Microsoft Word Yeni kitab A5-son docx



Yüklə 1,61 Mb.
Pdf görüntüsü
səhifə27/125
tarix30.12.2021
ölçüsü1,61 Mb.
#23359
1   ...   23   24   25   26   27   28   29   30   ...   125
58 
Getmə desə də 
Yadın-yaxının. 
Ardınca qoşdun 
Göy qurşağının.  
 
Durdun o durdu, 
Qaçdın o qaçdı. 
Sən yarı yolda, 
O dağı aşdı. 
 
Baxt qövsü-qüzey, 
Baxan çox oldu. 
Ot üstündə şeh 
Vardı, yox oldu. 
 
Günün bələni  
Aşan çağiymış. 
Yetməyən arzu 
Göy qurşağıymış. 
 
Nə səmir, nə səs, 
Nə qövsü-qüzeh. 
Ömür nəydi bəs 
Ot üstündə şeh. 
 
M.İsmayılın  şerlərindəki bədbinlik,  əslində  mən buna bəd-
binlik də deməzdim, sadəcə həyatın faniliyi, ömrün varlıq-yox-
luq məqamı ilə bağlı düşüncələrin sirayət etdiyi ovqat-hansı ki, 
M.İsmayıl bunu da özünəməxsus müdrikliklə  bədii sözün 
predmetinə çevirir - şəxsi kədər və ağrı notlarından, dar düşün-
cədən uzaqdır. Bu poeziyada ölüm, yoxluq həyatın sonu, sonlu-
ğudur, yaşanılan ömrün halallıq səviyyəsidir, insan nə edirsə 
etsin, necə yaşayırsa yaşasın sonu yoxluğa müncərdir. Odur ki, 
bu şerlərdəki həyata və ölümə ayıq-sayıq yanaşma, bədii-fəlsəfi 
mühakimələr onları bədii ümumiləşdirmə səviyyəsinə qaldırır. 


59 
* * * 
1970-80-ci illərin poeziyasında maraqlı eksprimentləri, poetik 
axtarışları ilə seçilən şairlər F.Qoca, F.Sadıq, Ə.Kür, V.Bəhmənli, 
Ç.Əlioğlu, Ş.Vəli və b. çağdaş poetik-bədii fikrin inkişafında da 
iştirak edirlər. Bu iştirak  əlbəttə ki, poeziyamızın təcrübəli nü-
mayəndələrinin yaradıcılığı vasitəsilə, artıq sabitləşmiş ifadə tərzi 
vasitəsilə  əyaniləşmişdir. Həyata, cəmiyyət hadisələrinə, insani 
münasibətlərə yeni, fərqli baxış sistemi yaradan, onları olduğu 
kimi, birbaşa təsvirə çəkməklə deyil, içindən, duyğular aləmindən 
keçirdikləri kimi ifadə etməyə çalışan bu şairlərin şeirlərində yeni 
poetik konstruksiyalar qurulur. Bu şeirlərdə  ənənənin zəminində 
yetişərək fərqli olmağa çalışmaq meyli və bu yeniliyi formadan 
məzmun qatına yeritmək səriştəsi hiss olunur.  
Vaqif Bəhmənlinin «Tək» silsiləsindən olan şeirlərində tək-
lik mövzusu yeni təzahür məqamına yüksələ bilir: 
 
Əkizə də Tanrı tikir damı tək, 
Hər adamın dad alıbdı tamı-tək. 
Hamı təkdi bu dünyada, hamı tək! 
Mən də təkəm, mən də təkəm, hamı tək… 
 
Hər kimsənin payı ayrı camı tək, 
Südü ayrı, damarının qanı tək… 
Oğrun-oğrun daşıyıram canı- tək 
Başlar kəsib, suçlar yığan cani tək! 
 
V.Bəhmənlinin son dövr çap olunan «Tək», «Can», «Ölən-
də», «Güzgü», «Yaddaş» kimi şeirləri həyatın oluğ-ölüm 
realiyasına köklənərək müəyyən dünyaduyumun ifadəsi kimi 
səciyyələnir. Təəssüf ki, şairin bəzi  şeirləri xüsusi yaradıcılıq 
zərurətindən yaranmadığını  sərgiləyir. «Adam-əncir», «Ağacı 
hamı görür», «Qızıl güllər və  qəzet»  şeirləri bu qəbildəndir. 
Diqqət edək: 
 
 


 
60 
Ağac görür ki, 
Hamı tərpənir. 
Ağac yerimir, 
Amma hamı görür ki, 
Ağac tərpənir… 
 
Kim deyə bilər ki,  
ağac tərləmir? 
Nələr tərpənirsə 
Demək tərləyir. 
 
Şeir dilinin pozulduğu, məntiqi və poetik əsasdan məhrum 
olan bu şeir parçasında maraqlı  bədii tapıntının, lirik yaşamın 
mövcudluğundan danışmaq mümkünsüz bir şeydir. Ümumiy-
yətlə, bu nümunə heç bir məna dəyəri ilə təhlil müstəvisinə gəl-
mir. «Nələr tərpənirsə demək tərləyir» - zənnimcə, çağdaş ədə-
biyyatımızın bu cür cılız fəlsəfəbazlığa ehtiyacı yoxdur, elə 
kifayət qədər istedadlı şair Vaqif Bəhmənlinin özünün də… 
Sözə  həssas yanaşan, son illər poeziyamızı poetik eksperi-
mentlərlə, yeni tapıntılarla zənginləşdirən Çingiz Əlioğlunun 
şerləri onun maraqlı təfəkkür sahibi olduğunu bir daha təsdiq-
ləyir.  Şairin “Talıstan dağları” silsiləsindən olan şerləri, eləcə 
də onlarla digər başqa şeri Ç.Əlioğlunu öz estetikasını yaradan, 
sözlə incə rəftar edən şair kimi səciyyələndirir. Bu dəfə şairin 
könül rübabı duyğularını aşıq şer şəkilləri üstə kökləyərək ma-
raqlı bir rədif yaradır: 
 
Sənə yaman Ay yaraşır, 
Gəzmə ayrı tay, yaraşır! 
Çək əyninə göy çəməni 
Çayda çimdin çay yaraşır… 
Ayı doldur səhənginə… 
Yağış düşür ağ rənginə. 
Qədəminin ahənginə 
Adam ölər, ney yaraşır! 
 



Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin