Microsoft Word Yeni kitab A5-son docx



Yüklə 1,61 Mb.
Pdf görüntüsü
səhifə37/125
tarix30.12.2021
ölçüsü1,61 Mb.
#23359
1   ...   33   34   35   36   37   38   39   40   ...   125
88 
görünmür. Sonda deyilən:” Sən həmişə gözəl heykəllər yonmu-
san, indi heykələ layiq olmayan adamlara heykəl yona bilmir-
sən. ...Bilirsən məni heyrətləndirən və iyrəndirən nədi, heykəl-
lərimin varlığı deyil, əksinə, onların məhz mən olmamağımdı! 
Məni olduğum kimi versəydilər, mən qayıdıb gedərdim əsirliyə 
və burda heykəlim var deyə fəxr edərdim. Amma mən o mən 
deyiləm axı, ən pisi budu...“ kimi fikirlərin, yəni müəllifin qar-
şısına qoyduğu məqsədin real təsviri və inandırıcı  həlli heka-
yədə yoxdur. Amma Z.Şəfinin bu hekayəsi təfəkkürün alt qatı-
na enmək, problemin etik-fəlsəfi zəmində qoyulması cəhdi ilə 
maraq doğura bilir.  
Əlbəttə, bu nəsrin struktur qatında klassik nəsrlə obraz-üslub 
varisliyi bu və ya digər səviyyədə özünü göstərir. Fəqət başlıca 
olaraq 1990-cı illərin, ən son çağdaşlıq tariximizin ictimai-tari-
xi və ideya-bədii prosesləri bu nəsrin estetik-poetik bütövlüyü-
nü səciyyələndirən zaman kəsimidir. Amma hansı  səviyyə  və 
formada? Bu nəsrdə olan canlanmanı bilavasitə milli həyatın 
inkişaf dialektikası yetirirmi? Azərbaycan nəsri ilk növbədə, 
milli düşüncə və milli deyim tərzi, milli dil və milli üslub, milli 
xarakteristika və milli problematika deməkdir. Qərb yünlü nəsr 
ölçüləri ilə çulğaşma təbiidir, qaçılmazdır, bu və digər şəkildə 
bədii nəsrimizdə təsir məqamlarından biridir. Amma gənc nəs-
lin nəsrində bir çox kəsir və çatışmazlıqlar mövcuddur. Heka-
yələrin dili zəifdir, burada bədii dildən çox publisistik yazı 
üslubunun qabarıq olduğu hiss olunur. Bəlkə  də ilk növbədə, 
ona görə ki, bu hekayələrdə emosionallıq çatmır, təsvirlərin 
ifadəsi quru təsir bağışlayır, hadisənin, hər hansı fikrin təsvi-
rində uzunçuluğa varılır. Fikirlərimizi bir qədər konkretləş-
dirək: Z.Şəfinin “Heykəltəraş” hekayəsində  “İçəri otaqdan çı-
xan saçları  ağappaq qocaman ustanı görüb ilk olaraq onun 
söhbət etdiyi, sonra da o ayağa qalxdılar”; yaxud Günel Emin-
linin “Qəribə  qız” hekayəsində müəllifin maraqlı fantaziyası 
bizi qane etsə də dilinin qüsurlu və cilalanmamış olması təəssüf 
doğurur. Məhz dilin yaratdığı bu diskomfortluq oxucuya he-
kayənin sanki tərcümə olması  təəssüratı bağışlayır. Diqqət 
edək: “Alqış  səsləri rüzgarın qəbir daşalrı arasından sivişib 


