Microsoft Word Yeni kitab A5-son docx



Yüklə 1,61 Mb.
Pdf görüntüsü
səhifə29/125
tarix30.12.2021
ölçüsü1,61 Mb.
#23359
1   ...   25   26   27   28   29   30   31   32   ...   125
64 
Ayaq üstə quruyan ağac 
Görmüsənmi? 
Qadın da ağac kimidir 
İçindən quruyur 
 
Narıngülün  ən son şerləri belə bizi fərdi dünyadüyumuna 
malik şair “mən”i ilə üz-üzə qoyur. Bu şerlərdəki məzmun və 
intonasiya, poetik obraz və fiqurlar, hissin, duyğunun inikas və 
mənalandırılma bacarığı özəl düşüncə tipinin məhsuludur, Na-
rıngülün poetik imkanının göstəricisidir. 
 
Fikirlərimdən aşağı 
Nə ünüm, nə izim qaldı 
Sən də ovutmadın məni 
Səndən başqa kimim vardı 
 
Səni də bu zaman vurdu, 
Vaxt öldürdü, bilmədin 
Işə bax, ürəyimdən 
Yıxıldın əzilmədin. 
 
Ürəyimə xal düşdü. 
Üzüm döndü sevgidən. 
Qapını açıq qoydum 
Çıxıb getsin o gedən... 
 
* * * 
Yeniliyi formaya deyil, məzmuna aşılayan, heca vəzninin 
tələbləri səviyyəsində  uğurlu poetik nümunələr ortaya qoyan 
şair Məhəmməd Astanbəylinin şerləri müasir poeziya məhsul-
ları içərisində istisna təşkil edir. M.Astanbəylinin  şerləri sufi-
panteist dünyagörüşünü, türk təsəvvüf düşüncəsinin ruhi-psi-
xoloji məqamlarını  sərgiləyən nümunələrdir. Bu gün bu kon-
tekstdə yazan şairlərimiz azmıdır, çoxmudur, deyə bilmərəm. 
Amma qətiyyətlə deyə bilərəm ki. M.Astanbəylinin şerləri onu 


65 
seçilənlər sırasına daxil edir. Bu seçilmişlik ilk növbədə onunla 
əlaqələnir ki. M.Astanbəyli türk-təsəvvüf baxışını, etiqad və 
inancını, ehtiva etdiyi dünyagörüşü çağdaş Azərbaycan poezi-
yasında yeni və fərqli düşüncə kontekstində oturuşdura bilir. 
 
Gələcəklər-gələcəklər, 
Keçmişlər isə keçmişlər. 
Gələcəksiz keçmişsizdir 
Haqq şərabı içmişlər. 
 
Bu dəryadan dirisi yox 
Gir bu dəryada boğul. 
Ürəklə beyin arası 
Ən qısa, ən uzun yol. 
 
Bu iki gözümlə gördüm, 
Güllərin solduğunu 
Bilirəm ki, kimsə bilmir 
Nəyin nə olduğunu. 
 
Şerin bədii-fəlsəfi qatında ehtiva olunan ideya dünyanın 
insanı lallığa aparan dərkinə yönəlir. Yəni, o qədər sirr var ki
bilmədiyimiz, görmədiyimiz, görüb də sirrinə yetmədiyimiz... 
Hətta gözümüzlə gördüyümüz nəsnə belə ona vaqif olmaq üçün 
arxasında nə  qədər sirr dağarcığı buraxır. Təsadüfi deyil ki, 
M.Astanbəylinin şerlərində hər hansı fikir daha çox sual şəklin-
də ifadə olunur, müəllif özünün insan, dünya haqqında bədii-
fəlsəfi qənaətlərini, mənəvi təkamül, ruhani və bəşəri dəyərlərlə 
bağlı ideyalarını  “İşıq nədi, zülmət nədi”, yaxud “Həyat nədi, 
ölüm nədi” kimi poetik suallar şəklində izhar etməklə qüvvətlən-
dirir, onları daha da emosional edir. “Azərbaycan  ədəbi pro-
sesində nə baş verir” məqaləsi ilə çıxış edən Elçin M.Astanbəyli 
şerlərinin məziyyətlərinə diqqət yönəldərək bu məqamla bağlı 
yazır ki, “ …həyat da, ölüm də bu şair üçün absurddan başqa bir 
şey deyil və yəqin, elə buna görə də o yolsuzluq içindədir və bu 
bir dərviş yolsuzluğudur». (“525-ci qəzet”, 2009, 1 avqust) 


 
66 
Nə gedənəm, nə gələnəm, 
Yolsuzluqdur mənim yolum. 
 
Yolsuzluq həm də bitməyən, yorulmayan, uzun, incə bir 
yolşuluqdur, nəhayətsizlikdir. Bu yolsuzluq M.Astanbəylinin 
fəlsəfi baxışlarında yeni siqlət qazanan həyat və ölüm, dünya 
və bəşər, tale və əbədiyyət kimi mövzulara can verməklə müəl-
lifinə lokal, məhəlli ölçüləri yarıb üfiqə çıxmaqda, şerlərinə in-
təhasızlıq, nəfəs genişliyi gətirməkdə yardımçı olur. M.Astan-
bəylinin şerlərinin aşıladığı ovqat nəticəsində hər rəngin adicə 
boya olmadığı hikmətinə diqqət kəsilə bilirsən. Çağdaş poezi-
yamızda dünyanı dərkin belə idealı – fərdi-daxili təkamül ide-
yası öz müəllifini bu konsepsiyanın beşiyi başında duranlarla- 
Əhməd Yəsəvi, Yunis Əmrə, Cəlaləddin Rumi ilə birləşdirir: 
 
Dünyanın dünya olduğu  
Yadımdan çıxdı bir gün. 
Həmin günü səhərədək 
Dünyasız qaldım bütün. 
İşıq nədi, zülmət nədi, 
Əridi, axdı, getdi. 
Nə Mən qaldım, nə Sən qaldın, 
Hər şeyin sonu getdi. 
 
Hər şeyin sonu nə gözəl, 
Eləcə də əvvəli. 
Əvvəli gör, sonu axtar, 
Yaşa, yaşa, ay dəli… 
 
“Əvvəli gör, sonu axtar”-yəni bil, səndən əvvəlkilərin aqibə-
ti, sonu, sonucu nə olub, sənin də yolun ordan keçəcək. Bu bir 
“gələn bəzirgandı, gedən xocadı” aksiomasıdır. Buradakı  dəli 
müraciəti də sözün həqiqi, müstəqim mənasından başqa simvo-
lik məzmun, məna kəsb edir. Aşıq Ələsgər yazırdı ki,  



Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin