207
milli düşüncəmizə xələl gətirməyək. Unutmayaq ki, “bəşərilik
səviyyəsinə qalxan milliliyin
beynəlmiləlliklə vəhdəti, sintezi o
zaman təmin olunur ki, ortaq genetik müstəvidə, mənəvi mə-
kanda yaşayan digər etnik vahidlər də hamısı Azərbaycan xal-
qını bir millət, Azərbaycan torpağını isə bir vətən kimi qəbul
edirlər”( Milli “mən” şüuru və etnik yaddaş- azərbaycançılıq.
“Kredo” qəzeti, 8-23 mart, 2002).
Nəhayət Y.Qarayev “yaxın Şərq, islam miqyasında ədəbi-
mədəni və dini-mənəvi birlik” ideyasını irəli sürürdü.
Hələ XX əsrin əvvəllərində Ə.Ağayev yazırdı: “Müsəlman-
ların dirçəlməsi və tərəqqisi
ümumiyyətlə mümkündürsə, bu
hökmən onların arasında yeganə fəal qüvvə olan din vasitəsilə
olmalıdır”( Fikrin karvanı (məqalələr toplusu). Bakı, “Yazıçı”
nəşriyyatı, 1984, səh.178). Din özündə təkcə şəriət məsələlərini
və etik-əxlaqi keyfiyyətləri birləşdirmir. Ondan siyasi təlimlər,
doktrinalar kimi də istifadə etmək mümkündür. Bu gün dün-
yada baş verən “İslam partlayışı” dinin nə qədər sosial-siyasi
və ideoloji əhəmiyyətə malik olduğunu büruzə verdi.
Sübut
olundu ki, ümumi səfərbərliyin, mənəvi birliyin yaradılmasında
din fəal və intensiv, aparıcı amil ola bilər.
Böyük alman filosofu Hegelə görə “mütləq ideya” özünü
dindən və fəlsəfədən əvvəl sənətdə dərk edir. İctimai şüur özü də
sənətdən güc alır. Sənətin nəyi təlqin edib-etməməsinin şüura
böyük və əvəzsiz təsiri var.
Bədii-estetik düşüncənin, onun elmi-
tənqidi dərkinin meyarlarının əsaslı təbəddülata məruz qaldığı
keçid dövrü kimi xarakterizə olunan 90 -cı illərdə Yaşar Qa-
rayevin təlqin etdiyi konsepsiyanın keyfiyyət göstəriciləri elmi-
nəzəri fikrin potensial imkanlarının real və əyani təzahürü,
ondakı hərəkətin, yeni elmi-estetik əməldə dirçəlişin təsdiqi kimi
mənalana bildi. O, böyük bir imperiyanın çökümündən şaşıran
ədəbiyyatşünaslıq elminin sütunlarının çökməsinə imkan vermə-
di, çiyinlərini çox ağır yüklər altına verməyin sizif əzabı isə
onunla sonuclandı ki, bizdə həm milli
bədii təcrübənin imkan-
larına, həm də bu təcrübəni ümumiləşdirən milli elmi-nəzəri
fikrin qənaətlərinə, mühakimə tutumluluğuna inamsızlığı aradan
qaldırmaq üçün tək Yaşar Qarayev adı kifayət etdi.