201
dən seçilir. Ilk növbədə sərtliyi ilə, vətəndaş mövqeyinin qüv-
vətliliyi ilə... Əlabbasın “Qaraqovaq çölləri” əsərinin bir çox
epizodları yaddaşıma ilişib qalıb. Burda müharibə həqiqətlərinə
inandıran realist məqamlar çoxdur.
E.A. - Dünyaya axın prosesinə, mənəvi inteqrasiya və ədəbi
dövriyyəyə çağdaş ədəbiyyatımız hansı istiqamətdə pozitiv
müdaxilə, yenilik təqdim edə bilər və ümumiyyətlə, bu gün ya-
ranan ədəbiyyat ki var, milli varlığımızı görükdürməyə, onu
təmsil etmə potensialına qadirdirmi?
B.Nəbiyev - Əlbəttə, Anar, Elçin, Əkrəm Əylisli, Kamal Ab-
dulla elə potensiala, yaradıcılıq imkanlarına malikdirlər ki, ən
yaxşı əsərlərini hələ bundan sonra yazacaqlar. Mən bu fikirdə-
yəm. “Ağ qoç, qara qoç” göstərdi ki, Anarın deməyə hələ nə
qədər sözü varmış. Son illərdə o istər bədii, istərsə də elmi,
ədəbi-tənqidi yaradıcılığında çox maraqlı fikirlər səsləndirib.
Yazıçılarımızın yaradıcılıq potensialının tükənmədiyinə şüb-
həm yoxdur.
E.A. - 80 illik yubileyinizdə çox çıxışlar oldu, maraqlı fikir-
lər səsləndi. Onların arasında akademik İsmayıl İbrahimovun
bir arzusu mənə əlamətdar göründü: “80 yaş yaxşı yaşdı, amma
95 deyil. Arzu edirəm Bəkir Nəbiyev mənim kimi 95 yaşa çat-
sın və gəlib burada alimlərimizin 80 illiyini təbrik etsin”. Bəkir
müəllim, sizcə insanın uzun ömür yaşaması Allahın qismətidir,
yoxsa insanın ruhsal dəyərlərindən, mənəvi-iradi keyfiyyətlə-
rindən də rişələnir?
B.Nəbiyev - Uzun ömür, əlbəttə, birinci növbədə Allahın əta
etdiyi və heç nə ilə müqayisəyə gəlməyən nemətdir. Və heç bir
şübhə yoxdur ki, uzun yaşamaqda həm də az-çox siz deyən
kimi, ruhsal dəyərlərdən, mənəvi-iradi keyfiyyətlərdən bəhrə-
lənmək və əlavə edərdim ki, yazı-pozu ilə məşğul olmaq da
ehtiva olunur. 95-ə iddia eləməsəm də, hələ 85-ə də çatacağımı
daxilən hiss edirəm.
Dostları ilə paylaş: