Microsoft Word Yeni kitab A5-son docx



Yüklə 1,61 Mb.
Pdf görüntüsü
səhifə41/125
tarix30.12.2021
ölçüsü1,61 Mb.
#23359
1   ...   37   38   39   40   41   42   43   44   ...   125
99 
Bir anadır, doğduğundan pərt olub. 
Yuxa qəlbi, yumşaq üzü sərt olub. 
Yerdən-Göyə bir çəkilməz dərd olub
Qarabağı, Fələstini dünyanın. 
 
Dünya konteksti poetik fikrimizdə daim narahat düşüncənin 
mərkəzində olub. Bu gün dünyada baş verən qarışıq proseslər, 
çalxanmalar, hədsiz informasiya bolluğunda yüklənən düşün-
cənin poetik dünyadüyumu bəlkə daha artıq zamana müvafiq 
çeviklik, hadisələrə yönəli olan münasibət fəallığı  tələb edir. 
Budur,  şeirlərində daim ekzistensial məqamlara, mətləblərə 
həssas olan Qulu Ağsəs çağın mənzərələri içrə gəzişir, bu gə-
zişmə mistik mənalar, simvolik atributlarla dünya iş(lək)lərlə-
rinin hesabatını dini-ilahi qatda arayır. Bəşərin qarışıq mən-
zərələri önündə çaşqınlığa uğramış insanlığı itirdiyi ilahi bağ-
lara bağlamağa çalışır: 
 
Sular sonası da su altda qalıb, 
Yağış havası da su altda qalıb... 
Örtüb üstümüzə bu yağış-ağı, 
Biləndə ölmüşük -enib aşağı  
Onda gələcək ki, haya Yaradan 
Sağ ikən görməsin onu bir adam...  
 
Dünya konteksti fonunda qabarmış  hər cür çalarlar- lirik, 
dramatik,  əxlaqi-didaktik, seyrçi-fəlsəfi notlar şair Vaqif Bəh-
mənlinin ötən il çap olunan “Hamı” adlı kitabında uğurlu təcəs-
sümünü tapır. 
 
Hansı namərd kəsib kəndiri görən, 
Tanrı niyə düşüb quyu dibinə? 
İndi ağırsa da, heç batma yasa, 
Axı nə faydası, Tanrını çağır? 
Əgər haray çatan bir quyu varsa
O quyu içindi, içinə bağır!  
 
V.Bəhmənlinin “Hamı”da yer alan qoşmaları isə klassik aşıq 
havasının, havacatının ritmini, ruhunu, bədii siqlətini o qədər 


 
100 
mükəmməl ifadə edir ki, oxucunu mil il əvvəlin aşıq şeirinə çəkib 
aparır.  
 
Sevda körükləyir iki sinəni, 
Nə yaman alışır köz aramızda. 
İsti sinən sini, sinəm səməni, 
Yavaş ol, əzilər yaz aramızda!..  
 
Lütf elə, bu sirri kimsə bilməsin, 
Kəsik baş gəzdirən kisə bilməsin
Məscid eşitməsin, kilsə bilməsin, 
Qalsın Allah ilə öz aramızda...  
 
Hecadan sərbəstə keçidi hələlik uğurla realizə edən şair Ba-
layar Sadiq bir çox şeirlərini metafora ilə, bədii sual, bədii 
xitablarla yükləyir, bəzən bu hədsiz (bəlkə  də yersiz) istifadə 
olunan ifadə vasitələrinin yükü altında müəllifin demək istədiyi 
mətləb görünmür. Şeirin sənin beynində doğurduğu assosiasi-
yaları yara-yara gedirsən və... üzünə heç nə hasil etmədiyin 
mənzərə açılır, xərclədiyin yolçuluq enerjisinə heyfin gəlir. 
 
Gördünmü heç 
Sükutun 
köynəyini çırıb, 
necə kişnəyir çöllər? 
Sörüşdünmu, gecələr niyə 
qaraltıya hürür 
ağaclar? 
Daşların  
yaddaş damarını tutub, 
ürək döyüntülərini 
saydınmı heç? 
Bu suallar  
palçıqlı kənd yoludur. 
Ayaqqabından 
uğursuz abituriyent 
əhvalı boylanır. 


101 
2011-ci ildə “Ulduz” jurnalında B.Sadiqin “ömrün gəraylı 
çağları” silsiləsindən gəraylıları çap olunub. “Ömrümü su bas-
dı”, “Ömrümün əsəl yeri”, “Həyat bir əlçim məktubdu”, “Bir 
payız nağılı”, “Göz yaşımı sər” vəs., və i.- bütün şeirlərdə hə-
yatın, ömrün faniliyinə, puçluğuna köklənmək kimi bir mövzu, 
məzmun monotonluğu varsa da, uğurlu poetik ifadələr bu 
qədim janrı  fərqli biçimdə  bədii müstəviyə  gətirir. Məsələn, 
“Qəbirlər torpaq çəpərdi,/ Həyat-ölüm arasında”; “Səp ömrün 
söz qoxusunu,/ Alın qırışın altına”; “Üzürəm bir göz yaşım-
da,/İçimdəki sözə sarı”; “Kipriklərim dar ağacı,/ Asıb özünü 
göz yaşım”; “Ana, bir dəsmal  əvəzi,/ Gözlərimə sözü sarı”. 
Şair bir növ şair ömrün ahıllıq kürsüsündə  əyləşib həyat, za-
man, insan haqqinda meditativ düşüncələrini bölüşür, amma 
dünəndən bu günə, keç(il)miş zaman(ın)dan indilərə varmaqla- 
axı bunlar “ömrün gəraylı çağları”nın məqamlarıdır. 
 
* * * 
Qeyd elədik ki, yenilik, daxili təzələnmə ədəbiyyata daha çox 
gəncliyin, gənc nəslin qədəmləri ilə daxil olur. Burada bir zaman-
nəsil asılılığına, təsirlənməsinə ehtiyac hiss olunur. Nədən ki, 
şairin yetişdiyi, poetik təfəkkürünün formalaşdığı zamanın onun 
yaradıcılıq yolunun müəyyənləşməsində xüsusi rolu olur. Yəni, 
mübadilə qarşılıqlıdır: “ Hər dövr və nəsil öz şairini elə ona görə 
böyük poeziyaya gətirir ki, əvəzində  şair də öz nəslini, dövrünü 
böyük poeziyaya gətirsin. Əks təqdirdə isə, bu böyük bədii estetik 
qanunauyğunluğun pozulduğu yerdə isə poetik nəsillər və 
fərdiyyətlər arasında təbii münasibətlərin də qanunauyğunluğu 
pozulur və tarixə, əbədiyyətə yeni nəsillər əlavə olunmur.” (Yaşar 
Qarayev. Ədəbi üfüqlər. Bakı, Gənclik, 1985, səh.35) 
Bu gün müasir şeirdə hakim olan nəsrləşmə, nəsrdəki 
şeirləşmə – bu sahələrin arasında çulğalaşma, yaxud differen-
siallaşma çağdaş dünya ədəbi-tarixi prosesinin prioritet xüsu-
siyyətlərindəndir. Digər bir çalarsa düşüncənın, ağıl poeziya-
sının emisionallığı üstələməyə davam etməsidir. Bu gün çağdaş 
şeirdə bu iki hissin parametrlərini ayırd etmək və  şeirə onlar-
dan mütləq birinin estetik imperativləri əsasında yanaşmaq ol-


 

Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin