Microsoft Word Yeni kitab A5-son docx



Yüklə 1,61 Mb.
Pdf görüntüsü
səhifə32/125
tarix30.12.2021
ölçüsü1,61 Mb.
#23359
1   ...   28   29   30   31   32   33   34   35   ...   125
74 
uşaqlıq fəsli artıq yoxdur. Rojdestvenskinin məqalələrinin birin-
də belə bir fikirlə rastlaşırıq: “Uşaqlıqdan savayı deyiləsi nə var 
ki...”. Birdən birə böyümə, vaxtından tez müdrik olmağa çalışma 
sanki poeziyamıza bir ağırlıq gətirib. Abstrakt mühakimələr, 
fəlsəfi dramatizm və sərt psixologizmlə süslənmiş şairlərimizdə 
bəlkə çatışmayan nəsnə  də elə bu məqamla bağlıdır: uşaqlığın 
nağıl kimi şirin aldanışı  əvəzinə “daha nağıllara inanmayacaq 
qədər” böyüməyin anlamaq dərdi. Rus tənqidçisi Lev Annin-
skiyə görə, “Uşaqlığın hüdudlarından kənarda harmoniya yox 
olur. Uşaqlığın hüdudlarından kənarda birdən-birə abstrakt 
mühakimələr başlayır”. İndi isə, konkret təhlillərə keçək.  
Alik Əlioğlunun şeirlərində kanonik şeir təsəvvürlərini qırıb 
da fərqli duyğular vasitəsilə yeni zamanın düşüncələrinə, duru-
muna varmaq meyli qabarıqdır. Alik Əlioğlunun  şeirləri ilə 
poetik fikrimizdəki sözün sərt həqiqətləri, fakt və detalın bədii 
emosiyası bir qədər də güclənir, estetik fəallığını artırır. Bu 
gənc yazar həyatın sərt işləkləri altında təzyiqə düçar olan in-
sanları zamanın sosial-tarixi konfliktləri qarşısına gətirir və onu 
öz keçmişinə layiq şəkildə davranmağı  təlqin edir: “Atanızı 
şah, övladınızı kölə olmağa qoymayın”. Bu şeirdə  Əli insanı 
bütün psixoloji gücü ilə öz keçmişinə baxmağa sövq etdirə 
bilir. Burada mənalandırılan hadisə, predmet yalnız tarix olaraq 
qalmayıb, keçmiş səhvlərimizi təkrar etməmək, xalqın gələcəyi 
üçün narahat olmaq kimi ciddi müasir məzmun qazanır. 
A.Əlioğlunun  şeirlərində ilk baxışda, sevgi də var (məs., 
“İzabellaya yazdığım  şeir”) lirik həyat lövhələri də, cəmiyyət 
hadisələrinin seyrçi-fəlsəfi inikası da, bəşəri, planetar düşüncə 
hüdudlarının var-gəl etdiyi müstəvilər də(“Uşaq səsi”, “Yetimlər”). 
Amma hər şeydən öncə bu şeirlərdə şairin özünü təkliyi, tənhalığı: 
 
Yağışlı günlər başladı, 
Yenə küçələrin soyuq  
Görüntüsünə hoparaq, 
ağlayacağam  
Tək-tənha... 


75 
Yaxud ruhi sərgərdanlığı dayanır: 
 
Tarix kitabını eşələdim, 
Mən yox idim... 
Xəritəyə baxdım,  
tapammadım... 
ağacların dalına girdim 
budaqların arasında  
gizlənib dayandım: 
hardansa uşaq səsi gəldi, 
çıx, tapdım... 
 
O şeirlərdə ki, gənc şairin fəlsəfi düşüncələri hadisənin, pred-
metin mənalandırılmasından nəşət edir, o zaman onlardakı poetik 
yaşam da real, canlı  təsir bağışlayır.  Əks halda, müəllifin lirik 
qənaətləri mövzuya aşılanan məzmun çaları ilə bağlı olmur, belə 
məqamda müəllifin düşüncələri daha çox bəsit fəlsəfəbazlıq, mü-
hakimələr və sillogizmlər şəklində meydana çıxır.  
 
Sökük divarlardı vətən, 
Qazılmış yerdi torpaq... 
 
Soyuqqanlı qadındır ana, 
Küçələrə tökülmüş  
ölü göyərçinlərdi yollar... 
 
...Məzar torpaqdan başqa bir şey deyil, 
Şəhid də məzardan başqa... 
 
Bu gün müasir şeirdə hakim olan nəsrləşmə, nəsrdəki  şeir-
ləşmə – bu sahələrin arasında çulğalaşma, yaxud differensial-
laşma çağdaş dünya ədəbi-tarixi prosesinin prioritet xüsusiy-
yətlərindəndir. Digər bir çalarsa düşüncənın, ağıl poeziyasının 
emisionallığı üstələməyə davam etməsidir. Bu gün çağdaş şeir-
də bu iki hissin parametrlərini ayırd etmək və  şeirə onlardan 


 
76 
mütləq birinin estetik imperativləri  əsasında yanaşmaq olmur. 
Daha doğrusu, ağıl və emossionallıq, lirika və intellektuallıq 
arasındakı  təzad, fərq aradan çıxmaqdadır. Fikrimizi əsaslan-
dırmağa çalışaq:  
Elvin Bakiroğlunun  şeirləri bəşərin  əbədi sevgi, məhəbbət 
mövzusunu hədəf alır. Amma burada məhəbbətin melanxolik 
çözümü ilə deyil, cılız, bir qədər də yüngül oyun simvolikası 
ilə rastlaşırıq: 
 
Sevgiyə aid nə var- 
Pəncərədən at çölə. 
Qorxma yemərəm səni, 
Gəl bizə elə-belə. 
 
Allah bilir səhərə 
Hansı kökdə çıxarıq... 
Səni sevəcəyəmmi- 
Buna sonra baxarıq. 
 
Elvinin “Vətəndaş nigahı”, “-relax-“, “Üçüncü” adlı şeirləri 
də bu cür macəra – sərgüzəşt çözümlərinə köklənir. Ümumiy-
yətlə, bu gənclərin sevgiyə münasibətində  fərqli baxış hakim-
dir. Bu şeirlər tam gənclik illərinin gətirdiyi coşğu və onun alt 
qatından boy verən əylənmək sevdası, psevdo aşiqlik görüntüsü 
ilə təğyiri-libas olub günün müasir qəhrəmanının obrazını cız-
maq imkanı yaradır, bir növ romantik uslubla postmodern 
həzzin təmas nöqtəsi kimi doğulurlar. 
Məsələn, Vüsal Nurunun “Sevgi operetdası”  şeirinə diqqət 
edək: 
 
Mən ayağına yenəcək qədər 
İzani öpəcək qədər
Tanrı biləəcək qədər sevirəm səni 
Sevirəm səni söyəcək qədər, 



Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin