Microsoft Word Yeni kitab A5-son docx



Yüklə 1,61 Mb.
Pdf görüntüsü
səhifə86/125
tarix30.12.2021
ölçüsü1,61 Mb.
#23359
1   ...   82   83   84   85   86   87   88   89   ...   125
 


193 
“TƏNQİD DƏ VAR, MƏŞĞUL OLDUĞU  
ƏDƏBİYYAT DA” 
 
(Tənqidçi və ədəbiyyatşünas, Əməkdar Elm Xadimi, Şöhrət 
və  İstiqlal ordenli akademik Bəkir Nəbiyevlə 80 yaşının 
astanasında edilən ədəbiyyat söhbəti) 
E.A. - Ustad tənqidçi Yaşar Qarayev Məmmədcəfər Cəfəro-
va həsr etdiyi əsərində yazır ki, yaradan şəxsiyyətin, düşünən 
zəkanın ömür dünyası  həmişə bir fəsildə yaşanır:  əbədi gənc-
likdə! Azərbaycanın ictimai həyatında, xüsusilə onun huma-
nitar düşüncə sisteminin qu-rulmasında xüsusi rolu, çəkisi olan 
Bəkir Nəbiyev ömrünün 80-ci axarında özünü necə hiss edir: 
“yol üstündə duran qoca dərviş ki-mi”, yoxsa “əlimdədir hələ 
qələm” nidasının daşıyıcısı kimi? 
B.Nəbiyev - Mənə, əlbəttə “qoca dərviş” sözləri daha uyarlı 
görünür. Amma bu cümlədəki “yolun üstündə duran” mürək-
kəb təyininə bir düzəliş verərdim, onu “yolla gedən” sözləri ilə 
əvəz edərdim. Çünki “yol üstündə durmaq” anlayışının bir “yol 
kəsmək”, “mane olmaq” çaları da var. Bu çalar mənim indiki 
durumumu, missiyamı ehtiva etmir. “Əlimdədir hələ  qələm” 
sözləri isə bu baxımdan mənə daha məqbul görünür. Doğrudur, 
bu qələm indi, məsələn, on il bundan əvvəlki səmərə ilə  işlə-
mir. Lakin Tanrıya şükürlər olsun ki, o hələ mənim əlimdədir. 
E.A. - Deyirlər yaşa dolduqca insanı daha çox ömrün baki-
rəlik çağı, uşaqlıq dünyası özünə çəkir. Bəlkə elə “geriyə bax-
ma, qoca” imperativi burdan qaynaqlanır?! Həyatınızın bu ahıl 
vaxtında uşaqlıq illərinin hansı xatırəsi öz mələk qanadları ilə 
Bəkir müəllimin yaddaşını titrədir? 
B.Nəbiyev - Sualı elə gözəl sözlərlə  bəzəmisiniz ki, onun 
bəkarətinə xələl gətirmək istəməzdim. Təəssüf ki, uşaqlıq çağ-
larımdan ən çox yadımda qalan qırmızı epoletli, qızılı düyməli 
paltarlar geymiş qaragü-ruhçuların 1937-ci ildə gecə yarısı 
bütün ailəmizi hələşan edib atamı apardıqları  dəhşət anıdır. 
Gördüyünüz kimi, burada uşaqlıq xatirələrimin o romantik mə-
lək qanadları yonulmuş, onları repressiya canavarının qanlı 
pəncəsi əvəz etmişdir.  


 

Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin