Microsoft Word Yeni kitab A5-son docx



Yüklə 1,61 Mb.
Pdf görüntüsü
səhifə40/125
tarix30.12.2021
ölçüsü1,61 Mb.
#23359
1   ...   36   37   38   39   40   41   42   43   ...   125
96 
Zəmilərim, xırmanlarım sovrulub, 
Təndə canım, saçda dənim sovrulub, 
Xəzəl altda gül otlarım qıvrılıb, 
Bundan sonra nə olacaq, olacaq. 
 
Yaxud: 
 
Keçən günüm, solub gedən gülümsən, 
Günbatanda bir də mənə gülümsə. 
Sarı gəlin qürubda da gülümsər, 
Mənim ömrüm qürubumda qan ağlar.  
 
M.İsmayıl, F.Məmmədli, C.Yusifzadə, S.Sarvan, Z.Qafarlı, 
Ə.Mədətoğlu və başqa  şairlərin son dövr yaradıcılığı üçün də 
pessimist əhval-ruhiyyə xarakterikdir.  
 
Qardaşlar! Bizi sevməyən günlər gəldi, 
Ağızda diş seyrələn kimi sıramız seyrəldi. 
...Gözəl günlərimiz xəzandı indi. 
Bağban fələk od vurub yandırır; tüstüsü zil qara. 
 
O tüstünün gölgəsində yazdım bu şeiri. 
 
Bir nüsxəsi sizə çatacaq, 
O biri –torpaq olmuş dostlara... 
(Sabir Sarvan) 
 
* * * 
Şair Ramiz Rövşənin 1965-ci ildə yazdığı “Onbirlik üs-
tündə”  şeiri bu misralarla başlayırdı: “Gəlir təzə  şeir, hecasız 
şeir, O “gül”süz, “bülbül”süz, hicransız şeir”. Həmin illərdə bu 
misraların poeziyada səslənişi “yeni hava”ya işarə olmağla ya-
naşı ardınca poetik yeniliklər gətirəcəyini vəd edirdi: Bəs bu 
gün necə? Ötən ilin şeiri nümunələri ilə tanışlıq göstərir ki, 
milli şeirin bioqrafiyasını daşıyan heca vəzninin meydanı get-
dikcə daha çox daralmağa başlayır. Bunu yalnız gənc  ədəbi 
qüvvələrin deyil, elə yaşlı  nəslin ifadə  tərzində  də görməmək 


97 
mümkün deyil. Baxmayaraq ki, yaşlı  nəsil “öz keçmişindən” 
heç də gülə-gülə yox, ürək ağrısı ilə ayrılır. Ç.Əlioğlu “Əlvida, 
on birlik heca şeirim...”də heca vəzninin meydanının daralma-
sına etiraz edir: 
 
Dəyişdi dövranın avazı, ritmi, 
Dedilər, bambaşqa ovqat doğulur. 
Vəzndə dedilər, nə əksən bitmir, 
Ciddi çərçivədə ahəng boğulur. 
 
...Açıldı şeirə yeni bir axın, 
Bəli, başqa dedik ovqat doğulur! 
Bəs niyə demədik, bir yaxşı baxın: 
Hər yüzdən tək biri babat doğulur. 
 
“Yenilik” aşiqi, naşı “şəyirdlər” 
Nəzmin ağ bəhrində sərbəst üzürlər. 
Bax, meydan sulayır, at səyirdirlər 
Sənə əski deyir, ağız büzürlər... 
 
Nəzərə alsaq ki, yeni dövr poeziyasında ənənə zəncirini qıran 
və postmodern düşüncə  tərzini ehtiva edən bir çox şeirlərin 
müəllifi də elə Ç.Əlioğlu olmuşdur, şeirdəki nostaljini, xəfif ki-
nayəni də başa düşmək olar. Yola saldığımız ildə heca vəznində 
rast gəldiyimiz uğurlu poetik nümunələr şairlərin bu kontekstdə 
mühafizəkarlıqlarını qoruduqlarını  sərgiləyir. V.Bəhmənli qoş-
manın, B.Sadiq gəraylının uğurlu örnəklərini təzə-tər duyğuların 
qanadında poetik müstəviyə çıxarırlar.  
 
Ömrə ölçü-biçi sözdü, 
Çölü sözdü, içi sözdü. 
Mənə düşən iki sözdü, 
Birin dedim, biri qaldı 
 
- yazan şairə F.Məmmədli ona düşən “iki sözü”ü ötən il çap 
olunan iki kitabla deməyə çalışdı: “Dərd üzünü gizləyir” və 
“İki damla dəniz” kitabları ilə. Birinci kitabda şairənin heca, 


 
98 
ikincidə isə sərbəst vəzndə yazdığı şeirlər yer alıb. F.Məmməd-
linin sərbəst vəzndə yazdığı  də  şeirlər poetik cəhətdən uğurlu 
alınır, demək olar ki, müəllifn hecada istila elədiyi yeri sər-
bəstdə qazanmaq imkanı real görünür.  
 
Yenə gözlərin  
dənizi  
çəkib gətirdi 
qəlbimin  
səhra quraqlığına. 
Yenə baxışların 
mavi göyləri endirdi  
içimin qaranlığına; 
cücərdi qəlbimdəki  
ümidlərim. 
Içərimin künc-bucağı  
işıqlandı. 
Qaldırdım  
dizlərimi yerdən. 
Ümidlərim pıçıldadı: 
“Dünya gözəldir!” 
 
Firuzə Məmmədli sözün məsuliyyətini dərk edən, özəl poe-
tik yaşamı ilə seçilən  şairlərdəndir. Hətta  əminliklə deyim ki, 
Qarabağla bağlı poeziyamızda yaranmış müharibə mövzulu 
şeirlər daha çox onun poetik düşüncəsində layiqincə  təcəssü-
münü tapa bilir. Son kitabları da müəllifin mövzuya həssas-
lığını bir daha təsdiqlədi. Məncə elə bu mövzunun şairədə ya-
ratdığı deqradasiyanın, ümidsizliyin nəticəsidir ki, Firuzə 
Məmmədlinin son şeirləri dünya işləklərinin, siyasət oyunları-
nın, ictimai, mənəvi tənəzzül məqamlarına həssasdır, şikayətçi-
dir, barışmazdır.  
 
Tükənmir də gün-güzəran dərd-səri, 
Yoxa çıxıb həyat-ölüm sədləri. 
Tanrım, elə ağırlaşıb şərtləri, 
Çəkmək olmur şələsini dünyanın. 



Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin