Microsoft Word Yeni kitab A5-son docx


  vun “İşıldaquş” hekayəsinin tərcüməsində belə bir yer var: “



Yüklə 1,61 Mb.
Pdf görüntüsü
səhifə20/125
tarix30.12.2021
ölçüsü1,61 Mb.
#23359
1   ...   16   17   18   19   20   21   22   23   ...   125
43 
vun “İşıldaquş” hekayəsinin tərcüməsində belə bir yer var:  
Təzə-təzə o heç kimlə münasibət qurmurdu, sakit, tutqun qız 
idi, yalnız gecələr yarıyuxulu halda yerindən qalxıb isterika 
qaldırırdı. Yuxularına haram qatdığına görə  uşaqların çoxu-
nun Maşadan xoşu gəlmirdi, ondan yan qaçırdılar.Yalnız Nad-
ya ondan üz çevirmədi, gecələr Maşa isterika içində yuxudan 
oyanıb çığır-bağır salanda Maşa onu qucaqlayıb bağrına 
basır, sakitləşdirməyə çalışırdı”( N-12, səh. 89), yaxud “Mə-
lum oldu ki, Maşanın valideynləri alkoqolik olublar.”  Burada 
diqqətimizi cəlb edən nəsnə mütərcimin isterika və alkoqolik 
sözlərini çevirmədə olduğu kimi saxlamasıdır. Əlbəttə, nümunə 
kimi göstərdiyimiz hər iki sözə bizim milli yazarlarımızın öz 
əsərlərində  də rast gələ bilərik. Lakin söhbət tərcümədən 
gedirsə bu məqamlara daha artıq həssas olmalı, son məqama 
qədər hər sözün milli dilimizdəki çalarlarını axtarmalı, çevir-
məyə ana dilimizin tələbləri  əsasında yanaşaraq daha uyar və 
münasib olanını seçməliyik. Məsələn, yuxarıdakı tərcümə mət-
nində “isterika” sözünün olduğu kimi saxlanması bizi narahat 
etmir ona görə ki, bu sözün ən münasib olan tərcümə variantı –
“hay-küy” sözüdür, bu isə  mətndə  qəhrəmanın ruhi-psixoloji 
vəziyyətini ifadə eləmək, sərgiləmək üçün o qədər də əlverişli 
səslənmir, düşünürük ki, “isterika” daha münasib və  məntiq-
lidir. Amma “alkoqolik”i müəllif  əyyaş, yaxud içki düşkünü 
sözü ilə əvəz edə bilərdi.  
2010-cu ildə çap olunan tərcümə materiallarına uğurlu bədii 
nümunə kimi  “İrəli”  Ədəbi Məclisinin “Almanax”ını qeyd 
etmək olar. Kitab “İrəli”  İctimai Birliyi tərəfindən Azərbay-
canda gənc yazarların dəstəklənməsi məqsədilə yaradılan 
“İrəli” Ədəbi Məclisinin “Gənc yazarların əsərlərinin çap edil-
məsi” layihəsi çərçivəsində meydana gəlmişdir.  
“Almanax”da gənc yazarların poeziya və  nəsr nümunələri 
ilə yanaşı  tərcümə  əsərləri də yer alıb. Etiraf edək ki, gənc 
olmaqlarına baxmayaraq, bu gənclər bir yazımızda qeyd 
etdiyimiz kimi yolun uğurlu başlanğıcından xəbər verirlər, elə 
tərcümə elədikləri əsərlərdə də həssaslıq, ədəbi fakta məsuliy-


 

Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin