56
Görəsən
mən niyə tənhayam, təkəm,
Mən gərək yanımda bir ağac əkəm;
Əllərim isinsin budaqlarıyla.
Silim gözlərimi yarpaqlarıyla.
Bir az da mehriban, bir az da həlim,
Hamar gövdəsini oxşasın əlim.
Gah mən ağac olum, gah da o insan,
Ömür ağacımla
qolboyun olsun,
Bu da ömrümüzdə bir oyun olsun
Hər şerin yaranışında şairin mənəvi durumu, onun psixoloji
aləmi böyük rol oynayır. Içini kədər, tənhalıq bürümüş insan
heç zaman xoşbəxtliyə qafiyə axtarmır. M.Yaqub
da ömrün o
mərhəsinə yetib ki. “nə xoşbəxt imişəm” nisgilinin təsiri ilə ya-
şın yorğunluğu, ötüb getmiş sevgi qatarı, həyatın faniliyi ilə
bağlı düşüncələrini bölüşür:
Nə tonqal qalanır, nə ocaq yanır,
Bizim xəlbirimiz burda ələnir,
Göydə xəlbirimiz burda fırlanır-
Daha söz deməyə tutarım gedib,
Dostları aparan qatarım gedib,
Bir daşı özümə yoldaş eləyib,
Bəlkə elə mən də qurtarım gedim?!
Qalsın süfrə daşım mamır bağlasın,
Üstünə yağışlar yağsın, ağlasın.
Sevgi mövzusuna müraciətində də M.Yaqub əvvəlki kimi
lirik təbiəti ilə güclü və emosionaldır.Bu şerlərin əksəriyyətin-
də ifadə olunan hisslər dərindən yaşanmış, ömrün sevdalı çağ-
larının fikir və mühakimələrindən hasil olmuş , qəlbin və ağlın
vəhdət prizmasından keçib büllurlaşan hiss və düşüncələrdir.
Bu gün M.Yaqub poeziyasını saran bədbinlik notları onun sev-
gi baxışlarına
belə sirayət etsə də, şair xəyalı yenə əvvəlki kimi
mənalı və romantikdir.
57
Ürəkdə od püskürən
İndi o vulkan hanı?
Günəş atəşiylə də
Daha isitmir canı.
Baxma gözlərimdəki
Köhnə, donuq yaşlara
Heyf o sevgilərdən
Çevrildi yaddaşlara
Bir
bax o pəncərədən,
Çıx eyvana, düş bəri.
Necə aldadır məni
Yaddaşının gözləri.
Əl uzatdım əl tutum.
Əlim getdi boşlara;
Heyf o sevgilərdən
Çevrildi yaddaşlara.
Məmməd İsmayılın da poeziyasında cavanlıq çağlarının
nikbin və çılğın ovqatını yaşadığı mərhələnin sərt, müdrikanə
təsviri əvəz edib. Hərçənd sərt və müdrik başlanğıc bu poeziya
üçün həmişə xarakterik bir hal olmuş. Sadəcə, bu gün şair
ömrün ahıllıq
kürsüsündə əyləşib həyat, zaman, insan haqqinda
meditativ düşüncələrini bölüşür, dünəndən bu günə deyil, bu
gündən keçmişə boylanır. Şairin “Göy qurşağı” şerində taleyə,
qəzavü-qədərə verilən qiymətin ictimai tutumu dərindir və
yüksək poetik formada ifadə olunub:
Göy gövsü-qüzeh.
Altdan keçəsən.
Ot üstündən şeh.
Alıb içəsən.
Arzuya çatar,
Eşitmədin sən?
Göy qurşağının
Altından keçən...