67
Həm aşiqəm,həm dərvişəm, həm dəli
Canim gözəllərin yol qurbanıdır.
Bu beytdə dədə ozanımız kamil aşiqliyin, gözələ can nisar
eləməyin sadə formulunu yaradıb. Yəni sevdiyin gözəlin yo-
lunda aşiqə, dərvişə çevrilməklə bərabər həm də dəliyə dönmə-
lisən. Bəlkə də ilk öncə dəliyə, Məcnuna dönməlisən ki, bu
səni aşiqə, dərvişə çevirsin. Çünki gözəllikdən vəcdə gəlmə-
dən, ona yetmək təşnəliyi ilə alovlanmadan yarın aşiqinə, dər-
vişinə çevrilmək mümkün deyil. M.Astanbəylinin şerindəki
dəlilik isə sevgilinin yox, həyatın, yaşamağın dəlisinə dönməyi
nəzərdə tutur və insanın ilahi mənşəyinə bağlılığı, məhrəmliyi
ilə bərabər onun yerlə, torpaqla əlaqəsini də uğurlayır. Və elə
bu məqam M.Astanbəyli şerlərinin daha bir əlamətdar cəhətini
üzə çıxardır. Bu şerlərdə türk-təsəvvüf baxışı, ilahi, mistik
düşuncə ilə gerçəkliyin təbiiliyi, ruhsal abstraksiya ilə canlı
yaşam stixiyası arasında qanunauyğun bir bağlılıq, rabitə və
sintez var. Yəni şair İlahi, Tanrı ilə əlaqəli səmavi dəyərlərə
aludəliyini, aşinalığını sərgiləməklə bərabər, bu dünyanın reali-
yasına da bir yaşam ehtirası təlqin edir. Bu baxımdan, M.Astan-
bəylinin lirik “mən”i ayağını yerdən üzmədən səmanı fəth edən,
özünü Tanrı, dünya və təbiətlə vəhdətdə dərk edən obrazdır:
Varmı xumarlandıqların
gecələrli, gündüzlərli?..
Arasında nazlıqların
Tənhalarlı, yalqızlarlı.
İçərin göy, eşiyin yer.
Er, bu yolun sonuna er!
Bir nəfəs al, bir nəfəs ver
Nanələrli, yarpızlarlı.
Çiyinsizlə daşınmağı,
Sifətsizlə oxşamağı,
Al ovcuna yaşamağı
Günəşlərli, gündüzlərli.
68
* * *
Çağdaş poeziyamızda ən son gəncliyi təmsil edən şairlərin
şerləri üçün xarakterik olan keyfiyyətlər bir-neçə istiqamətdə özü-
nü göstərir. Bunlardan biri avanqard şerin qanunları çərçivəsində,
düşüncə tərzini bu model içrə buxovlayaraq bədii təsvirə gətir-
məkdir ki, bu təmayülü təmsil edənlər üçün poetik zəmin R.Qa-
raca, M.Köhnəqala, Z.Əzəmət, Aqşin, Ş.Ağayar və b. şairlərdir.
Cəmiyyətə və dünyaya kəskin münasibət, həyat hadisələ-
rinin aqressiv formada mənalandırılması, epizmə meyl, sərt
dramatizm, hadisəçilik, süjetlilik, kəskin pafos, ironiya v.s.
Hətta ədəbiyyata yeni qədəm qoyan gənclərin- Əli Əlioğlu,
Qismət, Feyziyyə, Anar Amin, Fərid və b-nın şerlərində insan
və cəmiyyət problemlərinə münasibət sadalanan bu keyfiyyət-
lərdən yan ötmür. Bu şairlərin yazıları sosial mənzərələrin təs-
virinə açılır, sosial-ictimai təzyiqlərdən mənəvi təbəddülatlara
uğramış insanın ovqatını, ruhi sarsıntılarını sərgiləyir. Əlinin
“Gəncliyin üsyanı” şerinə diqqət edək, bunu həm də onların-
gənc eksperimentçilərin gerçəkliyə yanaşma tərzi və onu məna-
landırmaqla bağlı poetik kredosu kimi də qəbul etmək olar:
Dayandırın yağışı
Günəşi susdurun
Biz köpəkləri təpiklə vurub öldürən
Amansız adamların arasında doğulmuşuq...
Qoruyun özünüzü...
Atanızı şah,
övladınızı kölə olmağa qoymayın
Yaxud Qismətin şerinə baxaq:
Oksigensiz tunellərdə keçir ömür.
Ömür dedikləri ölümə qədərki tunel.
Ölüm-depoya gedən qatardan düşməmək kimi bir şey.
-Qardaş, düşmürsənsə icazə ver düşək...
