208 * * * Yaşar Qarayevin ölümündən on ilə yaxın bir vaxt keçir. Bu
on ildə çox şey, bəlkə də hər şey dəyişib, dəyişməyən isə bircə
şey olub. Bu böyük şəxsiyyətin hələ sağlığında qazandığı adın
hörmətlə yad edilməsi qədirşünaslığı, bir də əvəzedilməz alim
dühasının hələ ki, onun adı ilə bağlılığı həqiqəti. Bu yetirmi?
Təbii ki, yox. Vaxtilə Yaşar Qarayevin ədəbiyyatımızın tarixi
ilə bağlı səsləndirdiyi sual indi onun öz irsinə münasibətdə
qoyulan məqsədin məramına çevrilməlidir: Bütün yaradıcılığı
boyu Yaşar Qarayev Azərbaycan ədəbi-bədii, elmi-nəzəri fik-
rinə hansı yenilikləri gətirib, hansı mənəvi, əxlaqi, bədii dəyər
və sərvətlərlə onu zənginləşdirib? Əlbəttə, bu suala cavab ver-
mək bir neçə məqalənin, yaxud ustadın irsini tədqiqat pred-
metinə çevirəcək monoqrafiyaların işi deyil. O zamandan və
sözdən uca olmağın şərəf simvoludur. Hər gələn nəsil tarixi
yenidən oxuduğu kimi, hər gələn zaman də Yaşar Qarayev
dühasının açılmayan hüdudlarını, gizlinlərini bəlli etməyə gücü
çatacaq hünərməndlər yetirəcək. Hələliksə, ədəbiyyatımızın
əbədiyaşar Yaşarının ruhuna, imzasına sayğımız obyektivliyi
meyar edən qələmlərimiz və içimizdən bir ömür kimi keçirə
biləcəyimiz ədəbiyyat sevdamızdır.