89 
çıxarkən çıxartdığı uğultulu səsləri olardı”, “...adətən cavan in-
sanların qəbir  şəkilləri onların  ən xoşbəxt vaxtlarından götü-
rülmüş şəlik vurulardı...”, “Hər ay rayondan valideynləri şəhərə 
əlidolu sovqatla gələrək, şəhərdə tək yaşayan qızlarına baş çək-
məyə gələr, onun necə yaşadığını öyrənmək istərdilər”, “Yana-
şı getməyə başladılar, ürək edib, söz soruşa bilməsə də (bəlkə 
söz soruşmaq istəməsə  də olsa daha yaxşı olardı-E.A.), dili 
dinc durmadı”, “Sara xanım Bakının ilk filosoflarından birinin 
qızı olub, repressiya dövründə atasına həddən artıq türkçülük, 
millətçilik fikirlərinə, yazılarına görə onu xalq düşməni elan 
ediblər, onun da ziyalı insan qəlbi ağır təhqirlərə tab gətirməyib 
və 43 yaşında özünə qəsd edib.” Bu misalların sayını istənilən 
qədər artırmaq olar. Fikrin təsvirində uzunçuluq bəzən cümlə-
lər arasında rabitəni itirir, bu da fikir qırıqlığının yaranmasına 
qapı açır. Sahilənin, Nihalənin də hekayələri müəyyən dil xəta-
larından məhrum deyil. İnsafən deyim ki, C.Zeynallının və Pər-
vinin dili mənə Gənc Ədiblər Məktəbinin üzvlərinin içərisində 
nisbətən qənaətbəxş – səlis və cilalanmış təsir bağışladı. 
Jurnalda yer alan çevirmələr arasında Qismətin Con Donn-
dan şeir tərcüməsi, eyni zamanda Con Donn haqqında “Kölgə-
lər haqqında bir dərs” və “Yuxulu və ayıq yazı” essesi də var. 
Əlbəttə, Qismət ilk növbədə,  şairdir və  qətiyyətlə demək olar 
ki,  ən yeni dövr Azərbaycan poeziyasının təmsilçilərindən 
biridir. Lakin jurnalda Qismətin polifonik spektrli yaradıcılığı-
nın tərcüməçi-publisist miqyası ehtiva olunub. Mən bir dəfə 
qeyd eləmişəm, Qismət tərcümədə  uğurludur, tərcümə elədiyi 
şeirdə müəllifin üslübu, ritmi, intonasiyası oxucuya aşılana 
bilir. Con Donnun şeiri də bu fikrimi bir daha təsdiqlədi. Eləcə 
də onun Con Don haqqında essesi Qismətin bu işə bir yaradı-
cılıq kimi baxdığını görükdürür. Son vaxtlar bu gəncin müxtə-
lif dünya yazarlarının əsərlərinin tanıtımı ilə bağlı silsilə yazıla-
rını oxuyur və görürəm ki, Qismət maraqlı bildiyi əsəri oxucu-
ya oxutdurmaq və maraqlı etmək üçün bir sıra manevrlərə, 
ədəbi jestlərə əl atır. Bu məqam onun bu təqdimetmə işinə də 
yaradıcılıq kimi yanaşmasını, eyni zamanda zəngin təfəkkür 
sahibi olduğunu sərgiləyir.  


 
90 
Jurnalda eyni zamanda Leyla Şərifovanın tərcüməsində 
“Göy gurultusu” (R. Bredberinin) hekayəsi,Ülkər Nəsibbəyli-
nin tərcüməsində “Mən nə üçün yazıram” (Corc Oruel) yazısı 
və Fərid Hüseynin Orxan Pamukdan etdiyi tərcümələr yar alıb. 
Tərcümələrdə dilə münasibətdə müəyyən qüsurların olmasına 
rəgmən ümumən gənclərin zövqü və faydalı olanı sezib prosesə 
ötürmək çabasının özü təqdirəlayiq haldır. Bu fikri publisist 
yazılara münasibətdə  də eyni vurğu ilə söyləmək olar. Ümu-
miyyətlə, Gənc Ədiblər Məktəbinin təmsilçiləri tərcümə prose-
sində  fəallığı ilə seçilirlər. Yeganə Cansailin “Ürək ovçuları” 
məqaləsində, Ülviyyə Heydərovanın “Mircavad Mircavadov: 
Ölümlə söhbət” yazısında isə tanış  şəxsiyyətlərin tanımadı-
ğımız tərəfləri sərgilənir. Birinsi müəllif V.Hüqonun, S.Yeseni-
nin, F.Kafkanın yaşadıqları sevgi macəralarını çözələyirsə, 
ikinci müəllif, Ülviyyə Heydərova rəssam Mircavad Mircava-
dovun yaradıcılığının məhcul, işlənməyən qatlarını təqib qılır, 
onun rəsm sənətindəki özəlliyi söz sənətindəki fərqli duyumu 
ilə müvazi verilir.  
 
* * * 
Gənc  ədiblər məktəbini təmsil edən yazarlar haqqında qə-
naətlərimiz bu qədər.  Əlbəttə, onları  hələlik bir nəsil kimi 
təsnif etmək bir qədər çətindir. Nədən ki, yeni ədəbi nəsil artıq 
formalaşmış bədii-estetik konsepsiya, oturuşmuş dəyərlər siste-
mi deməkdir. Hal-hazırda onun funksionallığını stimullaşdıran 
amillər sırasında gərgin üslubi axtarışlar, hələ yalnız bədii-es-
tetik təcrübə xarakteri daşıyan  şeir və  nəsr nümunələr, habelə 
ənənəvi forma və məzmunda ifadə olunan mətnlər yarandısa da 
gələcək perspektiv keçmişin dərinliyi və gələcəyin yüksəkliyi-
nə yönələn poetik baxışın vüsəti ilə hasil olacaqdır.  İnanıram 
ki, bu gənclər içlərindəki ruhsal enerjini, yeni məzmun qatını 
yeni poetik formaya bürüyərək gələcəkdə daha böyük uğurlara 
nail olacaqlar.
*
 
                                                 
*
 Məruzə 6 mart 2011-cu ildə Azərbaycan Yazıçılar Birliyində səsləndirilib. 
 



Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin