B.Nəbiyev - Təəssüflər olsun ki, yox.
E.A. - “Özümüzdən başlayaq” adlı məqalənizdə belə bir fi-
kir söylə-yirsiniz ki, özünə, sözünə, istedadına inanan əsl yazıçı
tənqidi sözdən qorxmaz. Sizcə çağdaş ədəbi prosesimizdə
tənqidə qarşı aqressivliyin, dözülməzliyin əsasında hansı səbəb
durur: özünü ifadə edə bilməmək sindromu, yoxsa yazılan əsərin
tənqidçi nəzərindən kənarda qalması, onun dəyərləndirilməməsi?
B.Nəbiyev - Məsələ çox yaxşı qoyulub. Mən buna çox müx-
təsər bir cavab verərdim. İkisi də. Birini digərinə tərce elə-
məzdim. Hər ikisinin rolu var və hər ikisi sizin dediyiniz o
reaksiyanı əmələ gətirir.
E.A. - Bəkir müəllim, siz tarixə Böyük Vətən müharibəsi adı
ilə daxil olan bir dövrün ədəbiyyatını tədqiq etmisiniz.
“Kamalın təntənəsi” adı ilə səciyyələndirdiyiniz həmin proses-
də yazıçı psixolojisinə, xarakterinə, mövqeyinə daha yaxından
bələd olmusunuz. Bu sıradan mənim üçün cavabınız çox önəm-
li olardı: Niyə 1990-cı illərdə müharibənin dərinliyini verən
savaş ədəbiyyatı yaranmadı? Bir ədəbiyyatşünas kimi, təcrübə-
dən çıxış edərək, siz durumun pozitivə doğru nəticələnməsi
üçün konkret nə təkliflər edə bilərsiniz?