69
Mən Vaqif Yusiflinin o fikri ilə razıyam ki, “bu uşaqlar
qaranlıqla çox əlləşirlər”(“Yolun başlanğıcı” məqaləsi.”Ulduz”
jurnalı, №5, s.11) Bu, Sovet dövründə şairdən tələb olunan
missiyanın –həyatın ancaq ağ üzünü, sevincini qələmə almaq
yeknəsəkliyinin əks formada təkrarıdır, “ələmdən nəşəyə” im-
perativinin antitezasıdır. Əlbəttə, ələm və kədəri, həmçinin sərt
və kəskin psixologizmi gənclərin keçib gəldikləri və bu gün də
içində yaşadıqları zaman diktə eləyir. Sadəcə şerin ritmini eyni
lada kökləyəndə, xüsusən həmin meyl sistemli şəkildə həyata
keçirilirsə, poeziyada monotonluq hakim olur, bu isə şerimizin
üslub və intonasiya axtarışlarında yeni istiqamətin formalaşma-
sına, hər şairin öz içi ilə görünməsinə maneçilik törədir.
Rəbiqə Nazimqızının, Vüsal Nurunun, Ramin Cahangirza-
dənin şerləri də istisna təşkil edən şerlər sırısındadır, özünə-
məxsus poetik çalarları ilə yolun uğurlu başlanğıcından xəbər
verir. Daha çox lirizm və emosionallıq, hissin, duyğunun psi-
xoloği ladda gərginliyi, lirik xarakterin faciə ilə sonuclanan
həyat tərzi kimi əlamətlər bu gənclərin şerlərində əsas üslubi
keyfiyyətlər kimi özünü göstərir.
Bulvarda portretə dönür bu gün:
Sahildə adamlar üzür,
Gəzir dənizdə balıqlar.
Sahildə uçur
özünü qağayılara bənzədən yarpaqlar
Qağayılar dənizə tökülür.
Ağaclar sahildə lövbər salıb.
Bitib dənizdə gəmilər
Dənizdə günəş var bu gün.
Sahildə günəşi batmış bir adam.
Vüsal Nurunun bu şerinin əsasında yaxşı mənalandırılmış
real həyat faktı durur: dənizdə günəşi batmış insan və harmo-
niyası pozulmuş, nizamı itmiş təbiət obrazı. Antitezamı, qanu-
70
nauyğunluqmu? Göründüyü kimi, müəllif əsas mahiyyətə ça-
tana qədər fikri müxtəlif instansiyalardan keçirir, maraqlı meta-
fora polifoniyası yaradır, fərqli, təzadlı görüntülərə orijinal,
məcazi yük, məna siqləti, simvolik çalar verə bilir. Ən əsası isə
bu absurd təsvirlər göydəndüşmə, fors-major təsir bağışlamır,
mətnin öz içindən doğulur, təbiiliyi ilə inandırır.
Belə bir təbiilik və səmimiyyət Ramin Cahangirzadənin
şerlərinə də xasdır. Bu şairin “Alatoran” jurnalının 13-cü sayın-
da çap olunmuş aşağıdakı şeri mənə son illərin maraqlı nümu-
nəsi təsirini bağışladı.
Şırıldayır adın
əsən yellərə
Lal baxışından qasırğalar qopur
Alışır suların dalğası
Lillənirsən
Əllərindən sətirlər axır.
Cəsarətini qorusan
Əzilməyəcək bəyazlığın
Varaqlandıqca gözəlləşəcəksən
Alacağını olacağından alacaqsan
Nurlan misralarında
Şırıldat kəlmələrini
İztirablı kağızlara
Romantik olacaqsan, inan!
İlk baxışda təsvir və tərənnüm təəssüratı yaradan bu şerin
mahiyyətində həyata və dünyaya baxışımıza yeni rənglər, ça-
larlar əlavə edən, onları yeni biçim və ahəngdə sərgiləyən mo-
tivlər var. Müəllif poetik səciyyəli obrazların pafos, ahəng və
şeriyyət axarına mənalı bir baxış, romantik bir ruh əlavə edir,
yeni formada yeni məzmun qatı yaratmağa müvəffəq olur.
Qeyri-adi qafiyə, bənzətmə və ifadə sistemi şairin lakonik üslu-
bunun göstəricisi kimi çıxış edir. Şerdəki vəzn, musiqilik sözün
71
sirayət gücünü birbaşa hisslərimizə yeridir, ondakı mövcud
assosiasiya təfəkkür tərzimizi hərəkətə gətirir, daha sonra bey-
nimizə, düşüncəmizə məna, məzmun aşılanır, o qədər ki, şerin
son - “romantik olacaqsan, inan” misrasının əsasında duran
poetik məntiqi görə bilirik.
* * *
Çağdaş poeziya nümunələri haqqında qənaətlərimiz bu
qədər. Əlbəttə poeziyamızın ümumi mənzərəsini səciyyələn-
dirən imzalar və gərgin üslubi axtarışlar, hələ yalnız bədii-
estetik təcrübə xarakteri daşıyan şer nümunələri daha çalarlı və
rəngarəngdir. Bəhs etdiyimiz və etmədiyimiz bu numunələrin
ədəbi fakta, yaxud əksinə, ömrü gödək qumbulağa çevrilə-
cəyini isə zaman göstərəcək. O zaman ki, söylənən bütün fikir
və mülahizələrə rəğmən son nöqtəni həmişə özü qoyur.
*
Dostları ilə paylaş: |