204
mifdən, folklordan müasir günlərə qədər Azərbaycan xalqı dünya
ədəbi-bədii fikrinə hansı yenilikləri gətirib, hansı mənəvi, əxlaqi,
bədii dəyər və sərvətlərlə onu zənginləşdirib?” (Qarayev Yaşar.
Tarix: yaxından və uzaqdan. Bakı “Sabah”, 1996, səh., 22).
“Tarix: yaxından və uzaqdan” kitabında Y.Qarayev bu suallara
cavab aramaq məqsədi ilə bədii-mədəni keçmişimizin bütün
dövrlərini tədqiqat obyektinə çevirdi.
Tarix yalnız yaddaşa və idraka çökəndə (yalnız onda!) şüuru
manqurtluqdan, sklerozdan xilas etmək mümkün olur. “...ərazinin
bütövlüyü də,
hər şeydən əvvəl, yaddaşın böyüklüyü, qədimliyi və
bütövlüyü ilə qorunur.”(yenə orada, səh.699) Y.Qarayevin yara-
dıcı milli dühasında zaman kökünə və bütövlüyünə boylanaraq
dildə daşlaşan və yaddaşlaşan tarixə döndü, öz rişəsini Dədə
Qorqud müdrikliyi, Nizami humanizmi, Nəsimi dözümü və Fü-
zuli eşqindən alaraq poetik ifadəsini “Poeziyanın Araz ağrısı və
yaddaşı-Şəhriyar”da, “Romantizmin Cavid yaddaşı”nda, “Nəsrin
və səhnənin ağrı yaddaşı- Cəlil Məmmədquluzadə”də, “Özünü
satirada dərk edən- Sabir”də tapdı. 1990-cı illərin
xaotik proses-
ləri önündə çaşqın qalmış humanitar elmə Yaşaq Qarayevin
gətirdiyi yeni konsepsiya-yaddaş konsepsiyası bir sillə kimi
səsləndi, alim başımıza açılan bütün fəci və gərgin olayların
nədənini yaddaşsızlıq, yaddaşdan məhrumluqla əlaqələndirib çıxış
yolu kimi nicatı da elə ona-yaddaşa dönüşdə gördü.
Tarixsə nəinki “müəllim olmaqdan qalır”(Alber Kamyu),
əksinə ondan dərs götürməyənlərə bu dərsi dəfələrlə təkrar et-
miş olur. Hər halda XX əsrin əvvəli və sonu arasında harmo-
niya, hadisə və proseslərin adekvat səslənişi və oxşar təzahürü
sübut etdi ki, tarixdən heç kəsin heç bir dərs götürməməsi bizi
yaşanmışları bir də yaşamağa,
görülmüşləri bir də görməyə
vadar edir. Və yenə də bir halda ki, tarixin dərslərindən ibrət
götürməyəndə günahkar zaman yox, şüur olur, o zaman şüuru
naqis stixiyadan, yad düşüncədən və sönük təfəkkürdən təmiz-
ləmək lazımdır. Y.Qarayev əsaslandırdı ki, indi təfəkkürdə
məhz belə katarsis
işinə ehtiyac var, milli ruhun yenidən bər-
qərar olması, milli şüurun, yaddaş kultunun dirçəldilməsi üçün
205
elmi konsepsiyalar, doktrinalar, təlimlər işlənib hazırlamaq za-
manın tələbidir.. “Vahid, yekparə və bütöv bir təlim olan Azər-
baycançılığ”ı alim dövrün ən vacib, ən zəruri ideyası kimi ye-
nidən xalqa qaytardı.
Xalqın milli mənlik şüurunu dirçəltmədən, ona böyük əxlaqi
keyfiyyətlər-milli
vətənpərvərlik, milli ovqat, mili ləyaqət hissi
aşılamadan vahid ortaq məxrəcə-milli birliyə səsləmək müşkül
məsələdir. Azərbaycançılıq ideyalarının təşəkkül tapması və
praktiki surətdə həyata keçirilməsi uğrunda mübarizənin beşiyi
başında həmişə Azərbaycanın sağlam ziyalıları və milli münəv-
vərləri durublar. Belə bir tarixi-mənəvi missiyanın fəal və la-
yiqli daşıyıcısı olmaq prioritetini Yaşar Qarayev qələmi də nü-
mayiş etdirdi.
Y.Qarayev üçün Azərbaycançılıq
- ilk növbədə milli birlik,
milli-mənəvi dəyərlərə hörmət, milli ideyaya sadiq qalmaq idi.
Düşünürdü ki, “onun etnik arxetipi də, bədii estetik kodu da,
ilkin mifik-fəlsəfi şifrəsi də milli yaddaş özüdür”( Milli “mən”
şüuru və etnik yaddaş - azərbaycançılıq. “Kredo” qəzeti, 8-23
mart, 2002). Keçmiş ancaq unudulmayanda tarixə dönür, yəni
yaddaşdan silinməyəndə. Yaddaşını qoruyub hifz edən, onu
bütün tarixi epoxalardan bütöv və salamat çıxardan xalq birliyi-
ni yaratmağa nail olur. Y.Qarayev milli birliyin üç səviyyəsini
göstərirdi. Birincisi “daxili-milli həmrəylik”dir.
Hələ əsrimizin
əvvəllərində türkçülüyün banilərindən və ideoloqlarından olan
Ə.Hüseynzadə “nə başqa-başqalarız, nə ittihad edəriz” deyərək
vətənin halına təəssüf edir, milli birliyin yoxluğundan ürək
ağrısı ilə danışırdı. Başqa bir dahi- Cəlil Məmmədquluzadə “si-
zi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım” xitabı ilə
milləti bir kitaba, bir amala tapındırmaq istəyirdi və bu kitabı-
millətin “ana kitabı”nı özü yaradırdı. Çünki bir kitaba, bir
ideala tapınmayan xalq sadəcə kütlədir, xalq deyil. Y.Qarayevə
görə, yalnız milli məslək, milli məfkurə kütləni xalqa çevirir.
Əgər xalqı asanlıqla kütləyə, kütləni əziyyətsiz
fərdə parçala-
maq mümkündürsə, o zaman milli birlik ideyası yalnız iddiliya
və utopiya olaraq qalacaq. Amma “elə bir utopiya yoxdur ki,