı don”, M.Mövludun “Son zəng” və 
Nahidin “Gecə saat 12-dən sonra” hekayələri mövzusunu yüngül 
sevgi hekayətləri üzərində kökləyir, yeniyetməlik dövrünün çılğın 
sevgi macəraları hekayələrdə romantik-sentimental bir pafosla 
ifadə olunur. Bu hekayələrdə gəncliyin ruhu, coşğusu ilə onların 
mənalanması arasında oxşarlıq var. Mövludda problemin poezi-
yası ehtiva olunursa, Nahiddə bu məqam fəlsəfi çalar alır. Ç.Zey-
nallıda isə problemə yanaşma sırf proza müstəvisindədir. 
Pərvinin “Fiona”, G.Eminlinin “Qəribə qız” hekayəsi qadın 
yaşamının ekzistensiyasına köklənir. Bu hekayələrdə  təklik 
mövzusu yeni təzahür məqamına yüksələ bilməsə də qadın ya-
şamının səmimi mənalanması baxımından maraqlıdır. Pərvində 
bu iç dünyaduyumunun çözümünə ayna tutursa, “Qəribə qız”da 
bu məqam “içəyıxılma”nın başqa-hamıdan fəqli yaşam ger-
çəklərinə söykənmiş tərəflərini görükdürmək, fərdi-fərqli olma-
ğa çaba etmək məqamı ilə çevrələnir.  
Jurnalda daha bir hekayə Sahilənin “Dörd plastmas ağ qab” 
hekayəsidir. Mən Sahilənin “Zemi” povestini oxuyarkən on-
dakı fərqi dünyaduyumu hiss eləmiş və müəllifin realizmindəki 
dolğun ifadəni dəyərləndirmişdim. Təbrizlə bağlı miniatür löv-
hələr, tarixi gerçəklərin, tarixin Azərbaycan məkanı üçün görk 
etdiyi taleyüklü məqamların canlı  təsvir olunması bu yazarın 
düşüncə hüdudlarının genişliyini sərgiləyirdi. Hələ bir qədər də 
əminliklə deyim ki, Zemi bizim ədəbiyyatımız üçün yeni qadın 
obrazı idi, düşüncə  mədəniyyəti, həyata yanaşma və yaşam 
fərqliliyi ilə. Sahilənin “Dörd plastmas ağ qab” hekəyəsində isə 
predmet başqadır: dünyasını dəyişən bir qızın orqanlarının ona 
ehtiyacı olan dörd şəxsə köçürülməsi və bu situasiyada atanın 
kövrək duyğuları, acı nisgili. Hekayə dünya nəsrində artıq isti-
fadə edilmiş hazır model əsasında yazıldığı təəssüratı doğurur, 
müəllif daha çox bədii montaj effektindən yararlanmaqla oxu-
cunu hər addımda gərginlikdə saxlamağa, onu heyrətləndir-
məyə çalışır. Amma hekayədəki psixoligizm dərinə  işləmir, 
hekayə daha çox zahiri - sosial-ictimai məqamlara toxunub 
keçməklə, nominal səviyyə ilə məhdudlaşır. 


87 
Z.Şəfinin “Heykəltəraş” hekayəsi bəzi motivlərindən mənə 
Azər Abdullanın “Çavuş” hekayəsini xatırlatdı. Hər iki heka-
yədə müharibənin fərqli tərəfləri göstərilir, müharibə dəhşətləri 
ilə üzləşən, ön cəbhədə  vətənin müdafiəsi üçün çaba göstərən 
əsgərin evə dönüşündə üzləşdiyi gözlənilməz səhnələrin təsviri 
sərgilənir. Hərçənd “Həykəltəraş” hekayəsi daha dərin, sosial-
siyasi, bir qədər də fəlsəfi-psixoloji məqamlara toxunan mətn-
dir. Burada müharibə reallıqlarının sərt dramatizmi və psixo-
logizmi var. Hekayədə müharibədə əsir düşən, xoş bir təsadüf 
nəticəsində ondan qurtulmağa müvəffəq olan bir əsgərin  şə-
hərə, öz ailəsinin yanına qayıtdığı zaman baş verən proseslər, 
müharibənin qurbana çevirdiyi bir insanın mənəvi-psixoliji 
vəziyyəti, üzləşdiyi laqeydlik qarşısında sarsıntısı  nəql edilir. 
Yanına qayıtdığı ailəsi, vətəni üçün bu əsgər illər öncə torpağı 
uğrunda can nisar edərək şəhid olmuş milli qəhrəmandır. Mə-
lum olur ki, heç kəs, nə vətən, nə doğma ailəsi onun varlığını 
qəbul eləmək iqtidarında deyil. Daha doğrusu, onlara bunun 
belə olması sərf eləmir. Ailəsi üçün bu, xoş yaşayışı, milli qəh-
rəman ailəsi olaraq təmin olunduqları rifahı itirməyə  bərabər-
dir. Belə olan təqdirdə əsgər nə etsin, çıxış yolu hansıdır?  
Hekayədə qəhrəmanın psixoloji durumu, onun mühakimə ilə 
süslənmiş daxili monoloqları təsirli və inandırıcı verilmiş, eləcə 
də müəyyən sosial-siyasi lövhələr, müharibə illərinin Bakısı ilə 
səciyyəvi xüsusiyyətlər dəqiq ifadəsini tapmışdır: “Şəhər o biri 
üzündən xəbəri olmayan medalyon kimidi”. Əslində, hekayə-
nin ideyası başqadır, burada heykəl obrazını simvola çevirmək 
istəyi öz uğurli həllini tapmır. Deyək ki, özlüyündə çox maraqlı 
hekayə kimi alına bilən “Heykəltəraş”a müəllifin sonda təsvir 
elədiyi heykəllərlə bağlı  təsvirləri, mühakimələri bir yamaq 
kimi görünür. Yəni, burada şəhəri başına alan heykəlləşmə pro-
sesi, düzəldilən heykəllərin insanın özünə oxşamaması, mahiy-
yət baxımından insanın içi ilə tərs mütənasibliyini vurğulamaq 
əsas ideya olsa da realizəsi həllini tapmır.. Milli, sosial-ictimai 
gerçəklik nədən ibarətədir, səbəbi, dayaqlandığı məntiqi nədir-
bu hekayədə görünmür. Müəllif zahiri detallalrla işləyir, o 
qədər ki, bu zahiri həyatın üst qatından götürəndə daxili təsvir 


 

Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin