197 T.Əlişanoğlu* - Bəkir müəllim, siz cavan yaşlarınızdan baş-
layaraq ədəbi prosesi fəal izləmis, aktiv iştirakçısı olmusuz.
Bəs indi ədəbi prosesı necə, harada izləyirsiz? Jurnaldanmı,
qəzetdənmi, ya internet də bura daxildirmi?
B.Nəbiyev - Mən əlimi ürəyimin üstünə qoyub, tam həqiqəti
deyirəm. Əvvəlki vaxtlarda olduğu kimi, müasir ədəbi prosesi
ürəyim istəyən dərəcədə izləyə bilmirəm. Bunun bir çox
səbəbləri var. Əsas səbəb budur ki, indi hərənin alnına bir cür
yazılıb, belə bir ifadə işlətmək mümkündürsə, mən gözümü
açandan həmişə vəzifə sahibi olmuşam. Düzdür, mən nə
nazirəm, nə o vaxtlar Mərkəzi Komitə katibi olmuşam. Amma
mən “Kommunist” qəzeti kimi çox ağır, məsuliyyətli, o ideo-
loji basqılar zamanı çox adamı incidən bir qəzetdə şöbə müdiri
olmuşam. Səhərdən axşama kimi redaksiyada oturmaq bir,
vaxtaşırı ezamiyyətlərə getmək iki, belə ki, bizi yerlərə oşerk,
felyeton yazmağa, yaxud hər hansı bir faktı araşdırmağa gön-
dərirdilər çox çətin və məsuliyyətli idi. Həmin vaxtlar həm də
mənim as-pirantlıq illərim idi. Mən aspirant ola-ola vəzifədə
çalışırdım, gecənin yarısına qədər oturmalı, dissertasiyamı yaz-
malı idim. Ondan sonra 1961-ci ildə gəldim Nizami adına Ədə-
biyyat İnstitutuna, orada cəmi üç ay kiçik elmi işçi işlədim.
Yəni yavaş-yavaş əl-qolumu açırdım ki, işləyim, görüm-götü-
rüm, məni institutun elmi katibi qoydular. O zaman rəhmətlik
akademik Şirəliyev deyərdi ki, Bəkir, biz direktoruq, K.Talıb-
zadə müavindi, sən qərargah rəisisən. Bütün hesabatlar, planlar
elmi katibin əli ilə zühur eləyir, meydana gəlir. Bu da mənə o
zamanlar ədəbi prosesi yetərinsə izləməyə mane olurdu...